18 in 12:45aktual

Mövsümün erkən bitməsinin yığmanın məğlubiyyətindəki rolu

Mövsümün erkən bitməsinin yığmanın məğlubiyyətindəki rolu
Arif Əsədov yoxlama oyununun keçirilməməsini qabartdı

Ötən mövsüm erkən yekunlaşdı. Belə olacağı öncədən bəlli idi. Çünki mayda ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildi. Bu üzdən premyer-liqanın son turunun qarşılaşmaları aprelin 29-da keçirildi. Mayın 5-də isə Naxçıvanda kubokun fiunal matçı gerçəkləşdi və beləliklə, 2016/17 mövsümü rəsmən başa çatdı. İslamiadada iştirak edən Ruslan Abışov və Ağabala Ramazanovu nəzərə almasaq, elita iştirakçılarının şərəfini qoruyan yığma üzvləri xeyli müddət oyuna çıxmadı. Abışovla Ramazanovun isə Şimali İrlandiya ilə qarşılaşmada (0:1) şans qazanmaması onların oyun təcrübəsinin olmasını əhəmiyyətsiz etdi.
Təbii, mövsümün belə tez bitməsinin həm avrokuboklara hazırlaşan klublara, həm də DÇ-2018-in seçmə mərhələsində taleyüklü oyuna çıxan yığmaya təsir edəcəyini proqnozlaşdırmışdıq. Klublara bu məqamın nə qədər təsir edəcəyini zaman göstərəcək. Ancaq fakt budu ki, yığma məğlub oldu və bu yenilgidə oyun təcrübəsinin azlığı da diqqəti çəkdi. Tutaq ki, qarşılaşmanın ən yaxşılarından olan Ramil Şeydayevlə Pavel Paşayev mayda şərəfini qoruduqları klubda oyunlara çıxmışdı və qeyd etdiyimiz problem onlarda hiss edilmirdi. Düzdü, yığma üstün idi və rəqib qapısına doğru “yüklənmişdi”. Lakin hücumlarda rəngarənglik, düşünülmüş kombinasiyalar yoxdusa, deməli, çatışmazlıqlar var. Elə buraxılan qol epizodu zamanı edilən səhv də fikrimizi təsdiqləyir. Komanda irəli şığıyan zaman arxaya verilən ötürmələrə isə izah tapmaq çətindi. Basqını artırıb, cərimə meydançasına soxulmaq əvəzinə futbolçuların fərqli qərar verməsi onların imkanlarına güvənməməsinin təzahürü idi. Həm taktiki, həm fiziki, həm də psixoloji.
Əslində mövsümün tez başa çatmasının problem yaradacağı bəlli idi. Dərd burasındadı ki, həmin boşluğu aradan qaldırmaq üçün yoxlama oyunları keçirilməliydi. Futbolçuların oyun təcrübəsindən əziyyət çəkdiyi bəlli olsa da, sınaq qarşılaşmaları keçirilmədi. Halbuki bir yox, bir neçə belə görüşün təşkil olunması vacib idi. Ancaq AFFA rəhbərliyi Avstriyada təşkil olunan ikihəftəlik təlim-məşq toplanışında milliyə uyğun rəqib tapa bilmədi. Hərçənd “uyğun” sözünün hansı anlamı daşıdığını izah etmək də çətindi. İstənilən rəqiblə belə bir görüş keçirmək yığmanın xeyrinə olardı. Məgər Almaniya ilə martda gerçəkləşən qarşılaşmaya hazırlaşan yığma üçün Qətər uyğun rəqib idi? Hər halda, ya zəlzələdən, ya vəlvələdən, futbolçuları 35 gün oyuna çıxmayan yığma Şimali İrlandiyaya məğlub oldu. Bu cür taleyüklü qarşılaşma ərəfəsində futbolçuların oyun təcrübəsinin olmamasının hansı anlama gəldiyini söyləmək artıqdı.
Bəs görəsən, mütəxəssislər bu haqda nə düşünr? Onlar yığmanın oyununa mövsümün erkən bitməsinin təsir etdiyi fikri ilə razıdı?
Nazim Süleymanov: “Hər bir şey təsir edə bilər. Mövsümün erkən bitməsinin səbəbi bəlli idi. İslam Həmrəyliyi Oyunlarına görə “futbol ili” daha tez yekunlaşdı. Premyer-liqada mübarizə aprelin sonunda yekunlaşdı. Kubokun finalı isə mayın 5-də gerçəkləşdi. Futboldan, millidən danışırıq. Bir ay 5 gün sonra yığma seçmə mərhələ oyununa çıxdı. Əlbəttə, böyük fasilədi. Bunu da düşünmək lazımdı. Mövsüm bitəndən sonra futbolçular istirahətə yollandı. Müəyyən fasilədən sonra isə yığmanın toplanışı başladı. İstər-istəməz bu cür amillər komandaya təsir edir”.
Arif Əsədov: “Düşünmürəm ki, çempionatın erkən bitməsi yığmanın oyununa təsir etdi. Halbuki yaxaladığımız əlverişli imkanlar dəyərləndirilsəydi, bu haqda heç düşünməzdik. Fikrimcə, oyun zamanı top bizdə olanda rəqibə daha artıq təzyiq etməliydik. Düzdü, topa nəzarət baxımından üstünlük bizdə idi. Komanda bu baxımdan yaxşı təsir bağışlayırdı. Ancaq topun geriyə həddən artıq ötürülməsi oyunun tempini aşağı salır, rəqibə təzyiqi azaldırdı. Oyun baxımından Şimali İrlandiyadan geri qalmırdıq, əksinə, üstün idik. Sadəcə, fürsətləri dəyərləndirə bilmədik. Bizim bir neçə imkanımız oldu, onu da dəyərləndirə bilmədik. Lakin onlar bunu bacardılar. Qapımıza necə qol vurulduğunu da gördük. Səhvdən maksimum yararlandılar. Deyək ki, onlarda çempionat daha gec başa çatmışdı. Amma bu meydanda hiss olunmadı. Məncə, məğlubiyyəti mövsümün erkən bitməsi ilə bağlamaq düzgün yanaşma olmaz. Doğrudu, oyun təcrübəsi baxımından futbolçulara təsiri ola bilər. Ancaq bir məsələ də var. Yığmaya futbolçular müxtəlif klublardan gəlir. Onların hamısında oyun təcrübəsi eyni olmur. Toplanış zamanı sınaq matçı keçirilsəydi, komandadakı səhvləri görüb, onların üzərində işləmək olardı. Çempionatın erkən bitməsindən daha çox hazırlıq prosesi zamanı yoldaşlıq görüşünun keçirlməməsi təsir edə bilər. Həmin matçda ən yaxşılardan biri kimi Ramil Şeydayevi qeyd edərdim, daim hərəkətdə idi. Əfran İsmayılov fəal olsa da, qol imkanlarını dəyərləndirməməsi onun minusu idi. Tutaq ki, mayda klubunda bir neçə oyun keçirən Dmitri Nzarovun çıxışını hamımız gördük. Hər kəsin ondan gözlədiyini göstərə bilmədi. Əfranın yer aldığı cinah daha fəal idi. Burdan da bəlli olur ki, çempionatın erkən bitməsi önəmli rol oynamır. Lakin toplanışda yoxlama matçının keçirilməməsi üzündən hansısa səhvləri görə bilməyiblər. Kombinasiyalı hücum istəyiriksə, sınaq görüşündə bunun üzərində çalışmaq olardı. Məşqçi istədiyini ala bilməyəndə müəyyən məqamları təhlil edir. Məşqlə, ikitərəfli oyunla yoxlama matçı arasında fərq çoxdu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar