18 in 12:30aktual

“Rusiyadakı erməni diasporu “Ararat”a 240 milyon büdcə ayırıb”

“Rusiyadakı erməni diasporu “Ararat”a 240 milyon büdcə ayırıb”
“Qarabağ”ın yaradıcısı imkanlı azərbaycanlılara səsləndi

Qonşu Rusiya futboluna bir neçə gün əvvəl yeni ad qədəm qoydu. Bu, Moskvada yaşayan ermənilərin yaratdığı “Ararat” klubudu. Qonşu ölkədə hər bir sahədə fəal olan erməni iş adamları futbola da yatırım etmək qərarına gəliblər. Onların yaratdığı “Ararat” növbəti mövsümdən Rusiya çempionatının ikinci dəstəsinin mərkəz zonasında çıxış edəcək. Klub rəsmiləri artıq ilk transferlərini də həyata keçiriblər. Birvaxtlar şimal qonşularımızın ən güclü forvardlarından biri sayılan Roman Pavlyuçenko yeni yaranan komandanın şərəfini qoruyacaq. Diniyar Bilyaletdinov da “Ararat”la anlaşmağa yaxındı. Ermənilərin klub yaratmasını yerli ruslar birmənalı qarşılaşamışdı. Ötən saylarımızın birində bu haqda ətraflı məlumat vermişdik. Təbii ki, ermənilərin bu cür addımı, ölkələrini reklam edən klub yaratması azərbaycanlılar tərəfindən də xoş qarşılanmadı. Hamı düşünür ki, bəs bizimkilər Rusiyada nə iş görür? Yalnız pul qazanıb ailə dolandırmaqla kifayətlənirlər?
Xeyr, təkcə bu deyil. Azərbaycanla bağlılığı olan bir futzal klubu var ki, o, “Ararat”dan nə az, nə çox - düz 4 il əvvəl yaranıb. Söhbət Moskvada həmyerlilərimiz tərəfindən yaradılan “Qarabağ” futzal klubundan gedir. Klubun yaradılıcılarından olan Elnur Vəliyev bu haqda bizə məlumat verdi. O, 2013-cü ildə yaradılan klubun hazırda Moskvanın qərb zonasının çempionatında mübarizə apardığını bildirdi: “Komanda 2013-cü il yanvarın 10-da yaradılıb. Özüm də əvvəllər həvəskar formada futbol oynamışam. Vaxtilə Bakıda çiyin-çiyinə futbol oynadığımız yoldaşlarla Moskvada “Qarabağ” adında klub yaratmağı qərara aldıq və az büdcə ilə işə başladıq. İlk üç mövsümdə Moskva çempionatının şərq divizionunda çıxış etmişik. Son mövsümdə isə qərb divizionunda oynamışıq. Nəticələrimiz də yaxşıdı”.
Həmyerlimizin sözlərinə görə, komandanın yeganə problemi maliyyədi: “2013-cü ildən bəri bir sıra çətinliklərimiz olub. Uşaqlar məşq etməyə normal yer tapa bilmirlər. Bunun üçün müəyyən məbləğə ehtiyac var. Oynayan uşaqların əksəriyyəti tələbələrdi. Hər oyun zamanı zal, hakimlər üçün pul ödəmək lazımdı. Elə vaxt olub ki, uşaqların oyuna gəlməyə pulları olmayıb, öz cibimdən ödəmişəm. Həm də komanda üçün forma və başqa ləvazimatlar almışam. Maliyyə durumumuz çox pisdi. 2015-ci ildə beynəlxalq turnirə getmişdik. Həmin vaxt da bizə Ümumrusiya Azərbaycan Konqresi kömək etdi. İlqar Hacıyev və İlqar Hüseynov bizə yardım eləmişdi. Ondan sonra maliyyə üzü görməmişik. Son mövsümdə heç kim bizə dəstək olmadı. Hazırda bir təşkilata 20 min rubl borcumuz var. 2016-cı ildə şərq divizionunda çempion olduq. Həmin vaxt Azərbaycan Assambleyasından bizə dəstək verdilər. Bu il iki iş adamı bizə formalar aldı. Dəfələrlə səfirliyə, diaspora və iş adamlarına müraciət etmişik. Lakin heç birindən müsbət cavab almadıq. Bu çox pisdi”.
Elnur deyir ki, həm də B kateqoriyalı məşqçidi: “Son mövsüm bizdə Azərbaycan futzal yığmasının sabiq qapıçısı Aleksandr Tveryankin də çıxış edib. Hazırda komandanın baş məşqçisi, həm də oyunçuyam. Bir neçə gün əvvəl Kiyevdə məşqçilik kurslarında olmuşam. B kateqoriyalı məşçi olmuşam”.
Vəliyev “Qarabağ”ı yaşatmaq istədiyini vurğuladı: “İstəyirəm bu komanda yaşasın. Biz yüksək liqaya da yüksələ bilərdik. Çünki qərb divizionunda ikinci yeri tutmuşduq. Üstəlik, kubokun finalına da çıxmışdıq. Amma heç kim komandaya yardım göstərmədi. Maddi dəstək olmadığına görə yüksək liqaya çıxa bilmədik. İstəyirik ki, Rusiyanın regionlarından azərbaycanlı uşaqları cəlb edək. Yəni komandanı gücləndirmək niyyətindəyik. Yüksək liqada iştirak etmək üçün iyunun əvvəlində sənədləri vermək lazım idi. Amma biz gecikmişik. İndi həvəskar komanda kimi oynaya bilərik. Bunun üçün də 40 min rubl ödəniş etmək lazımdı. 20 min borcumuzdu, 20 min də yeni mövsümün pulu. Mən bu uşaqları saxlayıb, komandanı buraxıb gedə bilmərəm”.
Elnur deyir ki, ermənilər “Ararat”ı yaradıbsa, niyə həmyerlilərimiz “Qarabağ”a dəstək olmasın: “Ermənilər o klubu öz ölkələri üçün yaradıblar. Yaxşı da maliyyə ayırıblar. Rusiyadakı erməni diasporu da “Ararat”a hərtərəfli dəstək verir. Yeni yaranan kluba 240 milyon rubl büdcə ayırıblar. Bu hələ bizim bildiyimiz rəqəmdi. Ola bilər ki, onların bundan da çox pulu var. Artıq yaxşı oyunçuları transfer etməyə başlayıblar. Bizimkilər isə “Qarabağ”a dəstək olmaq istəmirlər. Səbəbini bilmirəm. Azərbaycanlılarda birlik deyilən bir şey yoxdu. Baxmayaraq ki, imkanlı şəxslər çoxdu. Fikirləşirlər ki, niyə pulumuzu futbola verək, nə olsun ki, klubun adı “Qarabağ”dı? Mən buna çox təəssüflənirəm”.
ŞƏFİ ŞƏFYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar