16 in 18:03aktual

Sabiqlər Əliyar Ağayevin durumunu incələdi

Sabiqlər Əliyar Ağayevin durumunu incələdi
Vüsal Əliyev: “Bizə qarşı ikili standartlar var”
Tahir Süleymanov: “FİFA, UEFA tərəfindən sıxışdırılma haqda nağıllara inanmayın”


Ötən il UEFA-dan bir sıra önəmli oyunlara təyinat alan Əliyar Ağayev bu baxımdan üzümüzü güldürdü. Hər dəfə FİFA referisinin idarə etdiyi matçdan sonra onun yüksək qiymət aldığı xəbəri yayılırdı. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hələ dekabrda onun 1-ci kateqoriyaya yüksələcəyini söyləmişdi. Lakin həmin vaxt bu reallaşmadı və Məmmədov iyunu nişan verdi. Bir neçə gün öncə UEFA futbol hakimlərinin kateqoriyasını açıqladı. Ancaq gözlənilən irəliləyiş baş vermədi. Belə ki, Ağayev yenə də 2-ci kateqoriyada qaldı. Halbuki qışda İspaniyanın Malaqa şəhərində FİFA hakimlərinin toplanışında olan Əliyarın orda özünü yaxşı tərəfdən göstərdiyi deyilirdi. Maraqlıdı, beynəlxalq oyunlarda yaxşı qiymət alıb və toplanışda qüsuru olmayıbsa, 1-ci kateqoriyaya yüksəlməsinə nə mane oldu? Onu da qeyd edək ki, Ağayev 2017-ci ildə cəmi 1 oyun idarə edib. O, UEFA Gənclər Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən ÇSKA (Moskva) – “Benfika” görüşündə (0:2) ədaləti təmsil edib. Belə deyək, həm təyinat sayında, həm də kateqoriya məsələsində durum ürəkaçan olmadı. Görəsən, bunun səbəbi nədi? Sualı sabiq FİFA referilərinə ünvanladıq və fərqli cavablar eşitdik.
Vüsal Əliyev: “Açığı, Əliyarın 1-ci kateqoriyaya yüksəlməməsi mənim üçün də gözlənilməz oldu. Şəxsən onun irəliləyəcəyini düşünürdüm. İndi də mətbuatda oxuyuram, yazırlar “Xaqani Məmmədov belə dedi, elə dedi”. Ancaq Məmmədov olmayıb, başqası da olsaydı, Ağayevin idarə etdiyi beynəlxalq oyunlara, aldığı qiymətlərə baxıb belə deyərdi. Özüm də FİFA hakimi olmuşam. Əliyarın qiymətlərinə, hakim-inspektorların rəyinə əsasən o 1-ci kateqoriyaya düşməliydi. Bu üzdən mənim üçün gözlənilməz qərar oldu. Ancaq bu o demək deyil ki, Əliyar daha bu uğura nail ola bilməz. Hələ ki qarşıda oyunlar var, təyinat alacaq, matçlar idarə edəcək. Hesab edirəm ki, onun 1-ci kateqoriyaya yüksəlmək potensialı var. Hələ cavandı, bu dəfə olmadısa, dünyanın sonu demək deyil. Qəti surətdə ruhdan düşmək olmaz. Əliyarın özünə də bunu demişəm. Xaqani Məmmədov da onun aldığı qiymətlərə, idarə etdiyi oyunlara baxır, kuratorla danışır, elə-belə söz demir. Komitə sədri hər şeyi təhlil edəndən sonra bunu dilə gətirib. Digər məqama gəlincə, mən həmişə demişəm və yenə də təkrar edirəm, aparıcı və orta futbol ölkələri var və bir də biz. Bizim hakimlər o qədər güclü olmalıdı ki, həmin ölkələrdən olan hakimləri qabaqlayaq. Eyni gücdə olsaq, onlara üstünlük verəcəklər. Özüm AFFA-da işləyirəm, Əliyarın aldığı qiymətlərdən xəbərdaram. O aldığı qiymətlər, idarə etdiyi oyunlarla 1-ci kateqoriyaya düşməliydi. Bu bir daha göstərdi ki, ikili standartlar var. Necə olur, bu hakim oyunları yaxşı idarə edir, yaxşı qiymət alır, ancaq litvalı və ya başqa birisi düşür. Məgər Əliyar onlardan zəifdi? Özbəkistanlı Ravşan İrmatovun adını çəkirlər. Bu haqda da daha öncə fikir bildirmişəm. Biz Avropayıq. Özbəkistan klubları Asiya Çempionlar Liqasında qrupa düşür, hətta finalda da oynayıb. Təbii, belə bir ölkənin hakiminin irəli getməsi anlaşılandı. Hakimin yüksəlməsinə təsir edən amillər var. Bizim federasiya da Əliyarın irəli getməsini, beynəlxalq oyunlar idarə etməsini istəyir. Bunu bilirəm. Məndə olan məlumata görə, Nikolay Levnikov Əliyarı dəstəkləyir. Ancaq qərarları verənlərin hansı əsasla bunu etdiklərini bilmirəm. Bu xəbər çıxmamışdan öncə Əliyara dedim ki, gözləyirəm, bizi sevindirəsən. Yenə deyirəm, bu qərar onu ruhdan salmamalıdı. Qətiyyən. Əksinə, növbəti oyunlara daha ciddi hazırlaşmalıdı. Yüksək səviyyədə matçlar idarə etmişdi və irəlidə ondan daha yaxşısını göstərməlidi. Görünür, həmin idarəçiliyi o səviyyəyə yetmədi. Belədə 1-ci kateqoriyaya yüksələ bilər. Razıyam, “Roma”, “Şalke-04” kimi komandaların oyunlarını idarə edən Əliyara qışdan sonra cəmi 1 təyinat gəldi. Malaqadakı toplanışda, imtahanda Ağayevin özünü yaxşı tərəfdən göstərməsi haqda məlumatlıyıq. Onun fiziki durumu ən yaxşılarla müqayisə oluna bilər. İngilis dili biliyi, ümumi savadı haqda ancaq müsbət sözlər deyə bilərik. Ancaq toplanışdan sonra ona yalnız bir təyinat gəldi. Deməli, bizə qarşı fərqli münasibət var. Bu mənim şəxsi fikrimdi. Ağayev də bildirib ki, mənə qaranlıq qaldı. Özüm FİFA hakimi olduğum illərdə bəzən qiymətlər yaxşı olurdu, ancaq təyinat gəlmirdi. Yüksək qiymət alan hakimə niyə təyinat gəlməməlidi? Dünya və Avropa futbolunu hamımız izləyirik. Hakimlərin hansı səhvlərə yol verdiklərini görürük. Miroslav Zelinkanın burda etdiyi səhvi hər kəs xatırlayır. Elə səhvlər edən hakimlər qabağa gedir, amma bizimki yaxşı idarəçiliyə rəğmən, yüksək kateqoriyaya qalxmır. Orta futbol ölkələrinin hakimlərinə bizdən üstün baxırlar. Bunun əksinə heç kim məni inandıra bilməz. Fakt budu ki, Əliyarın aldığı qiymətlər 1-ci kateqoriyaya düşməsinə imkan verirdi. Ancaq yüksəlmədi. Deməli, müəyyən amillər var. Sizə bir məqamla bağlı fikrimi deyim. Yığma Şimali İrlandiya ilə oyunda rəqibdən qat-qat üstün oynadı. Futbolun onlarda populyar olduğu da məlumdu. Həmin oyunda hamının gördüyü epizodda rəqib qapısına cərimə zərbəsi təyin olunmadı. Cərimə zərbəsi təyin olunsaydı və bizimkilər fərqlənsəydilər, necə olacaqdı? Hakim onu görürdü, deməli, ikili standartlar var. Bu yüz faiz belədi. Təsəvvür edin, həmin matçı udmuşuq. İndi futbol təsərrüfatının durumu tam fərqli olacaqdı. Tək o epizod yox, başqa vəziyyətlər də var. Mən oyuna baxan kimi gördüm ki, ordakı hakim nə düşünür. Mənə kimsə onu sübut edə bilməz. Mən bu məktəbi keçmişəm. Görürdüm ki, ispan hakim ikili standartlara yol verir. İstər cərimə zərbələrində, istər ümumi idarəçilikdə. Bunların hamısını görürük, oxuyuruq. Bizim yığmaya qarşı ikili standartlar varsa, hakimimizə qarşı da olacaq. Zelinkanın “Qarabağ”a qarşı etdiyi hərəkəti kimsə deyə bilməz ki, görmədi. Elə deyil. “Qarabağ”ın udması həm maddi, həm də psixoloji cəhətdən böyük uğur olacaqdı. İndi Zelinka kimi hakim qabağa gedir, Əliyar 2-ci kateqoriyada qalır. Heç kim əksini deyə bilməz, ikili standartlar var”.
Tahir Süleymanov: “Azərbaycan hakimliyinin Avropa, dünya səviyyəsində tarixi ənənələri var. Son 7-8 ildə çox əlverişli şərait yaranıb. Klublarımızın davamlı qruplarda çıxış etməsi, SOCAR-ın mötəbər yarışlara sponsorluq etməsi, FİFA, UEFA ilə üst səviyyədə əlaqələrin olması hakimlərimizin daha irəli getməsini şərtləndirir. Qalır oyunları yüksək səviyyədə idarə etmək, beynəlxalq əlaqələri daha da gücləndirmək. Son illər bu cür münasibətə baxmayaraq, hakimlərimiz şanslarını dəyərləndirə bilmədi. Yalnız Əliyar Ağayev bir qədər özünü göstərə bildi. Son toplanışa dəvət alması müsbət məqam idi. Əliyar artıq kuratorluq səviyyəsini aşıb və qeyd etdiyim kimi federasiyanın UEFA ilə əlaqələri yüksəkdi. Əliyarın U-19-ların finalını idarə etməsi tramplin idi. Beynəlxalq aləmdə tək şablon qiymətlərə nəzər yetirilmir. Hakimin davranışı, avtoriteti, sabitliyi, psixoloji durumuna ciddi nəzarət olunur. Hiss olunur ki, Əliyar hansısa məqamlarda diqqətsiz davranıb. Bu fikirlərə əsas verən məqamlardan biri kimi mövsümdə sabit hakimlik etməməsini nümunə göstərmək olar. Hakimlikdə xırdalıq olmur. Hər an diqqətli olmalı, səviyyəni artırmalısan. Ağayevin mətbuata son açıqlaması diqqətimi çəkdi. Bildirir ki, özü üçün də 1-kateqoriyaya təsdiq olunmaması gözlənilməz olub. Psixoloji baxımdan belə yanaşma doğru deyil. Əksinə, təhlillər aparıb hansı məqamlarda səhvlərin olduğunu müəyyənləşdirmək lazımdı. Ancaq belə yanaşma, tələbkarlıqla irəli getmək mümkündü. Əliyar gənc hakimdi. Hər birimiz dəstək verməliyik. İndiki durumda qapanmaq, tənqid etmək yox, təhlillər aparıb xırda görünən nöqsanları aradan qaldırmaq lazımdı. Bu işdə Hakimlər Komitəsi önəmli addımlar atmalı, vaxtilə olduğu kimi yersiz açıqlamalar verməməli, mövcud vəziyyəti araşdırmalıdı. Heç kimdə günah axtarılmamalıdı. Bu yanlış yol olar. Yuxarıda qeyd etdiyim kimi, hakimlərimizin Avropa meydanlarında özlərini göstərməsi, irəliləməsi üçün bütün şərait var. Qalır hakimlərimizin bu şansdan yararlanması. Ağayevin gəncliyini, perspektivini nəzərə alaraq qarşıdakı ildə və ya illərdə şansının olacağı mütləqdi. "Sınmaq" yox, əksinə, daha əzmlə səhvləri aradan qaldırıb gələcək inkişafı düşünmək lazımdı. Bu yolda hər birimiz Əliyara, digər perspektiv vəd edən hakimlərimizə dəstək olmalıyıq... Bizə qarşı heç bir təzyiq ola bilməz. Əksinə, qeyd etdiyim kimi, elə müsbət şərait var ki, ancaq hakimlərimizin özünü göstərməsi qalır. Kollinanın Əliyarla bağlı fikirləri yetərli, sözümün təsdiqidi. 1990-cı illərin siyasi-iqtisadi xaos dönəmində bizim belə şansımız olmayıb. Vaxtilə UEFA-dan tələb edirdik, bildirirdilər ki, klublarınız heç bir mərhələ keçə bilmir. Buna baxmayaraq, UEFA-nın bizə olan etimadının qarşısını sapı özümüzdən olan baltalar kəsdi. İndiki hakimlərin bəxti çox gətirib. Bütün şərait var, münasibət yüksək səviyyədədi. Qalır bacarıqlı idarəçilik. Kim sizə FİFA, UEFA tərəfindən sıxışdırılma haqda nağıllar danışsa, inanmayın”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar