16 in 17:38aktual

Prosineçkinin meneceri AFFA-nı “topa tutdu”

Prosineçkinin meneceri AFFA-nı “topa tutdu”
“Ordakılar mənə peşəkarlıqdan bəhs etməsinlər”

Robert Prosineçkinin “Bursaspor”a yollanmaq söhbəti qapandı. Bu isə o deməkdi ki, xorvat çalışdırıcı azı AFFA ilə müqavilə müddəti bitənə, yəni dekabrın 4-nə qədər yığmanın başında olacaq. Halbuki Türkiyə mətbuatı Prosineçkinin karyerasını qardaş ölkədə davam etdirmək istədiyini yazır, keçidin baş tutmaq üzrə olduğunu iddia edirdi. Yanvardan bu yana gedən söhbətlərdə Yaşar Çalışır adlı menecerin adı çəkilirdi. Türk agent qəzetimizə verdiyi son açıqlamada məsələyə AFFA rəhbərliyi ilə Prosineçkinin görüşündən sonra aydınlıq gələcəyini bildirmişdi. Alınmadı, Prosineçki Azərbaycanda qalmalı oldu. Belədə təbii ki, Yaşar bəyin deyəcəkləri olmalıdı. Bizim də ona ünvanlayacağımız suallar. Dünən Çalışırı növbəti dəfə arayıb bir çox detallara vardıq.
“Bursaspor”un məktubuna gərək yox idi”
- Prosineçki ilə işbirliyiniz hansı müddəti əhatə edir?
- Hardasa 3 ildi.
- “Kayserispor”a keçidinə siz vasitəçilik etməmişdiz?
- Xeyr. Robert “Kayserispor”da çalışanda tanış olmuşduq.
- Tək sizinlə işləyir, yoxsa əməkdaşlıq etdiyi başqa agentlər də var?
- Robertə çox menecer zəng vura, maraqlana bilər. Amma o yalnız güvəndiyi adamlarla çalışır. Mənə də çox güvəndiyini deməliyəm.
- Sizinlə agent-məşqçi işbirliyi olaraq müqaviləsi var?
- Bizdə müqavilədən də yaxın münasibət var – abi-qardaş münasibəti.
- “Bursaspor” söhbəti nəydi belə? 6 ay ərzində fırtına kimi fırlandı, bir göz qırpımında toz olub yoxa çıxdı.
- Həyatda heç də hər şey planlaşdırdığın, istədiyin kimi olmur. Bəzən ortaya əngəllər çıxır. Normaldı yəni.
- Həqiqətənmi “Bursaspor” Prosineçkini baş məşqçi postunda görmək istəyirdi?
- Təbii ki.
- Elədisə, niyə klub olaraq AFFA-ya rəsmi müraciət göndərmədilər? Ən azı klub rəsmiləri assosiasiya başbilənləri ilə görüşə bilərdi.
- Ola bilərdi, amma olmadı.
- Mən də onu soruşuram, niyə olmadı? Bir məşqçini komandasında görmək istəyən rəhbərlik niyə ciddi mənada heç nə etmədi?
- Klub rəhbərliyi yanvarın 22-də mənimlə əlaqə saxladı. Ertəsi biz artıq Bakıdaydıq. Baş məşqçi ilə görüşüb ümumi söhbət etdik, detallara varmadıq. Həmin vaxt üçün məsələ qapandı. Mövsümün gedişində yenə fikir mübadiləsi apardıq. Robert “indi heç nə deyə bilmərəm, oyunların nəticələrindən asılıdı” dedi. Şimali İrlandiya ilə matçdan sonra AFFA rəsmiləriylə görüşdü, lakin alınmadı. Belədə “Bursaspor” rəhbərliyinin məktubuna gərək yox idi. Bu işdə məcburiyyət olmur. Sizə sual verim. Azərbaycan yığmasının DÇ-2018-ə yollanmaq şansı varmı?
“Elxan Məmmədovun Roberti məcbur saxlamasının kökündə nə dayanırdı?”
- Çox azdı, bəlkə də 1 faiz.
- Sıfır dərəcəsindədi, hətta mənfi sıfır deyərdim. Belədə AFFA rəhbərliyinin, hörmətli Elxan Məmmədovun Roberti məcbur saxlamasının kökündə nə dayanırdı?
- Bu haqda sizdən başqa iddia edən yoxdu. Məgər Prosineçki “Bursaspor”a getməkdə maraqlıydı?
- AFFA buraxsaydı, təbii ki, gedərdi.
- Baş məşqçi assosiasiya rəsmiləriylə görüşdə “mən getmək istəyirəm” deyib? Məsələ budu.
- Məsələ o deyil. Məsələ Prosineçkinin “məni buraxarsız, ya yox” sualına almaq istədiyi cavab olub.
- “Bursaspor”un rəsmi təklifi yoxkən, Prosineçkinin “məni buraxarsız, ya yox” sualı hansı məntiqə sığır? Adamın AFFA ilə müqaviləsi var.
- Rəsmi təklif olmadığını sizə kim deyib?
- AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu...
- “Bursaspor” Prosineçkini komandada görmək istəyirdi.
- Bununla bağlı AFFA-ya rəsmi müraciət ünvanlanıb, ya yox?
- Xeyr.
- Belədə biz nəyin söhbətini edirik? Siz və Prosineçki nəyə iddia edirdiz?
- AFFA razı olmadığı təqdirdə Robert gedə bilməzdi?
- Getməsi üçün ya özünün, ya da üz tutacağı klubun təzminat ödəməsi lazımdı. Təzminat ödəmədən gedəcəyi halda, sabah FİFA- ilə UEFA-nın qarşısında cavab verməli olacaqdı.
- İstəsəydi, gedərdi. Bunu sizə əminliklə deyirəm.
- “Bursaspor” Prosineçkiylə bağlı AFFA-ya rəsmi müraciət ünvanlamayıb. Belədə sizdə narahatlıq doğuran məqam nədi?
- Təklif Robertin özünə olmuşdu.
- Baş məşqçinin cavabı nə olmuşdu?
- “AFFA rəhbərliyi ilə görüşəcəm. Olarsa, olar, olmazsa, heç nə edə bilməyəcəm” cavabını verdi. Razılıq olsaydı, dostcasına əl sıxıb görüşəcəkdi və gedəcəkdi.
“Bursaspor” təklif göndərsəydi, AFFA onu buraxacaqdı?”
- Təbii ki, AFFA buna razı olmayacaqdı.
- Canları sağ olsun.
- Belə vəziyyətlə üzləşən baş məşqçi, sizcə, millini qarşıdakı 4 oyuna əvvəlki əhval-ruhiyyədə hazırlaya biləcək?
- Prosineçkini uğurlu və işinə peşəkar yanaşan məşqçi hesab edə bilərik?
- Müəyyən mənada, hə.
- Yığmanı Berti Foqtsun dünya sıralamasında 137-ci sırada qoyub getdiyi yerdən 76-cı pilləyə yüksəltdi. Qrupda ilk 3 oyundan sonra 7 xal toplayıb, Şimali İrlandiya kimi rəqibə qarşı layiqli futbol oynatdı. Bu adam futbol xəstəsidi, futbolla nəfəs alır. Çalışdığı yerdə maksimum bacarığını ortaya qoyur. Odu ki, qarşıdakı 4 matçda işinə soyuq yanaşacağını gözləməyə dəyməz. İndiyə qədər necə idisə, bundan sonra da elə olacaq.
- Bayaqdan danışırıq, hələ də bir suala cavab tapa bilmirəm. “Bursaspor” rəhbərliyi Prosineçkini komandada görmək istəyirdisə, niyə AFFA-ya rəsmi təklif göndərmirdi?
- İndi mən sizə sual verirəm: rəsmi təklif göndərilsəydi, AFFA onu buraxacaqdı?
- Bu başqa söhbətin mövzusudu. Hər şey ola bilərdi. “Niyə göndərmədi” sualına cavab tapaq. Təklif göndərilsəydi, indi biz sizinlə yox, AFFA rəhbərliyi ilə əlaqə saxlayıb “getmək istəyən adamı niyə buraxmadız” sualına cavab tapacaqdıq. Ortada “Bursaspor”un Prosineçkini komandada görməsi ilə bağlı fakt yoxdu. Başa düşürsüz?
- Göndərmədilər, məsələ də qapandı. “Bursaspor” yeni məşqçi ilə anlaşdı, söhbət bitdi.
- Bunlar məlumdu. Niyə təklif göndərmədilər?
- Göndərmədilər, bu qədər.
- Görünür, AFFA-nın təzminat istəyəcəyini düşünüb göndərmədilər.
- Robert assosiasiya rəhbərliyi ilə ortaq məxrəcə gələ biləcəyini düşünürdü. Rəsmi təklif olsaydı, AFFA təzminat istəyəcəkdi, “Bursaspor” da ödəyə bilməyəcəkdi.
- Orda 2 milyondan söhbət gedirdi.
- Əsla! Orda 2 milyon söhbəti yox idi, yalan söhbətdi.
- Elədisə, “Bursaspor” 300, 500, 700 min ödəməklə istəyinə çata bilərdi.
- Görünür, iki ilyarımda Roberti tanıya bilməmisiz. Getmək istəyi qəti olsaydı, heç nəyi düşünmədən çıxıb gedərdi. Müqaviləni birtərəfli qaydada pozub AFFA ilə əməkdaşlığa son qoyardı. Prosineçki gedərdi, AFFA da öz növbəsində FİFA-ya şikayət edərdi. FİFA məsələni CAS-a göndərərdi. CAS problemin nədən ibarət olduğuna baxardı və buna uyğun təzminat kəsərdi.
“Şəxsi fikrimdi, dekabrdan sonra Azərbaycan millisində qalmayacaq”
- Prosineçkinin AFFA-yla müqaviləsində təzminatla bağlı konkret rəqəm yoxdu?
- Müqavilədə rəqəm yoxdu. Bunu CAS müəyyənləşdirir. Prosineçki problem yaratmaq istəmədi, insanlıq nümunəsi göstərib qaldı. AFFA baş məşqçinin iki ilyarımda göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib, qarşılıqlı razılıq əsasında yollarını ayıra bilərdi. Amma etmədilər.
- Etməzdilər. Çünki qarşıda daha ciddi hədəf – AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq var.
- Dekabrın 4-də müqavilə müddəti başa çatır. Sizcə, bu tarixdən sonra Azərbaycanda qalacaq?
- Qışda harasa gedəcəyi inandırıcı görünmür. Baş məşqçilərə adətən, yay fasiləsində ehtiyac duyulur.
- “Bursaspor” dünyada yeganə komanda deyil ki. Yığmanın hazırda 7 xalı var, düzdü? Seçmə mərhələnin sonuna qədər xallar 12-13-ə qədər yüksələ bilər. Belədə Azərbaycan millisi ilə fantastik irəliləyişə imza atmış məşqçiyə tələbat daha da artacaq. Xəbəriniz var ki, dünyadakı insanlar Robert Prosineçkidən danışır?
- AFFA-nın onu buraxacağı inandırıcı deyil. Hansısa yolla dil taparlar yəqin.
- Özü getmək istəyəndən sonra heç kim onu saxlaya bilməz. Siz mənimlə noyabrda bir də əlaqə saxlayın ki, yeni məlumatlar əldə edə biləsiz (gülür). Prosineçkinin nə düşündüyünü, hansı qərar verəcəyini bilmirəm. Şəxsi fikrim belədi ki, dekabrdan sonra Azərbaycan millisində qalmayacaq.
- Prosineçkinin Azərbaycana gəlişinə vasitəçiliyi siz etmişdiz?
- Xeyr.
- Bu günə qədər işbirliyiniz olub?
- Olmayıb, amma ola bilərdi. “Bursaspor” məsələsiylə mən məşğul olurdum. “Bursaspor”un müqaviləsi bu dəqiqə çantamdadı. Robertin ora imza atması lazım idi, amma alınmadı.
- Çalışdığınız futbolçular, məşqçilər arasında tanınmışlar var?
- Mən fərdlərlə yox, klublarla işləyirəm. Ailəm Almaniyada yaşasa da, mən İtaliyadayam, buranın bazarındayam. Məsələn, hansısa klubdan zəng vurub deyirlər ki, filan futbolçunu göndərmək istəyirik, ona iş yeri tapmaq lazımdı. Mən də əlaqə vasitələrimi işə salıb məsələni həll edirəm və təbii ki, pulumu qazanıram.
- Belə çıxır ki, Prosineçkiylə danışıqlara “Bursaspor” rəhbərliyinin tapşırığı əsasında başlamışdız.
- Bəli. Yenə deyirəm, şəxsi fikrim budu ki, Prosineçki dekabrdan sonra orda qalmayacaq.
- Niyə?
- Bu suala indi cavab verməyəcəm. Dekabrın 4-dən sonra zəng vurarsız, danışarıq. Məsələ başqa cür də ola bilər. Ona görə də indidən detallara varmaq istəmirəm. Millidə çalışmaq başqadı, klubda işləmək istəyi başqa.
- Səmimi danışığa görə təşəkkür edirəm. Dekabrda əlaqə saxlayacam sizinlə.
“Dekabrın 4-dən sonra daha geniş danışacam sizə”
- Bir şeyi dəqiqləşdirim. Sizə “Bursaspor” AFFA-ya rəsmi müraciət ünvanlamayıb” sözünü kim demişdi?
- Qurumun sözçüsü Mikayıl Nərimanoğlu.
- Azərbaycan yığması hansı şirkətin geyim dəstləri ilə təmin olunur?
- Bu yaxınlarda “Nike” ilə müqavilə bağlandı.
- “Nike”la anlaşdılar, eləmi? Aprel ayında dünyada kifayət qədər tanınan geyim şirkətini AFFA-ya məsləhət görmüşdüm. Mənə dedilər ki, həmin şirkət AFFA-ya məktub göndərsin, götür-qoy edək. Avropadakı həmin şirkət də məktub göndərdi. Elədisə, AFFA niyə həmin şirkətə cavab vermədi? Niyə “hə”, ya da “yox” demədilər? Peşəkarlıqdan danışırlarsa, “Bursaspor”un rəsmi təklif göndərmədiyini ön plana çıxarırlarsa, kifayət qədər tanınan şirkətin məktubunu veclərinə almadıqlarından niyə danışmırlar?
- Məktubun AFFA-ya çatmamaq ehtimalı var?
- Məktub üç nüsxədə hazırlanmışdı. Biri mənə göndərildi, biri Elxan Məmmədova, biri də Mikayıl Nərimanoğluna. Məktub deyərkən, e-mail nəzərdə tuturam. Prosineçkini buraxmadılar, sağ olsunlar, öz işləridi. Sadəcə, “bizə rəsmi müraciət ünvanlanmayıb” deməsinlər. Mən faktlarla danışıram, lazım olar, dəqiq tarixləri də deyərəm.
- Məsələn, hansı faktlar?
- Martda Almaniya ilə oyundan əvvəl “Kikker” nəşri ilə Bakıya gəlmişdim. Öncə Robert Prosineçkidən reportaj hazırladılar, daha sonra Elxan Məmmədovdan müsahibə götürdülər. İş başa çatandan sonra Elxan bəylə görüşüb bu haqda məlumat verdim. “Umbro” ilə müqavilə müddətinin başa çatdığını deyib, yeni təkliflərə açıq olduğunu söylədi. Mən də haqqında bəhs etdiyim həmin böyük şirkətlə əməkdaşlıq haqda söz açdım. Məmmədov mənə “məktub göndərsinlər, baxaq, ondan sonra qiymət haqda danışarıq” dedi. Almaniyaya qayıtdıqdan sonra şirkət rəhbəri ilə əlaqə saxlayıb Elxan Məmmədovun dediklərini diqqətinə çatdırdım. Əslində mənim bu işdə maddi qazancım yox idi. Sadəcə yaxşılıq etmək, münasibətləri yaxşılaşdırmaq üçün addım atmaq istəyirdim. Aprelin əvvəlində AFFA-ya məktub göndərilsə də, cavab alınmadı. Nəticədə zərbə mənə, mənim adıma dəydi. Sonradan Mikayıl bəy məktub yazıb ki, bəs başqa şirkətlə anlaşdıq. Anlaşın, lap yaxşı, xeyirli olsun. Bu sözləri cavab məktubunda yazmaq olmazdı? “Bursaspor” peşəkar davranmadısa, mən də deyirəm, AFFA peşəkar iş görmür. Söhbət dünyada tanınmış şirkətin göndərdiyi məktubdan gedirsə, qardaşım, sən onlara cavab verməlisən. Ola bilər, şərtlər, qiymətlər, ya başqa nəsə səni qane etməsin. Bu normaldı. Ancaq qarşı tərəfə cavab verməlisən, fikrini bildirməlisən. Onlar nə etdilər? Belə bir məktub olmayıbmış kimi davrandılar, “yox” demədən “Nike”la anlaşdılar. Niyə başqa şirkətlərin təkliflərinə baxmadan “Nike”la anlaşdılar? Burda çox böyük sual var. Elə bu məsələ ilə bağlı da dekabrın 4-dən sonra daha geniş danışacam sizə. Heç kimdən qorxmuram, doğrunun yanında olan insanam. Razıyam, “Bursaspor” rəsmi təklif göndərsəydi, fərqli ola bilərdi. Mövzu qapandı. Robert bundan sonra da peşəkarlıq göstərib işini davam etdirəcək. Amma AFFA-dakılar mənə peşəkarlıqdan bəhs etməsinlər. Bəzi şeyləri hələ açıqlamaq istəmirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar