22 dek 17:44aktual, manset

İlin ən yaxşıları mükafatlandırıldı

İlin ən yaxşıları mükafatlandırıldı
İlin jurnalisti “Futbol+”dən!

Dekabrın 20-də “Bulvar” otelində İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2016" layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirildi. Tədbirə qatılan qonaqların sayı gözləniləndən çox olduğundan bəzi şəxslər ayaqüstə qaldı. İstənilən halda, mərasim maraqlı keçdi. Bunda qəzetimizin sabiq əməkdaşı, ATV-nin idman departamentinin rəhbəri İlkin Fikrətoğlunun şirin atmacalarının da böyük rolu vardı.
Tədbir başa vurmaqda olduğumuz ildə dünyasını dəyişmiş idman ictimaiyyətinin nümayəndələrinin və aprel döyüşlərində şəhid olanların xatirəsinə ehtiram əlaməti kimi birdəqiqəlik sükutla başladı. Daha sonra İAM-ın sədri Elşən Məmmədov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən söz açdı və bildirdi ki, İAM-ın keçirdiyi tədbirlər arasında ardıcıl 4-cü il təşkil olunan "İlin qalibləri" layihəsi xüsusi yer tutur: "Hər il bu layihəyə cəlb olunan KİV-lərin sayı artır. İlk dəfə 2013-cü ildə cəmi 34 media nümayəndəsinin qatıldığı sorğuya növbəti il 41, ötən il 48 KİV qatılmışdısa, bu dəfə 57 media orqanı arasında səsvermə keçirilib. Digər tərəfdən, yenə 8 nominasiya üzrə 11 qalib səsvermə yolu ilə seçilibsə, ötən illə müqayisədə İAM-ın xüsusi mükafatlarının sayı 3-dən 7-yə çatdırılıb. Yəni futbol dili ilə desək, əsas heyətə sonradan meydana daxil olan "3-lüy"ü bu dəfə 7 oyunçudan ibarət ehtiyat oyunçular skamyası tamamlayıb. Artıq 2016-cı il başa çatmaq üzrədi. Gələn il də ölkəmizdə bir sıra nüfuzlu idman tədbirləri ilə yanaşı, İslam Həmrəyliyi Oyunları keçiriləcək. Biz də həmin tədbirlərlə bağlı yeni-yeni layihələrə qatılmağa və ölkə idmanına dəstək məqsədilə əlimizdən gələni etməyə hazırıq. Sizi qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edirik".
Bundan sonra qaliblərin mükafatlandırılma mərasimi başladı. Tədbirin
aparıcısı Sənan Şəfizadə bir-bir qalibləri səhnəyə dəvət etdi. Əvvəlcə
İAM-ın 7 xüsusi mükafatı sahiblərinə təqdim olundu. "İlin qalibləri-2016" layihəsinə verdiyi dəstəyə görə "İtaldizain Group"a və ilin fəal operatoru "CBC Sport"un əməkdaşı Anar İbrahimova mükafatı AFFA yanında Media Komitəsinin sədri, “Futbol+”in baş redaktoru Mahir Rüstəmli, ilin fəal meneceri Vaqif Heydərliyə və ilin uğurlu KİV layihəsi kimi AFFA yanında Media Komitəsinə mükafatı Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev təqdim etdi. Komitənin idarə heyətinin üzvü İlqar Tağıyev çıxış edərək gələcəkdə də bu cür layihələri davam etdirməyin vacibliyinə toxundu. Media ilə sıx və səmərəli əməkdaşlığa görə Bakı Olimpiya Stadionunun (BOS) mətbuat katibi Cəmilə Mehdiyevaya, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinə və Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya da mükafat təqdim olundu. Onlara mükafatları əməkdar artist Bəhram Bağırzadə təqdim etdi.
Daha sonra 11 nominasiyanın qalibləri açıqlandı. İlin idman xadimi Kəmaləddin Heydərov seçildi. Bunda onun rəhbərlik etdiyi federasiyaların (Taekvondo və Boks Federasiyası) Olimpiadada ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmasının böyük rolu oldu. Heydərovun mükafatını ATF-nin yığmalar üzrə vitse-prezidenti Niyaməddin Paşayev BOS-un direktoru Cavid Qarayevdən aldı. İlin futbol üzrə baş məşqçisi Qurban Qurbanov, başqa növlər üzrə çalışdırıcısı isə taekvondo üzrə kişilərdən ibarət yığmanın baş məşqçisi Rza Mehmandost seçildi. Bu mütəxəssisləri sərbəst güləş üzrə millinin baş məşqçi əvəzi Firdovsi Umudov təltif etdi. İlin futbol üzrə mətbuat katibi PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev, digər növlər üzrə mətbuat katibi isə Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev oldu. Onları Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev mükafatlandırdı. İlin idman jurnalisti “Futbol+”in əməkdaşı Sərxan Musalı seçildi və ona mükafatı əməkdar jurnalist Qabil Mehdiyev təqdim etdi. İlin futbol komandası seçimində cari seçmə mərhələnin ilk 4 oyununda 7 xal toplayan yığmamız rəqib tanımadı. Bu münasibətlə Rahid Əmirquliyev milli adından mükafatı Klublar Komitəsinin sədri Fikrət Hüseynovdan aldı. Bu il növbəti dəfə dünya çempionu olan, Olimpiadada 1 “qızıl”, 1 “bürünc” qazanan taekvondo üzrə kişilərdən ibarət yığma başqa növlər üzrə ən yaxşı komanda seçildi. Cüdo üzrə dünya çempionu Elxan Məmmədov mükaftı yığmanın böyük məşqçisi Elnur Amanova təqdim etdi. İlin əcnəbi idmançısı nominasiyasında Ansi Aqolli aşkar üstünlüklə qalib gəldi. Respondentlərin "Qarabağ"ın müdafiəçisinə üstünlük verməsinin əsas səbəbi onun bu yay Albaniya yığmasının heyətində Avropa çempionatında oynaması idi. Legioner Bakıda olmadığından mükafatını millinin məşqçisi Mahmud Qurbanovdan “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov qəbul etdi. İlin futbolçusu da bu klubdan oldu. “Köhlən atlar"ın və yığmamızın kapitanı Rəşad Sadıqov bütün həmkarlarını qabaqladı. Onun mükafatını Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov verdi. Nəhayət, ilin yerli idmançısı nominasiyasında olimpiya çempionu Radik İsayev qalib oldu. Taekvondoçunu AGİN-in idman şöbəsinin müdiri Fərid Mansurov mükafatlandırdı. Göründüyü kimi, ən çox təltif olunanlar ATF və “Qarabağ”ın üzvləri oldu. İlin qalibləriylə çəkdirilən xatirə şəkliylə tədbirə yekun vuruldu.
Qeyd edək ki, sorğu idman jurnalistləri arasında, hər KİV-dən bir jurnalist olmaqla keçirilib. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunub. Yalnız "İlin idman jurnalisti" nominasiyasında namizədlər göstərilməyib.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar