22 dek 17:40aktual, manset

Portuqaliyalı jurnalist Bakıdan reportaj hazırlayıb

Portuqaliyalı jurnalist Bakıdan reportaj hazırlayıb
Lorenso: “Burda varlılar çox varlı, kasıblar çox kasıbdı”
“Zirə”nin yayda heyətinə qatdığı futbolçulardan biri də Migel Lorenso oldu. Karyerası ərzində yalnız vətəni Portuqaliya klublarının şərəfini qoruyan müdafiəçi üçün Azərbaycanı ilk yad ölkə saymaq olar. 24 yaşı olmasına baxmayaraq, baş məşqçi Adil Şükürovun diqqətini çəkməyi bacaran portəgiz oyunçu hazırda komandasının əvəzedilməz oyunçularından sayılır. Odu ki, mövsümün əvvəlindən bu yana daim meydana çıxmaq imkanı qazanıb. Sən demə, Migeli ölkəsində də yaxşı tanıyırlar. Belə olmasaydı, “MaisFutebol” qəzetinin əməkdaşı Rikardo Quveya Bakıya səfər edib oxucuları üçün xüsusi reportaj hazırlamazdı.
Yazıya “xaricdə top qovan portuqaliyalı futbolçuları yad edib, durumları ilə maraqlanmaqda davam edirik. Budəfəki qonağımız Lissabondan 6 min kilometr uzaqda yerləşən Azərbaycanın paytaxtı Bakıda yaşayan Migel Lorensodu” sözləri ilə başlayan təcrübəli həmkarımız reportajın davamında yetərincə maraqlı məqamlara toxunub. Hər birimiz üçün maraqlı görünəcək reportajdan həm zövq alacaq, həm də təəccüblənəcəksiz. Elə isə Quveyanın fikirləri ilə tanış olun: “Vitoriya”da möhkəmlənə bilməyən Migelin əsas məqsədi Portuqaliyanı tərk etmək idi. Daim oynaya biləcəyi yerə üz tutmaq istəyirdi. Və belə vəziyyətdə ona Azərbaycandan təklif gəldi. 24 yaşlı futbolçu keçmiş sovet ölkəsinin xəritənin hansı tərəfində yerləşdiyini bilmirdi heç. Müsəlmanların yaşadığı, qonşu dövlətlərdə müharibənin davam etdiyi Azərbaycana yollanmağa razılıq verdi”.
Söhbətin davamını səbəbkar gətirir: “Azərbaycan? Ora haradı? Təklif alanda agentimə verdiyim ilk sual bu olmuşdu. İlk gördüyüm iş notbukda Bakı adını axtarışa verib məlumat toplamaq oldu. Adət-ənənə, mədəniyyət, mətbəxlə tanış olmaq imkanı qazandım. Bununla yanaşı, ölkə futbolunun və klubların səviyyəsi ilə maraqlandım. Oxuduqlarım, əldə etdiyim məlumatlar diqqətçəkən olduğundan Bakıya gəlməyə razılıq verdim. Xeyli götür-qoy etdikdən sonra legioner həyatı yaşamaq üçün qollarımı çırmaladım. Qətiyyən peşman deyiləm. Çünki burda işimə qiymət verir, özümə hörmət edirlər”.
Sən demə, Lorenso təklifin hansı ölkədən olduğunu eşidəndə Azərbaycana gəlməyə tərəddüd edirmiş. Səbəbini öz dilindən eşidəcəksiz: “Yad ölkə, yad mühit, heç vaxt üzünü görmədiyin insanlar. İstər-istəməz yol ayrıcında qalırsan. İnternet qaynaqlarında Azərbaycanın müharibə davam edən dövlətlərə yaxın yerdə yerləşdiyini oxuyanda məni vahimə basırdı. Üstəlik, vaxtlə bu ölkənin özündə getmiş müharibə. Sadəcə, agentim məni ümidləndirdi, daim yanımda olacağına söz verdi. Düzü, yenə də Azərbaycana yollanmaqda tərəddüd edirdim. Başqa bir problem buranın müsəlman ölkəsi kimi ad çıxarmasıdı. Düşünürdüm ki, sevgilimlə yaşamaq çətin olar. Həm ona, həm də mənə. Müsəlman ölkəsində birlikdə gəzməyi, xoş gün keçirməyi inanılmaz təsəvvür edirdim. Amma elə ilk günlərdəcə tam əksini gördüm. Hər kəsin və ən vacibi, qadınların sərbəst gəzib, istədiyi paltarı geyə biləcəyi Bakı şəhəri. Bura olduqca müasirdi. Bakıda heç nəyə sərhəd yoxdu, qadağa qoyulmur, istədiyin kimi yaşamaq mümkündü. Mənim üçün ən vacibi sevgilimin və hərdən mənə baş çəkməyə gələn anamın rahatlığıdı. Onu da artıq tapmışam”.
Rikardo Quveyanın növbəti sualı müsahibinin Bakıda gördükləri ilə bağlı olanda, “Zirə”nin müdafiəçisi ilk günlər gördüklərindən başlayır: “Hər şeydən əvvəl Bakının istisini qeyd etməliyəm. Səhər saat 5 idi, havanın hərarətinə baxdım. Neçə olsa yaxşıydı? Müsbət 30 dərəcə. Açığı, çox təəccübləndim. Bakı hazırda inkişaf etməkdə olan və kifayət qədər ciddi işlər görülən paytaxtdı. Hündür mərtəbəli və şüşəli binalar göz oxşayır... Düz deyirlər, Bakı küləklər şəhəridi. Şəhərdə bir neçə dəfə gözlərimlə küləyin yerə yıxdığı insanları görmüşəm. Həqiqətən belədi. Azərbaycan super-varlı ölkədi. Bunu şəhərin abadlığına, binalara, maşınlara, insanların geyiminə baxanda başa düşmək olur. İnsanlar iki təbəqəyə bölünüb, çünki üçüncü təbəqə yoxdu. Varlılar çox varlı, kasıblar çox kasıbdı. Ortalama əməkhaqqı olduqca aşağıdı. Ona görə də hər adam şəhərin gözəlliyindən, imkanlarından istədiyi kimi istifadə edə bilmir... Burda Xəzər dənizi olsa da, çimərliklərin sayı elə də çox deyil. Xəzər dənizi çirkəndirilir, ona görə də təmiz çimərlik tapmaq müşkül məsələdi. Uzağı 2-3 beləsi ola, ya olmaya. Dəniz suyunun çirkli olmasına görədi, yə niyə, burda Setubaldakı kimi dadlı balıq tapmaq da çətindi. Ən əsas odu ki, sevdiyim insan yanımdadı və biz xoşbəxtik”.
Portəgizlər ölkə və şəhəri “səyahat edəndən” sonra sıra “Zirə” ilə bağlı suallara çatır: “Klub yeni yaranıb və hələ də ilk addımlarını atıb qurtarmayıb. 1300 azarkeş tutumlu kiçik stadionumuz var. Zirə isə Bakının mərkəzindən maşınla 45 dəqiqəlik məsafədə yerləşir. Meydançamız süni örtüklüdü. Özümə qarşı elə münasibət görürəm ki, yol uzaqlığı, “sintetika” və başqa neqativ hallar arxa plana keçir. Mənə isti münasibət göstərən hər bir şəxsə təşəkkür etməkdən doymaram. Düzdü, azarkeşlərimizin sayı “Vitoriya”nınkından azdı. Amma səsləri gur çıxır. “Vitoriya” ilə “Zirə”ni müqayisə etmək mümkünsüzdü. Birinin adı Portuqaliya futbolunun tarixidi, digəri Azərbaycan futbolunun 3 yaşlı “uşağı”. Buna baxmayaraq, komandamız yayda Avroliqada mübarizə aparmalıymış. Sadəcə, UEFA-nın bəzi qaydalarına görə bu mümkün olmayıb”.
Migel komanda yoldaşları ilə bağlı danışanda aləmi bir-birinə qatıb: “Komandada məndən başqa çox sayda legioner var. Bu baxımdan bəxtim gətirib. Çünki dil probleminə görə yerli futbolçularla ünsiyyət qura bilmirəm. Amma bəzən zarafatlaşırıq. Çünki bəzi sözləri başa düşürəm. Azərbaycan dili rus və türkmən dillərinin qarışığıdı (türk dilini türkmən dili ilə səhv salıb, rus dilindən isə söhbət gedə bilməz – H.). Ona görə də öyrənmək və danışmaq çox çətindi. “Salam, sağ ol, necəsən” – bu sözləri bilirəm. Amma qarşı tərəfi başa düşmək və ya başa salmaq – bu artıq mənlik deyil. İnsanlar portəgiz olduğumu biləndə hər şeydən öncə Kriştiano Ronaldo haqda sual verirlər. Necə insan olması, futboldankənar nə işlə məşğul olması və sair”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar