12 in 16:12aktual

Reaksiyalar

Reaksiyalar
“Məqsədimiz AÇ-2020-yə vəsiqə qazanmaqdı”
Elxan Məmmədov: “İlk növbədə azarkeşlərə təşəkkür edirik. Həqiqətən də 90 dəqiqə boyunca yığmaya möhtəşəm dəstək verdilər. Milli isə əla oyun nümayiş etdirdi. Mübariz oyun sərgilədilər. Komanda yaxşı oyun göstərsə də, qələbə qazana bilmədi. Əvəzində isə son dəqiqədə rəqib qol vurdu. Həmin anda bilmirsən ki, futbolu sevəsən, ya nifrət edəsən. Bu da futbolun 90 dəqiqə oynanıldığını göstərir. 90 dəqiqə ərzində şanslarımız oldu. Qrupdan çıxmaq imkanımız var. Qarşıda 4 oyun var. Real danışsaq, artıq şansımız azalıb. Bu seçmə mərhələnin əvvəlində “niyə də yox?!” şüarını elə-belə qoymamışdıq. Bizim əsl məqsədimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaqdı... Prosineçkinin millidən ayrılması ilə bağlı müzakirə olmayıb. Baş məşqçinin AFFA ilə ilin sonuna kimi müqaviləsi var. Prosineçki bu məsələ haqda danışmır və bizə müraciət də etməyib. Əvvələr də mətbuat yazırdı ki, “Bursaspor” Prosineçkini Türkiyəyə apardı. Amma sonradan yalan çıxdı. “Bursaspor” rəsmiləri deyirdilər ki, guya AFFA rəsmiləri ilə görüşüblər. Amma onlar heç də bizimlə danışıqlar masasına keçməyiblər. Biz heç onları tanımırıq. Telefon zəngimiz də olmayıb. Renata gəlincə, baş məşqçi dünənki konfransda bildirdi ki, Dadaşov yaxşı və güclü oyunçudu. Ancaq onun vaxtı çatmayıb. Bir az səbirli olaq. Məşqçinin yəqin ki, öz planları var. AFFA-nın rəsmi qonaqları var idi. Rövnəq Abdullayev onlarla idi, onları yola salırdı. Yığma üzvləri ilə mən görüşdüm və Rövnəq müəllimin də adından komandaya təşəkkür etdim. Gözəl oyun sərgilədilər. Son dəqiqə qoluna görə hamımız üzüldük. Heç-heçə olsaydı, deyəcəkdik ki, kaş udardıq. Amma bu hesabdan sonra görürük ki, heç-heçə də yaxşı nəticə olardı”.
“Bu dəqiqə başım işləmir”
Rəşad Sadıqov: “Çox danışa bilməyəcəm, Yəqin siz də məni başa düşərsiz. Qısaca onu deyə bilərəm ki, Azərbaycan futbol tarixinin ən vacib görüşü idi. Bəlkə də ən yaxşı oyunumuzu keçirdik. Əvəzində ən üzücü məğlubiyyəti aldıq. Bu dəqiqə başım işləmir. Şərh etməyə, izah verməyə söz tapa bilmirəm”.
“Hansı sürpriz olduğunu yaxşı olardı ki, Prosineçkidən soruşasız”
Maksim Medvedev: “Oyun olaraq üstünlük tərəfimizdə idi. Amma son dəqiqələrdə, hətta saniyələrdə qol buraxmaq komanda üçün böyük zərbədi. Topu irəli ötürüb itirməkdənsə, özümüzdə saxlayıb, oyuna nəzarət edirdik. Dəqiqəbaşı topu itirmək yaxşı hal olmazdı. Məcbur edirdik ki, onlar topun arxasınca qaçsınlar, yorulsunlar. Biz də əks-hücumlara çıxırdıq. Fikrimcə, yaxşı oyun sərgilədik. Çünki zaman-zaman rəqib əsəbləşirdi, futbolçuları bir-birinə qışqırırdı. Bizim hücumlarımız isə pis alınmırdı. Qol vurmaq üçün imkanlarımız oldu. Amma ələ düşən şanslardan düzgün istifadə edə bilmədik. Rəqibə sürpriz hazırladığımızı baş məşqçi sizə demişdi. Hansı sürpriz olduğunu yaxşı olardı ki, özündən soruşasız. Komanda oyuna yaxşı hazırlamışdı. Onlardan üstün oyun nümayiş etdirdik, qol imkanlarımız da çox oldu. Ola bilsin, sürprizimiz bu idi. Şanslarımız azalsa da, ümidimiz qalıb. Qarşıda 4 oyun var. Vacib olan oyunumuzu yaxşılaşdırmaq, bu qarşılaşmalarda yaratdığımız qol imkanlarından maksimum istifadə etməkdi. Bunun üzərində işləməliyik. Gələcəkdə belə problemləri yaşamamalıyıq. Hakim bəzən adi toxunuşalara görə fit çalırdı. Biz də buna əsəbləşirdik. Son saniyələrdə müəyyən qədər yorğunluq yarandı. Rəqib də ənənəsinə sadiq qalaraq hava ötürməsindən istifadə etdi. Cərimə meydançasındakı futbolçu isə şansını qaçırmadı”.
“Elə bilirəm, oyun heç-heçə başa çatıb”
Qara Qarayev: “Niyə belə oldu? Maraqlı sualdı. Layiq olmadığımız yenilgini aldıq. Məncə, ən baxımlı oyunumuzu keçirdik. Çatışmayan qol oldu. Futbol belə qeyri-adi, sürpriz tərəflərinə görə dünyada sevilir. Yəni bəzən gözlənilməzliklər qeydə alınır. Qalib gəlmək üçün hər şey etdik. O qolu necə buraxdığımızı hələ də anlaya bilmirəm. Vallah, hələ də şokdayam. Qol vura bilməsək belə, buraxmamalıydıq. “Qarabağ”ın heyətində “İnter”lə elə bu stadiondakı oyundan sonra hansı vəziyyətə düşmüşdümsə, indi də o cür şokdayam. Elə bilirəm, oyun heç-heçə başa çatıb. Gördüklərimə, eşitdiklərimə inana bilmirəm. Bu cür oynayıb uduzmağın adı bəxtsizlikdi. Fikir verdizsə, rəqib matçın gedişində məcburən oyun sistemini də dəyişdi. Biz öz çıxışımızla onları dəyişikliklərə məcbur etdik. Baş məşqçi pis heç nə demədi. Özü də futbolçu olub, bizi yaxşı başa düşür. Bu gün bizə dərs oldu. Bu kollektivlə, bu baş məşqçiylyə və daim yanımızda olan azarkeşlərlə böyük işlər görəcəyik”.
“Rəqib futbolçu mənə qarşı aşkar kobud oynamışdı”
Namiq Ələsgərov: “Oyunboyu rəqibə oynamaq imkanı vermədik. Həm topa nəzarət edirdik, həm də təhlükəli vəziyyətlər yaradırdıq. Meydana sonradan çıxsam da, millinin uğuru üçün əlimdən gələn hər şeyi etdim. Rəqib futbolçu mənə qarşı aşkar kobud oynamışdı. Dizimə zərbə var idi. Hakim düşünmədən cərimə zərbəsi təyin etməliydi, amma oyunu davam etdirdi. Epizodu görmədi, yoxsa bilərəkdən qayda pozuntusunu qeydə almadı – bunu deyə bilmərəm. Oyun təcrübəsinin azlığı müəyyən mənada sözünü deyirdi. Bunu Avstriyada ikitərəfli görüş keçirməklə “sığortalamağa” çalışmışdıq. Məğlubiyyətin səbəbi kimi oyun təcrübəsinin azlığını göstərmək düzgün olmaz. Sadəcə, biz qol vura bilmədik, bunu rəqib bacardı”.
“Belə yenilgini həzm etmək çətindi”
Kamran Ağayev: “Gözəl futbol adına lazım olan hər şeyi etsək də, haqq etdiyimiz qələbəni qazana bilmədik. Adam danışmağa da söz tapmır. Başa düşürəm, futbolda olan şeylərdi. Sadəcə, belə yenilgini həzm etmək çətindi. Yəqin ki, təkcə biz futbolçular yox, Azərbaycan xalqı üzüntü içindədi. Oyunboyu vaxt “yediyimi” deməzdim. Mən öz işimi görürdüm. Topu kor-koranə irəli vuranda, aydın məsələdi ki, ucaboy rəqib futbolçular mübarizələrdən qalib ayrılacaqdı. Ona görə də alternativ yollar axtarmağa çalışırdım. Mənə nə tapşırıq verilmişdisə, ona uyğun addım atırdım. Lazımsız dəqiqədə lazımsız qol buraxmaq çox pis oldu. Həyatda hər şeyə hazır olmaq lazımdı. Bundan sonra nəsə deməyin mənası yoxdu. İrəli boylanmalıyıq”.
“Azərbaycan millisi bu gün özünü əsl meydan sahibi kimi apardı”
Coş Magennis: “Azərbaycan yığmasının nəyə qadir olduğunu bilirdik. Xüsusilə azarkeşləri önündə istəkli olduqları diqqətimizi çəkmişdik. Futbolçuların texniki imkanları rəqibə daha rahat oynamaq imkanı verirdi. Yəni bütün bunları götür-qoy etdikdən sonra Bakıda işimizin asan olmayacağı məlum idi. Ona görə də nisbətən ehtiyatlı oyuna üstünlük verməklə rəqibin səhv buraxacağı anı gözləyirdik. Gizlətmirəm, Azərbaycan millisi bu gün özünü əsl meydan sahibi kimi apardı. Topa sahib olmaqla bir neçə təhlükəli qol vəziyyəti yaratdılar. Rəqibdən qorxurduq deməzdim, sadəcə, açıq futbol oynamaq istəmədik. Belfastdakı 0:4-dən nəticə çıxardıqları və ordakı səhvləri təkrarlamayacaqları məlum idi. Razıyam, oyunboyu yüzfaizlik qol imkanlarımız olmadı. Amma sona qədər ümidimizi itirmirdik. Fərqləndiyimiz epizodda bəxtimizin gətirdiyini deməliyəm. Bu gün futbol xoşbəxtliyi tərəfimizdə oldu. Matç heç-heçə başa çatsaydı da, buna üzülməyəcəkdik. Amma qələbə lap yerinə düşdü”.
“Azərbaycan klubu xidmətimdə maraqlı olsa, danışıq aparmaq olar”
Kayl Lafferti: “Rəqib həqiqətən də üstün futbol sərgilədi, bunu dana bilmərəm. Bakıya 3 xal dalınca gəlmişdik, ancaq bu cür oyunda heç-heçə də bizi qane edəcəkdi. Ehtiyat oyunçular skamyasında oturduğum müddətdə uduzacağımızı düşünmürdüm. Çünki qələbəyə inamım vardı. Sadəcə, rəqib futbolçular yaratdıqları qol imkanları ilə bizi həyəcanlandırırdılar. Bilirdim ki, əlimizə şans düşsə, qol vura biləcəyik. 7 ay əvvəl Belfastda qarşılaşdığımız Azərbaycan millisi ilə indiki arasında böyük fərq vardı. Bu gün daha istəkli görünürdülər, topa nəzarəti əldən vermirdilər. Bu gün taktiki cəhətdən ağıllı oynadılar. Həm də bizə boş zonalar vermirdilər... Azərbaycan klublarının mənimlə maraqlanması xəbərini mətbuatda oxudum. Düzünü desəm, mənimlə əlaqə saxlayan olmayıb. Bəlkə də kimsə maraqlanır, amma mənim bundan xəbərim yoxdu. Hazırda azad agent statusu daşıyıram. İddialı Azərbaycan klubu xidmətimdə maraqlı olsa, danışıqlar masası arxasında əyləşmək olar. Burda gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Azarkeşlərin yaratdığı ab-hava, sadəcə, möhtəşəm idi. Bakı da gözəgəlimli şəhərdi. Amma hələ ki təklif almamışam”.
“Bizi 1 xal da qane edirdi, ona görə də risk etmirdik”
Kris Brant: “Olduqca xoşbəxtəm. 90 dəqiqə boyunca bizdən üstün oyun sərgiləyən rəqib üzərində qələbə qazanmaq xüsusi hissdi. Qol imkanları yaxalaya bilməsək də, ələ düşən fürsəti qaçırmadıq. Azərbaycanlı futbolçular texniki imkanları hesabına oyuna nəzarət edirdilər. Əslində belə olacağını əvvəldən bilirdik. Çünki rəqibin bir neçə görüşünün videoyazısını izləmişdik. Azərbaycan yığması evdə çox təhlükəlidi. Səmimi deyəcəm, bu gün bəxtimiz gətirdi. Mən etiraf etməsəm də, bunu hamı gördü. Rəqib iki yüzfaizlik qol şansını boşa verdi, amma biz yaxaladığımız yarımçıq imkanı dəyərləndirdik. Bizi 1 xal da qane edirdi, ona görə də risk etmirdik. Azarkeşlərin yaratdığı atmosfer möhtəşəm idi. Qazonun durumu da ideal idi. Futbol adına hər şey yüksək səviyyədə idi. 4 il əvvəl bu rəqibə məğlub olmuşduq. Amma burda yox, başqa stadionda (Bakcell Arena). Bildiyimə görə, bu arena o birinə nisbətən köhnədi. Ona görə də uduzduğumuz oyunun baş tutduğu stadionu daha çox bəyənmişdim. “Vest Bromviç”lə müqaviləm var. Ona görə də karyeramı Azərbaycanda davam etdirmək haqda düşünə bilmərəm. Həm də bura çox istidi, mənə sərf etməz” (gülür).
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə Dünən, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək Dünən, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu Dünən, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir Dünən, 15:17 Eddi İsrafilov üçün 500 min avro Dünən, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub Dünən, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı Dünən, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir Dünən, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi 19-06-2019, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi 19-06-2019, 14:12 Mahirdən şübhəli mesaj 19-06-2019, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” 19-06-2019, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq 19-06-2019, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı 19-06-2019, 14:00 Emildən növbəti “quru” oyun 19-06-2019, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq 19-06-2019, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi 19-06-2019, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir 19-06-2019, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür 19-06-2019, 13:51 “Keşlə” sabah toplanışa başlayır 19-06-2019, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır 19-06-2019, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı Bütün xəbərlər
Ən çox oxunanlar