12 in 15:43aktual

Anar Salmanov ispanları qınadı

Anar Salmanov ispanları qınadı
“Fernandesin idarəçiliyi aşağı səviyyədə idi”

Ötən şənbə yığma DÇ-2018-in seçmə mərhələsində ən vacib oyununa çıxdı. Şimali İrlandiyanı qonaq edən Robert Prosineçkinin yetirmələri 2-ci uzatma dəqiqəsində buraxdığı qolla məğlub oldu. Təbii ki, komandaların oyunu ilə yanaşı, hakimlik də diqqət mərkəzində idi. Xavyer Fernandesin rəhbərlik etdiyi ispaniyalı hakimlər briqadasının matçı necə idarə edəcəyi hamı üçün maraqlıydı. Heç kim bu cür vacib məqamda hakimlərin qurbanı olmağı arzulamırdı. Düzdü, 90 dəqiqə boyunca Fernandes oyunun nəticəsinə təsir edən səhvlə yadda qalmadı. Lakin onun bəzi qərarları, heç şübhəsiz, mübahisələrə səbəb oldu. Səhv qərarlar yığmanın oyununa da təsirsiz ötüşmədi desək, yanılmarıq. Odu ki, həmin qərarlarla sizi tanış etməyi lazım bildik.
İlk mübahisəli vəziyyət 3-cü dəqiqədə yaşandı ki, topu ələ keçirən Dmitri Nazarov cərimə meydançasına doğru sürətlə irəliləyərkən rəqiblə toqquşaraq yerdə qaldı. Qaydanın pozulmasına baxmayaraq, ispan referinin fiti susdu. Fernandes ilk dəqiqələrdən bütün kiçik follar zamanı belə fit çalır, oyunu saxlayırdı. İlk hissənin digər mübahisəli epizodu 27-ci dəqiqəyə təsadüf eti. Belə ki, Pavel Paşayev “sürüşmə” fəndini yerinə yetirərkən öncə topa toxunsa da, Coş Magennisə də toxundu və rəqib futbolçu yerdə qaldı. Xavyerin qayda pozuntusu qeydə alması bütün futbolçularımızın ciddi narazılığına səbəb oldu. Lakin hakimin qərarı dəyişmədi. Ümumiyyətlə, Fernandes oyunda epizodlara yaxın ola bilmirdi. Düz gözünün önündəki epizodlarda belə, referi dəqiq qərar verməkdə tərəddüd edir, köməkçiləri ilə məsləhətləşirdi. 32-ci dəqiqədə oxşar epizodda rəqib topqarışıq Nazarovun ayağına zərbə vursa da, bu dəfə hakimin fiti susdu.
İkinci yarı da bəzi qaranlıq məqamlarla yadda qaldı. Hakimlər briqadası həm oyundakənar vəziyyətlərin qeydə alınmasında, həm də aut epizodları zamanı şübhəli qərarlar qəbul etdi. Matçda ən mübahisəli vəziyyət isə 78-ci dəqiqədə yaşandı. Oyuna yenicə qoşulan Namiq Ələsgərov sürətlə rəqibin cərimə meydançasına şığısa da, Evans onun qarşısını kobudluqla aldı. Hakim epizoda çox yaxın olsa da, qayda pozuntusunu qeydə almadı. Halbuki Evansa sarı vərəqə də göstərmək lazım idi. 80-cı dəqiqədə isə Fernandes xeyrimizə qərar qəbul etdi. Belə ki, Almeydaya qarşı qayda pozuntusu zamanı Rəşad Sadıqov topa hakimin fitindən sonra kiçik toxunuş etdi. Əslində kapitan topu Kamran Ağayevin oyuna daxil etməsini istəyirdi. Yəni iki futbolçu arasındakı anlaşılmazlıqdan istifadə edən Kayl Lafferti topu götürərək, qapımıza doğru irəlilədi. Lakin Fernandes anlaşılmaz şəkildə oyunu saxladı. Bu da qonaqların narazılığına səbəb oldu.
Təbii ki, bütün yazdıqlarımız gördüklərimizdi. Bəs Fernandes və briqadasının idarəçiliyi haqda mütəxəssis nə düşünür? Odu ki, sabiq FİFA referisi Anar Salmanovla danışmağı lazım bildik. O, hakimlikdən narazı qaldığını bildirdi: “Fernandes təcrübəli hakimdi. O cümlədən briqadası. Bu adamlar “Barselona”, “Real” və “Atletiko” kimi dünya nəhənglərinin oyunlarını idarə edirlər. Bu üzdən dünənki (srağagünkü) qarşılaşma onun üçün su içmək qədər rahat olmalıydı. Lakin biz bunu görmədik. Oyunu aşağı səviyyədə idarə etdi. Mən bunu yığmamız uduzduğuna görə demirəm. Qayda pozuntularının yozumu və qərarların qəbulu baxımından problem var idi. İkinci yan xətt hakimi Teodoro Sobrino da bir neçə dəfə səhv etdi. Məsələn, oyundankənar vəziyyət oldu, amma oyunu saxlamadı. Olmayan epizodda isə saxladı. Lakin bu epizodlar ciddi təhlükə yaratmadı. 78-ci dəqiqədə Namiq Ələsgərovu yıxdılar. Fernandes epizoda çox yaxın idi. Lakin qayda pozuntusunu qeydə almadı. O vəziyyəti görməmək mümkün deyildi. Həmin hərəkətə görə Evansa sarı vərəqə də verilməliydi. Hakimin fiziki hazırlığı aşağı səviyyədə idi. Hakimlər arasında əlaqə də zəif idi. Belə idarəçiliyə görə ona ən yaxşı halda 8,2 bal verərdim. Düz yanında olan qaya pozuntularını özü qeydə almırdı, köməkçilərinin işarəsindən sonra fit çalırdı. Bunu duymaq çətin deyil. Baş hakimin fiti gecikən kimi o saat anlayırsan ki, köməkçisinin işarəsindən sonra oyunu saxlayıb. Bu, hakimin nüfuzuna təsir edir. Onun balı aşağı düşəcək. Yəqin ki, matçın hakim-inspektoru bu amilləri nəzərə alacaq. Hakim düz burnunun ucundakı epizodu görmürsə, deməli, problem var. Oyunun ilk dəqiqələrində Nazarova qarşı “sürüşmə” fəndi oldu. Hakim orda oyunu saxlamadı. Habuki rəqib sürətli hücumumuzun qarşısını kəsmişdi. Tam görünən, bəsit epizod idi. Bir neçə qayda pozuntusu qeydə alınmayanda, komandanın psixoloji durumuna təsir edir. Bundan əlavə, Paşayev “sürüşmə” fəndi zamanı topa oynamışdı. Amma yüngülcə rəqibə də toxundu. Burda nəyə fikir vermək lazımdı? Deməli, Paşayev topa toxunandan sonra ayağını yığışdırdı, amma sürüşüb rəqibə dəydi. Hakim onu qayda pozuntusu kimi dəyərləndirməməliydi. Əksinə, oyunun davam etməsinə imkan verməliydi. Çox güman, laysmanın işarəsindən sonra oyunu saxladı. Ardınca eyni epizod Nazarova qarşı oldu, həm yan xətt hakimi, həm də baş hakim epizoda uzaq olduğundan, oyunu saxlamadılar. Bir sözlə, Fernandesin idarəçiliyi aşağı səviyyədə idi. La Liqanı idarə edən hakim üçün bu qarşılaşma tum çırtlamaq qədər asan olmalıydı. Hesab edirəm ki, kobud səhvlər olmasa da, mübahisəli epizodlarakı qərarlar onun reytinqinə təsirsiz ötüşməyəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Bu gün, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Bu gün, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Bu gün, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Bu gün, 14:56 Əliyarı finala layiq görmədilər Bu gün, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bu gün, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Bu gün, 14:12 Mahirdən şübhəli mesaj Bu gün, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Bu gün, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Bu gün, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Bu gün, 14:00 Emildən növbəti “quru” oyun Bu gün, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Bu gün, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Bu gün, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Bu gün, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Bu gün, 13:51 “Keşlə” sabah toplanışa başlayır Bu gün, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Bu gün, 13:39 Həftənin idman proqramı Dünən, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar