11 in 19:41aktual

San Marino və Çexiya ilə oyunlar BOS-da!

San Marino və Çexiya ilə oyunlar BOS-da!
AFFA tələsik qərar verib, yoxsa məcburi?

Bu gün yığmamız 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində taleyüklü matça çıxacaq. Hər kəsin fikri-zikri bu matça yönəlib. Şimali İrlandiya ilə qarşılaşmada hamı komandamızdan qələbə gözləyir. Yalnız belə olan halda millimizin DÇ-nin pley-off mərhələsinə vəsiqə qazanmaq şansı real olacaq. Komandamızın hansı nəticəyə imza atacağını isə bu axşam saat 22.00-da biləcəyik. Ya sərfəli nəticə, ya da fiasko. Millimizin qarşıdakı San Marino və Çexiya ilə oyunlara necə köklənəcəyi, həmin qarşılaşmaların yığma üçün nə dərəcədə vacib olacağı məhz bugünkü görüşdən asılıdı. Buna baxmayaraq, dünən AFFA-nın rəsmi saytı millinin seçmə mərhələdə keçirəcəyi növbəti iki ev oyununun stadionunu açıqlayıb. Belə ki, ölkənin əsas komandası San Marino və Çexiyanı eyni arenada qəbul edəcək. Robert Prosineçkinin yetirmələri sentyabrın 4-də “cırtdan”la Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək. Komandamızın oktyabrın 5-də Çexiya ilə görüşü də bu meydanda baş tutacaq. Bu haqda BOS-un direktoru Cavid Qarayev də ötən saylarımızın birinə müsahibəsində danışmışdı. O bildirmişdi ki, ot örtüyü yenilənəndən sonra San Marino və Çexiya ilə oyunların BOS-da baş tutması üçün danışıqlar gedir. Belə görünür, artıq danışıqlar bitib, hər şey rəsmiləşib.
İndiki halda ortaya belə bir sual çıxır: assosiasiya bu qərarı verməkdə tələsməyib rb? Bizə görə tələsib. Yaxşı olardı ki, bu qərar Şimali İrlandiya ilə oyundan sonra veriləydi. Çünki San Marino və Çexiya ilə qarşılaşmalara azarkeş marağı məhz bu görüşdə qeydə alınacaq nəticədən asılı olacaq. Allah eləməmiş, komanda bu axşam məğlub olsa, San Marino ilə oyunda BOS dolacaqmı? Heç inandırıcı deyil. Bizim kimi zəif futbol ölkələrində azarkeşlər daha çox milliyə yox, onun rəqibinə görə stadionlara gəlirlər. Azarkeşin az gələcəyini nəzərə alıb, başqa bir məqama da toxuna bilərik. Görüşün boş tribunalar önündə keçirilməsi heç BOS-un amortizasiya xərclərini qarşılaşmayacaq. Kimsə deyə bilər ki, bilet satışından gəlir əldə olunacaq. Dostlar, San Marino ilə qarşılaşmaya bileti neçəyə satmaq lazımdı ki, gəlir əldə olunsun? 5, 10, yoxsa 15 manata? Şimali İrlandiyaya uduzsaq, kimdi San Marino ilə qarşılaşma üçün bu qədər pulundan keçən? Özü də şəhərin mərkəzindən bir qədər uzaq olan BOS-a?
Təbii, məsələ ilə bağlı AFFA-dan reaksiya öyrənməyi lazım bildik. Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirdi ki, DÇ-nin seçmə oyunları üçün BOS-u sifariş ediblər və komanda ora qayıtmalıdı: “Birincisi, AFFA iş görəndə bütün bunları araşdırır, təhlil edir və qərar verir. Seçmə turnir start götürməmiş ev oyunlarını keçirmək üçün BOS-u sifariş vermişik. Lakin mayda BOS-da İslam Həmrəyliyi Oyunları keçirildi. İndi oranın ot örtüyü yaxşı vəziyyətdə deyil. Bu üzdən qarşıdakı aylarda ot örtüyü dəyişdiriləcək. Bunu yaxşı bilirsiz. Biz Tofiq Bəhramov adına Respublika stadionundan müvəqqəti yararlanırdıq. Çünki BOS hazır deyildi. San Marino və Çexiya ilə qarşılaşmalara kimi isə bu stadion tam hazır olacaq. Məhz buna görə qərar vermişik. BOS tam hazırdısa, niyə başqa arenaya gedək? San Marino və Çexiya ilə qarşılaşmalara azarkeşlərin gəlib-gəlməyəcəyini indidən demək tezdi. Hazırda bütün diqqətimizi Şimali İrlandiya ilə matça yönəltmişik. Başqa məsələlər arxa plandadı”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar