11 in 19:21aktual

“Neftçi”də ixtisarlar davam edir

“Neftçi”də ixtisarlar davam edir
İndi də Müşahidə Şurasının mətbuat katibinə ehtiyac duyulmadı

Mövsümü titulsuz bitirən “Neftçi”də futbolçularla bağlı yeni xəbərlər əldə etməli olduğumuz halda, dəyişikliklər əsasən strukturla bağlıdı. Ştat cədvəlində hansısa ştatların ləğv olunması, müxtəlif postların birləşdirilməsi, yeni vəzifələr və s. Əvvəlki adı Mətubat və İctimaiyyətlə Əlaqələr Departamenti, indiki adı Mətbuat və Marketinq Departamentində Mehman Rəsulovu Rüstəm Əfsərli əvəzləmişdisə, akademiyada baş seleksiyaçı vəzifəsinə xidmətinə ehtiyac duyulmayan Səmədağa Şıxlarovu Kamal Quliyev əvəzləmişdi. Eldəniz Yusifov isə əsas komandaya baş menecer təyin olunmuşdu. Görünür, yeni xəbərlər eşitməkdə davam edəcəyik.
Buna qədər klubun Rəqəmsal Marketinq üzrə meneceri kimi tanıdığımız Rüstəm Fətəliyev həm də Müşahidə Şurasının mətbuat katibiydi. Uzun illər mətbuat sahəsində çalışmış Fətəliyev srağagün şəxsi “feysbuk” səhifəsində paylaşdığı statusda bu sözləri yazıb: "Neftçi"nin Müşahidə Şurasının mətbuat katibi vəzifəsində fəaliyyətimi bitirdim. Bundan sonra yuxarıda qeyd olunan qurumla bağlı hər hansı sualınız yaranarsa, Rüstəm Əfsərliyə müraciət etməyinizi xahiş edirəm”.
Onsuz da Rüstəm bəyin fəaliyyət dairəsi əsasən şuranın baş tutan iclaslarıyla bağlı xəbərləri klub saytına yerləşdirməkdən ibarət idi. Yəni onun gedişi heç nəyi dəyişməyəcək. Sayta xəbər qoymağı Əli də bacarır, Vəli də. Yəni ştatda əlavə yer və klubdan çıxan pul idi (maaş alırdısa – H.). Sadəcə, gedişin özü ortaya müəyyən suallar çıxarır. Olmaya Müşahidə Şurası da ləğv olunur? Bəlkə Fətəliyev işdən azad olunacağını hiss etdiyindən özü bu addımı atıb? Boşaltdığı posta kimsə gətiriləcək, yoxsa şuranın mətbuat katibinə ehtiyac duyulmayacaq? Özü ilə söhbətdə suallara aydınlıq gətirməyə çalışdıq: “Mən, sadəcə, Müşahidə Şurasının mətbuat katibi vəzifəsindən ayrılmışam. Amma yenə “Neftçi”dəyəm. Kluba yeni gələndə Rəqəmsal Marketinq meneceri vəzifəsinə təyin olunmuşdum. Bundan sonra yenə həmin işimi davam etdirəcəm. Son vaxtlar hər iki işin öhdəsindən gəlməyə çalışırdım. Struktur dəyişikliyindən sonra Müşahidə Şurasının mətbuat katibi vəzifəsi ləğv olundu. Bundan sonra “Neftçi”ylə bağlı istənilən sualı Rüstəm Əfsərli cavablayacaq. Şuranın ləğv olunmasından, yaxud mənim klubdan ayrılmağımdan söhbət gedə bilməz. Dediyim kimi, gedişim həmin vəzifənin ləğv olunmasına görədi”.
Yuxarıda qeyd olunduğu kimi, bundan sonra Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti Mətbuat və Marketinq Departamenti kimi fəaliyyət göstərəcək. Yəni Rüstəm Əfsərlinin işi təkcə media ilə körpü rolunu oynamaqdan ibarət olmayacaq. O həm də klubun marketinq sahəsinə cavabdehlik daşımalıdı. Belə olan halda Rəqəmsal Marketinqə nə ehtiyac var? Bu sahəni də digər departamentin “gözünə qatmaq” olmazdı? Sualı dinləyən Fətəliyevin cavabı belə oldu: “Rəqəmsal Marketinq sırf internetə aid olan sahədi. Saytlarda və sosial şəbəkələrdə gedən reklamlarla bağlı işdi. Xaricdə bu post SMM (Social Media Marketing) kimi tanınır. Rüstəm Əfsərlinin görəcəyi iş isə klubun ümumi marketinqi ilə bağlıdı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar