09 in 23:03aktual

Milliyə yalnız “İmarət” dəstək verməyəcək

Milliyə yalnız “İmarət” dəstək verməyəcək
Maddi problemlər “Sektor 11”ə mane olub

Bir aydan çoxdu ki, millimizin Şimali İrlandiyaya qarşı matçı hər kəs tərəfindən müzakirə olunur. Küçədə, avtobusda, tədbirlərdə, demək olar hər yerdə bu oyundan danışlır. Sosial şəbəkələrdə oyuna 2 ay öncədən bilet axtaranlara da rast gəlmək olurdu. Bu isə ondan xəbər verir ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda anşlaq olacaq. Sıravi azarkeşlərin gəlib yığmaya dəstək olacağına heç kim şübhə etmir. Aydın məsələdi ki, hər zaman bütün yaş qrupları üzrə millilərin yanında olan “Sektor 11” azad azarkeş qrupu da həmişəki kimi yerini tutacaq. Bəs digər klubların azarkeş qrupları necə, millinin oyununa gələcəklərmi? Bu dəfə yığma üçün birləşəcəklərmi? Arenada olacaqlarsa, hansısa xüsusi hazırlıqlar görüblərmi?
Yadınızdadısa, fanklublar bu cür birliyi ötən ilin mayında Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avopa çempionatı zamanı nümayiş etdirmişdilər. Həmin vaxt bütün azarkeş qrupları bir ağızdan U-17-ni irəli səsləmişdilər. Bəs bu dəfə? Hər halda, bu matç yığma üçün çox vacibdi. Odu ki, azarkeş qrupları ilə əlaqə saxlayıb bu məsələyə münasibət öyrənməyi qərara aldıq.
Atanur Cəfərli, “Sektor 11”in rəhbəri: “Biz heç bir millinin oyununu buraxmırıq. Hər zaman stadionda olmuşuq. İyunun 10-da da tribunadayıq. 400-dən çox üzvümüz oyuna gələcək. Təəssüf ki, biz bu vacib qarşılaşma üçün xüsusi hazırlıq görə bilmədik. Məsələn, xüsusi banner hazırlaya bilmədik. Bu da maddi problemlərlə əlaqədardı. Hər banner, plakat müəyyən xərc tələb edir. Respublika stadionu çox böyükdü. Orda da normal azarkeşlik etmək, özümüzü göstərmək üçün gərək böyük plakat və ya xareoqrafiya açasan. Buna da pul lazımdı. Amma həmişəki banner və barabanımızı gətirəcəyik. U-23-ün İslamiadadakı oyunu zamanı barabanımızı stadiona buraxmamışdılar. Lakin sonradan AFFA və MOK işə qarışdı və məsələ həllini tapdı. Final oyununa barabanla getdik və uğurlu da oldu”.
Adil Məmmədov, “Xəmsə”nin rəhbəri: “Bildiyiniz kimi, səhhətimdə problem var. Əhvalımı yüksəldəcək yeganə şey millimizin Şimali İrlandiya üzərində qələbəsi olar. Hamı kimi mən də bunu çox istəyirəm. “Xəmsə” olaraq stadionda olacağıq. Özüm də getmək istəyirəm. Lakin bu sual altındadı. Səhhətim imkan versə, ağrılarım olmasa, təbii ki, gedəcəm. Bizim fanklubun uşaqlar orda olacaqlar. Gəncədən gələnlər də olacaq. Onlarla bu gün (dünən) danışmışam. Ümumi sayımız 50-dən çox olar. Millinin oyunlarında öz bannerimizi açmırıq. Çünki seçilmək istəmirik. Yığma hamımızındı, hamımız eyni qədər sevir və dəstəkləyirik. Özümüzlə üçrəngli bayrağımızı götürəcəyik. Təbii ki, xüsusi şüarlarımız da olacaq”.
Cavad Şərifli, “Red Black Army”nin rəhbəri: “Biz bu oyunun vacibliyini yaxşı anlayırıq. Hamı kimi istəyirik ki, bu oyunda iştirak edək, yığmamızı dəstəkləyək. Azarkeş qrupumuzun üzvlərinin əksəriyyəti Qəbələdədi. Bakıda olanlar azlıq təşkil edir. Buna baxmayaraq, fanklub olaraq stadionda olacağıq. Qəbələdən gələnlər də olacaq. Xüsusi avtobusla yox, fərqli nəqliyyat vasitələri ilə gələcəklər. Öz bannerimizi açmaq istəmirik. Üzvlərimiz bayrağımız, millinin formaları və şərfləri ilə tribunada olacaq. 30 nəfərdən çox üzvümüzün stadiona gələcəyini gözləyirəm. Ola bilər ki, milli üçün xüsusi dəstək banneri də açdıq. Oyundan 2-3 saat əvvəl bu haqda qərar veriləcək. Digər fanklubların rəhbərləriylə də məsləhətləşəcəyik”.
Sübhan Əliyev, “Forza Neftçi”nin rəhbəri: “Forza Neftçi” hər zaman əsas millinin yanında olub. Bu dəfə də stadiona gedəcəyik. Bu oyunun nə qədər vacib olduğunu bilirik. Futbolçularımızın əlavə gücə sahib çıxmaq üçün azarkeşə ehtiyacı var. Neçə nəfər olacağımızı bilmirik. Bilirsiz, indi yaydı, çox adam istirahətdədi. Axşam (dünən) uşaqlarla görüşəcəyik, gələnlərin sayını dəqiqləşdirəcəyik. Həm öz bannerimizi götürəcəyik, həm də milli üçün banner açmağı düşünürük. Ümid edirik ki, 90 dəqiqənin sonunda həm yığma üzvlərinin, həm də bizim üzümüz güləcək”.
Elnur Quliyev, “İmarət”in rəhbəri: “Oyunun nə qədər vacib olduğunu anlayırıq. Lakin biz “İmarət” olaraq stadionda olmayacağıq. Ayrı-ayrı üzvlərimiz matça gedə, komandaya dəstək ola bilər. Onlara heç kim qadağa qoya bilməz. Fanklub şəklində getməməyimizin səbəbi AFFA-dı. Hardasa 5-6 il əvvəl yığmamız Qazaxıstanla oynayanda assosiasiya azarkeşlərin maraqlarını qorumamışdı. Təşkilati məsələlərdə onlar bizim rəyimizi nəzərə almamışdı. Detallarını açıqlamaq istəmirəm. Çünki köhnə söhbətə qayıtmaq niyyətim yoxdu. Həmin olaydan bəri millinin heç bir oyununa fanklub şəklində getmirik. AFFA üçün azarkeş, sadəcə, bir fiqurdu. Onlar bizə dəyər vermir. Bu üzdən kollektiv halında getmirik”.
Ramiz Bayramov, “Qarabağ boys”un rəhbəri: “Təbii ki, fanklub olaraq oyunda iştirak etmək istəyirik. Kim yığmaya dəstək vermək istəməz? Əslində gedib-getməyəcəyimiz bilinmirdi. Lakin artıq hər şey yolundadı. Uşaqların 90 faizi Bakıdadı. Odu ki, ayın 10-da Bakıda olacağıq. Milli üçün xüsusi banner və plakat hazırlamamışıq. Amma çoxumuz yığmanın forması və şərfləri ilə arenaya gedəcəyik. Sayımız isə 80-100 nəfər aralığında olacaq. İstəyirik ki, yığmamız bu vacib qarşılaşmadan 3 xalla ayrılsın”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar