08 in 15:36aktual

Prosineçkinin start “11-liy”i “Futbol+”də

Prosineçkinin start “11-liy”i “Futbol+”də
Almeyda ilə Cavid əsas heyətdə yer alacaq

İyunun 10-u yaxınlaşdıqca təkcə millidə çalışan məşqçilər heyəti və futbolçuların yox, ölkə futbolsevərlərinin də ürək döyüntüsü artır. Zarafat deyil, yığmanın DÇ-2018-in final mərhələsində iştirakı baxımından ələ yaxşı fürsət düşüb və bu imkandan yararlanmaq üçün Şimali İrlandiya ilə qarşılaşmanın yekun nəticəsi həlledici ola bilər. Qrupdakı növbəti 3 xal irəli boylanmaq baxımından ciddi təkan ola bilər. İstər xal baxımından olsun, istərsə də payızda baş tutacaq oyunlar ərəfəsində psixoloji cəhətdən. Bir sözlə, şənbə günü yığma üçün ya “davam” olacaq, ya da “tamam”. Möcüzəyə ehtiyac yoxdu. Meydanda can qoymaq, ağıllı oynamaq və ələ düşən imkanlardan maksimum yararlanmaq lazım gələcək.
Qarşılaşmada əsas yük həm də Robert Prosineçkinin çiyinlərinə düşəcək. Xorvat çalışdırıcı komanda üzvlərini oyuna kökləməyi bacarır, bu öz yerində. Yəni Berti Foqtsdan fərqli, futbolçularda ruh yüksəkliyi yaratmaq, ailə mühiti formalaşdırmaq baxımından problem yoxdu. Yığmanın oyun modelində dəyişiklik etməyi bacarıb. Onun gəlişindən sonra 9 nəfərlə müdafiə olunan qorxaq kollektiv görmürük. Martda millinin Almaniya kimi dünya çempionuna qarşı necə futbol sərgilədiyini gördük. Qonaqların qapısından top keçirmək bir yana, bir neçə təhlükəli vəziyyət yaxalamaq gələcək adına xoş görüntü idi. Bu baxımdan Prosineçkinin işini yüksək qiymətləndirmək olar. Amma söhbət Şimali İrlandiya ilə həlledici oyundan gedirsə, bu görüşdə baş məşqçilərin taktiki savaşı olduqca önəmli rol oynayacaq. Məlum məsələdi, hər iki tərəfə qələbə lazımdı, qonaqlar Bakıya uduzmamaq üçün gələcək. Artıq yığmamızın nəyə qadir olduğunu bilirlər. Odu ki, açıq futbol oynamayacaqları gün kimi aydındı. Ehtiyatlı davranıb şanslarını gözləyəcəklər. Hər halda, “sükan arxasında” 2011-ci ildən yığmada çalışan Maykl O’Nil kimi təcrübəli mütəxəssis var. Təxminən eyni sözləri təmsilçimiz haqda deyə bilərik. Həmin 3 xal daha çox ölkənin bir nömrəli komandasına lazımdı və işimizə yarayacaq. Amma oyunu sırf hücum üzərində qurmaq və qol vurmaq üçün necə gəldi irəli atılmaq sonda baha başa gələ bilər. AÇ kimi mötəbər turnirin final mərhələsində çıxış etmiş təcrübəli rəqibə qarşı açıq futbol sərgiləməyin adı yoxdu. Yığma görməyə alışdığımız oyununu sərgiləməli (Almaniya və Norveçlə Bakıdakı oyunlarda olduğu kimi - H), yəni topa nəzarət etməklə rəqibi səhv etməyə sürükləməlidi.
Təbii, meydana hansı futbolçuların çıxmağın lazım gəldiyini, hansı taktiki düzülüşə üstünlük verməyin vacibliyini Prosineçki özlüyündə dəqiqləşdirib. Əminik ki, noyabrda məhz bu rəqibə qarşı səfərdə baş tutan oyundakı səhvləri təkrarlamayacaq. İstər futbolçu seçimində olsun, istərsə də taktiki planda. Vaxtilə Xorvatiya yığmasında, “Kayserispor”da çalışmış birinin 7 ay əvvəlki səhvlərindən dərs çıxaracağına inanırıq. 4-5-1 taktiki düzülüşünə güvənəcək xorvat mütəxəssisin meydana bu heyətlə çıxacağı gözlənilir, hətta deyərdik ki, dəqiqdi.
“Çərçivə”ni Kamran Ağayevin qoruyacağı birmənalıdı. Anar Nəzirovla Səlahət Ağayev hər nə qədər hazırlıqlı olsalar da, Prosineçkinin Kamran sevgisi və milli təcrübəsi sözünü deyir. Həssas nöqtə müdafiə xətti olacaq ki, “arxa”nı bərk saxlamaq mütləqdi. Zədəsini tam sağaltmayan Rəşad Sadıqovun nəyin bahasına olur-olsun, meydanda olması vacibdi. Oynamasa, Belfastdakı mənzərəyə şahidlik edə bilərik. Yanında “Qarabağ”dakı komanda yoldaşı Bədavi Hüseynov qərarlaşacaq. Ucaboy britaniyalıları “ikinci mərtəbə”də zərərsizləşdirmək üçün Bədavidən layiqli namizəd yoxdu. Hə, keçək əsas məsələyə - cinahlara. Maksim Medvedev “sağ”da baş verən prosesləri diqqətdə saxlayıb, rəqib futbolçuların özünü rahat hiss etməsinə imkan verməməlidi. “Sol”da isə Almaniya ilə matçda olduğu kimi Pavel Paşayev yer alacaq. Hər halda, bundestimlə qarşılaşmada pis təsir bağışlamamışdı. Ukrayna çempionatında daimi oyun təcrübəsinə sahib olması köməyinə çata bilər. Yarımmüdafiə xəttinə gəlincə, Prosineçkinin gəlişindən sonra üç yox, iki dayaq yarımmüdafiəçisi ilə çıxış edən millidə bu işin öhdəsindən gələ biləcək ilk adam Qara Qarayevdi. “2 nömrə” sırf “dağıtmaq” işinə baxacaq. Yanında həm “dağıdan”, həm də “yaradan” yer almalıdı ki, diqqətlər Rahid Əmirquliyevə yönəlir. Amma düşərgədə yeni ad – Riçard Almeydanın olduğunu görən baş məşqi, təbii ki, seçim qarşısında qalıb. Belədə üstünlüyü braziliyalıya verib. Görünür, Riçard təlim-məşq toplanışında ümidləri artıqlamasıyla doğruldub. Meydana çıxıb “Qarabağ”dakı oyununu sərgiləməsində problem olmayacaqsa, lap yaxşı. Yarımmüdafiənin sağ cinahında yenə Əfran İsmayılovu görəcəyik. Prosineçkinin Əfran sevgisinin arxasında nəyin dayandığını dəqiq bilməsək də, “Qarabağ”lıya şans verəcəyi dəqiqdi. Əks cinahda isə yenə Dmitri Nazarov mübarizə aparacaq. Almanlarla matçda həmin mövqedə Kimmixə başağrı olan “13 nömrə” bu dəfə də eyni funksiyanı daşıyacaq. “11-lik”də gözlənilməz ad Cavid Hüseynovdu. Həbsdən azad olandan sonra “Qəbələ”də qeyri-sabit çıxışıyla yadda qalan yarımmüdafiəçi hazırlıq dönəmində baş məşqçinin etimadını qazana bilib. Çalışdırıcı Cavidin fiziki gücündən istifadə etmək niyyətindədi. Hücumun sivri ucunda kimin yer alacağı isə gözlənilirdi – Ramil Şeydayev. “Jilina”ya keçəndən sonra “ayağı açılan” forvard özü kimi ucaboy britaniyalılarla mübarizələrdən qalib ayrılıb qol vurmalıdı.
Son iki gündə kimsə zədələnə, xəstələnib sıradan çıxa bilər. Belədə dəyişiklik qaçılmaz olacaq. Biz sizə Prosineçkinin Avstriya toplanışından sonra müəyyənləşdirdiyi “11-liy”i təqdim etdik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar