07 in 14:33aktual

“Yetim” Eyvaz futbolumuza şeir həsr etdi

“Yetim” Eyvaz futbolumuza şeir həsr etdi
“Çün qalıb qara günə, qara futbol”

Bir neçə gün öncə yaxın dostlardan biri zəng vurub axşam Sumqayıtdakı restoranlardan birinə gəlməyimi xahiş etdi. İşdən neçədə çıxacağımı bilmədiyimdən, deyilən vaxtda hadisə yerinə çatıb-çatmayacağımın sual altında olduğunu dostumun diqqətinə çatdırınca, “özün bilərsən, xətrini çox istədiyin, şeirlərini bəyəndiyin Eyvaz da dağlardan enərək qonağımız olacaq” söyləyib, sanki mənə “şirə verdi”. Bu həmin Eyvazdı ki, el arasında “yetim” ləqəbi ilə tanınır və yazdığı qəzəl və şeirlər sadə insanlar tərəfindən çox sevilir.
Eyvazla dostluğmuzun tarixi 10 ildən çoxdu. Dəqiq yadımda deyil, ancaq hansısa ortaq dostumuzun övladının xeyir işində tanış olmuşuq. O gündən bəri mənim yolum şairin dədə-baba yurdu Qalaaltı kəndinə düşəndə və ya “yetim” Sumqayıta, Bakıya gələndə, mütləq imkan tapıb görüşür, özü demişkən, “pənco-pənco” vuraraq, ordan-burdan söhbət edərək, zamanənin gərdişindən-gedişindən danışırıq. Pis çıxmasın, yazı-pozu adamı olduğumdan el şairi çox vaxt qələmə aldığı yeni şeirləri ilk dəfə mənə oxuyaraq, fikrimi öyrənməyə çalışır. Axırıncı dəfə onunla aprelin sonlarında bir masa arxasında oturmuşduq. Həmişəki kimi səsli-küylü, sözlü-söhbətli “badə savaşından” sonra onunla sakit bir guşəyə çəkilib bir qədər dərdləşdik. Yeri gəlmişkən, həmişə şux, danışıb-gülən görməyə adət etdiyim şairin bir qədər dəyişdiyni, əhvalının yerində olmadığını hiss etdim. Söhbət əsnasında məlum oldu ki, səhhəti əvvəlkki tək sözünə qulaq asmır, hər nə qədər olmasa da, yaş öz işini görür. Ədəbi mühitdə yaşananlarla bağlı fikirlərini dinlədikdən sonra qəflətən, özüm də bilmədən ”hər şeydən yazırsan, cəmiyyətdə yaşananlara şeirlərində toxunursan, ancaq nədənsə heç vaxt futboldan cızma–qara etmirsən” söylədim. Bilirdim ki, “yetim” gənclik illərindən “Neftçi”nin və SSRİ yığmasının azarkeşi olub, imkan tapan kimi də Qalaaltından paytaxta üz tutaraq, “ağ-qaralar”ın oyunlarını canlı izləməyə çalışıb. Hətta buna görə dəfələrlə çalışdığı idarənin rəhbərliyi tərəfindən cəzalandırılıb. Aprelin sonlarında baş tutan görüşdə dediklərimə şair belə reaksiya vermişdi: “Özüm qara gündəyəm, hələ bir qara gündə olan futbolumuza görə də narahat olum?” Ondan sonra “yetim”lə bir neçə dəfə telefonla danışsaq da, nə mən ondan futbolla bağlı şeir yazıb-yazmadığını soruşdum, nə də özü bu haqda bir söz dedi. Yuxarıda qeyd etdiyim kimi, bir neçə gün öncə yenidən bir masa arxasında əyləşdik. Həmişəki hay-küylü məclisdən sonra onu Şabrana yola salırdıq. Hamı ilə bir-bir vidalaşdıqdan sonra növbə mənə çatanda, sakitcə, heç kimin eşidə bilməyəcəyi formada “dediyini etmişəm, az da olsa, nəsə yazdım, göndərəcəm” deyib sağollaşdı. Həmin gün şair “dedyini etmişəm” söyləyəndə nəyə işarə vurduğunu başa düşmədim. Etəsi zəng vuranda isə hər şey məlum oldu. Səm demə, “yetim” Azərbaycan futbolu haqda cızma-qara edib. El şairinin yazdığı həmin şeirlə sizləri də tanış etmək istəyirəm.
Nə olar, gəl danışaq haqq yolumuzdan,
İllər ilə zülm çəkən əl-qolumuzdan,
Çün bir balaca söhbət elə futbolumuzdan
Qara günə qalıb, oğul, qara futbol
Vurmuş neçə qəlbə, ürəyə çox yara futbol.

Çoxları var onun həsrətini hələ də çəkirlər
Tinlərdə, dalanlarda gedib futbol eşirlər
Qızlar aparıb Nabrana milyonu tökürlər
Tapmır özünə zərrə qədər pul-para futbol,
Vurmuş neçə qəlbə, ürəyə çox yara futbol

Hələ çox yaşarıq biz bu ağır dərdimiz ilə
Dünya tanıyıbdı bizi xoş kəlməmiz ilə
Bürünc medallı komandamız “Neftçi”miz ilə
O idi edən dərdimizə min çarə futbol
Əfsus ki, qalmısan qara günə, qara futbol.

İndi baxırıq həsrət ilə hər qola, qardaş
Nə vaxt olacaq bizdə güclü futbolçu, qardaş?
Möhtac qalıb futbol deyəsən, sponsora, qardaş
Gəl yalvaraq hər dəfə bir sponsora, qardaş
Bəlkə tapıla dərdinə bir çarə futbol
Çün qalıb qara günə, qara futbol.

RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar