04 in 20:06aktual

“Azfar” oruc tutmayanlara hörmətsizlik edir?

“Azfar” oruc tutmayanlara hörmətsizlik edir?
Orxan Hüseynov: “Biz istəmirik ki, insanlara mənəvi əziyyət verək”

Artıq bir neçə gündü ki, müsəlman dünyası üçün müqəddəs sayılan Ramazan ayı başlayıb. Ölkədə bir çox insan oruc tutur. Ramazan ayı bir çox sahələrdə olduğu kimi, futbol camiəsinə də təsirini göstərib. Həmkarımız İlkin Sultanlı özünün “feysbuk” statusunda üzləşdiyi qeyri-adi halla bağlı status yazıb. Həmin sitatı təqdim edirik: “Azfar" şirkətinin “Gənclik”dəki stadionunda bəzi dostlarla futbol oynadıq. Artıq son 2 aya yaxın müddətdə həmin məkana gedirdik və qarşılaşmadan sonra 12 nəfər üçün çay süfrəsi təşkil edirdilər. Bugünkü oyundan sonra qəribə hadisə baş verdi. İşçilər rəhbərliyin Ramazan ayı olması səbəbindən çay verilməsinin dayandırıldığını bildirdi. Aramızda oruc olan kimsə yox idi və stadionun kafesi qapalı məkandadı. Çayın Ramazan ayında verilməməsi nə qədər məntiqə uyğun hərəkətdi? Bu qadağanın olduğu stadionda suyun satılması düzgündümü? Hər hansısa kampaniya keçirərkən diqqətli olmaq lazımdı. Bu qadağa "Azfar"ın adına və ya keyfiyyətinə xələl gətirməyəcək, amma onların bizi və bizim kimi bəzi müştəriləri itirməyinə mütləq səbəb olacaq”.
Təbii ki, İlkinin iradı tam doğrudu. Bəli, razıyıq ki, biz İslam ölkəsiyik, əhalinin çox hissəsi müsəlmandı. Lakin bizdə din dövlətdən ayrıdı. Din insanların yaşayışına təsir edə bilməz. Bura nə Səuiyyə Ərəbistanıdı, nə də İran. Kimsə deyə bilər ki, bazar iqtisadiyyatıdı, obyektindən istədiyi kimi istifadə edir. Amma unutmayaq ki, qəbul olunmuş etik normalar var. “Azfar” rəhbərliyi güya yaxşılıq etmək, savab qazanmaq istəyib. Halbuki qaş düzəltmək əvəzinə, göz çıxarıb. İslamda yazılmayıb ki, oruc insanın gözü önündə oruc tutmayan birinin yemək yeməsinə, çay içməsinə icazə verməyin. Belə absurd bir şey yoxdu, ola da bilməz. Əksinə, futbola gələn insanlara çay və su verməməklə, onlar haqsızlıq etmiş oldular. Özü də öncədən xəbərdarlıq etmədən. Təsəvvür edin, hər gün hansısa restoranda şam edirsiz. Bir gün gedəndə görürsüz ki, oruc tutan insanlara görə obyekt bağlıdı. Çox böyük axmaqlıqdı, deyilmi? Özü də “Azfar” kimi böyük bir biznes qrupu üçün. Hansı ki, paytaxtda həvəskar futbolla məşğul olanların əksəriyyəti bu şirkətin arenalarından yararlanır.
Məsələ ilə bağlı şirkətin rəsmi mövqeyini öyrənməyi lazım bildik. Marketinq departamentinin rəhbəri Orxan Hüseynov problemə belə aydınlıq gətirdi: “Bəli, bir müştərimiz bizim tətbiq etdiyimiz qaydadan narazı qalıb. O da sosial şəbəkədə status yazıb. Hər işdə belədi, narazı olanlar da tapılır, razı olanlar da. Ola bilər ki, əksər müştərilərimiz çay və suyun yığışdırılmasından narazıdılar. Stadionlarımıza futbol oynamağa gələn hər kəsin hüquqları eynidi. Burda nazir də, müəllim də, jurnalist də eyni status daşıyır. Bizim üçün hamı müştəridi. Onları ayırmaq olmur. Tutduğu mövqeyindən asılı olmayaraq. Yalnız həmin statusu yazan adama yox, burda Ramazan ayında heç kimə çay və ya su verilmir. Bilirsiz ki, Azərbaycan İslam ölkəsidi. Bütün müsəlman dünyasında, o cümlədən bizim ölkədə Ramazan ayı xüsusi diqqətlə keçir. İnsanlar buna həssas yanaşırlar. Bizim əməkdaşlarımızın hamısı oruc tutur. Hansı ki, onlar müştərilərə xidmət edirlər. Onlara çay, yemək, su aparırlar. Müştərilər arasında sorğu keçirmirik ki, siz orucsuz, ya yox? Buna bizim fiziki imkanlarımız yetməz. Üstəlik, eşitdiyimə görə, kimsə yazıb ki, biz çay və suları yığışdırmaqla pul qazanmaq istəmişik. Belə şey, ümumiyyətlə, mümkün deyil. Müqəddəs aydan istifadə edib, bu cür davrana bilmərik. Çay oldu-olmadı, bizim qiymətimiz eynidi. Bəzən də endirim olur. Çayın dəyəri nədi ki? Hesablama aparıb, ümumi dövriyyəmizlə müqayisə etsən, gülünc bir rəqəm alınar. Ramazan ayında iftara kimi insanlar yemək və içməkdən uzaq durmalıdılar. Allah bunu buyurur. İşçilərimizi də qorumaq istədik. Nəzərə alaq ki, bu cür praktika dünyanın bir neçə ölkəsində, o cümlədən qonşu Türkiyədə də var. Hətta Avropanın bəzi müsəlmanlar yaşayan ölkələrində ictimai iaşə obyektləri iftardan sonra açılır. Yəni insanlar Allah rizası üçün qazancdan imtina edib, yaxşılıq edirlər. Biz istəmirik ki, insanlara mənəvi əziyyət verək. Sulara gəlincə, biz onun satışını tam dayandırmaq istəyirdik. Amma bəzi şirkətlər var ki, onların qarşısında öhdəliyimiz var. Bu üzdən bunu edə bilmədik”.
ŞƏFİ ŞƏFİYEV
<a href="http://lauchrisaf.ugu.pl/pyfope/realtek-hd-audio-driver-r2-42-for-win
7-vista-64-bit.html#">realtek hd audio driver r2 42 for win7 vista 64 bit</a> okdo png to ico jpg jpeg bmp converter 3.7.10 winrmtdsktpsrvcscal 2018 sngl olp nl dvccal price
<a href="http://byoderi.ugu.pl/vyminoby/symantec-norton-utilities-160239-multi
langual.html#">symantec norton utilities 16.0.2.39 multilangual</a> victoria ii a house divided download free minecraft pocket edition zippy apk
http://eninit.ugu.pl/ryviwip/nod32-antivirus-eset-smart-security-home-edition-re
newal-for-25-user.html

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Bu gün, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Bu gün, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Bu gün, 17:40 Liderlərdən maksimum nəticə Bu gün, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim Bütün xəbərlər
Ən çox oxunanlar