04 in 20:05aktual

“Düşünmürəm ki, “İnter”dəki taleyim Avroliqadan asılıdı”

“Düşünmürəm ki, “İnter”dəki taleyim Avroliqadan asılıdı”
Svanadze əvəzedici komandadan üç futbolçu götürüb

Yeni mövsümün hazırlıqlarına ən tez start verən “İnter”di. Bütün çətinliklərə baxmayaraq, ötən mövsüm premyer-liqada 3-cü yeri tutub, bürünc medal qazanan paytaxt klubu mayın 25-dən Avroliqanın hazırlıqlarına başlayıb. Zaur Svanazenin komandası fasilədə 3 futbolçu ilə vidalaşmaq məcburiyyətində qaldı. Bunlar “Qarabağ”a keçən Abbas Hüseynov, “Neftçi” ilə müqavilə imzalayan Səlahət Ağayev və karyerasını bitirib məşqçiliyə başlayan Zurab Xizanişvilidi.
Paytaxtda hazırlıqlarını davam edən komanda gündə iki dəfə məşq edir. Biz də təlim-məşq toplanışı ilə yaxından maraqlanmaq üçün bakılıların bazasına yollandıq. Məşqçilər korpusu dünən səhərə trenajor zalında məşq nəzərdə tutmuşdu. Svanadzenin başçılıq etdiyi məşq prosesinə bütün futbolçular qatılmışdı. Hətta əvəzedicilərdən ibarət komandadan gələn gənc oyunçular - qapıçı Əkbər Vəliyev, müdafiəçi Murad Qayalı və yarımmüdafiəçi Cabir Əmirli də trenajor zalında idi. Saatyarım davam edən məşq zamanı Svanadze ilə danışmağa da imkan tapdıq. O, kiçik müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirdi.
- Özünüzü necə hiss edirsiz?
- Özüm əlayam. Çox da olmasa, istirahət etdim. Artıq işimə başlamışam. Hər şey qaydasındadı.
- Bəs futbolçular necədi?
- Artıq 6 gündü məşqlərə çıxırıq. Bizdə fasilə uzun çəkmədi. Avroliqada çıxış etmək böyük məsuliyyətdi. Bu üzdən mayın 25-də yenidən bir araya gəldik. Rauf Əliyev, Adrian Skarlatake və Pərdis Fərcad-Azad da görüyünüz kimi kollektivlə birgədilər. Uşaqlar özlərini yaxşı hiss edirlər. Məşqlərdə çox istəklidilər. Hələlik ümumi durum yaxşıdı. Hansısa problemimiz yoxdu.
- Heyətdə zədəlilər var?
- Çox şükür ki, zədəli oyunçumuz yoxdu. Hamı sağ-salamatdı. Bu məni çox sevindirir. Lakin bu o demək deyil ki, hamı yaxşı formadadı. Hələ çox çalışmalıyıq.
- İstərdik Türkiyədəki təlim-məşq toplanışının detalları haqda danışasız.
- İyunun 6-da Boluya gedirik. Hardasa iki həftə yüksək səviyyədə hazırlaşmağa vaxtımız olacaq. Düzdü, az vaxtdı. Amma biz bununla razılaşmalıyıq. Bu müddət ərzində üç və ya dörd yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Sınaqçı-rəqiblərimizin adları hələ müəyyənləşməyib. Yaxın günlərdə açıqlanar. Hazırda danışıqlar gedir. İstəyirik güclü rəqiblərlə oyunlarda nəyə qadir olduğumuzu görək.
- Bilirik ki, “İnter”in transfer qadağası var. Komandadan da 3 futbolçu ayrılıb. Bu heyətlə Avroliqada mübarizə aparmaq sizə nə dərəcədə çətin olacaq?
- Təbii ki, çətin olacaq. Futbolda rahat heç nə yoxdu. Biz bunu anlayırıq. Lakin olanımız, üzləşdiyimiz vəziyyət budu. Bundan artıq nə edə bilərik? Üç nəfəri əvəzedicilərdən ibarət komandadan götürmüşük. Çalışacağıq ki, onlardan da yararlanaq. Bütün vasitələrdən istifadə edib, mərhələ adalamağa, layiqli çıxış etməyə çalışacağıq. Heyətdə elə də ciddi dəyişikliklər olmayıb. Bu bizə müəyyən üstünlük verəcək.
- Futbolçuların çoxu komandada qalsa da, Səlahət Ağayev və Abbas Hüseynovu saxlaya bilmədiz. Bunun səbəbi nə oldu? Onlar sizə nə dedilər?
- Dediyim kimi, bu dönəmdə hansısa oyunçunu itirməyi arzulamıram. Səlahətlə Abbasın komandadan ayrılmasına üzüldüm. Onlar olmadan işimiz çox çətin olacaq. Bilirsiz ki, Ağayev çox yaxşı qapıçıdı. O bizdən ayrılıb, “Neftçi”yə keçsə də, Avroliada komandamıza kömək edəcək. Özü ilə danışmışam, “Neftçi”dən razılıq alıb. Klub rəhbərlikləri də ortaq məxrəcə gəlib. Əsas çətinliyimiz çempionat və kubok oyunlarında olacaq. Lakin nə edə bilərik?
- Səlahəti yenə başa düşmək olar, amma Abbas kimi gənc oyunçunun qərarı bir az anlaşılmazdı. Necə düşünürsüz, o “Qarabağ”da heyətə düşə biləcək, yoxsa kölgədə qalıb unudulacaq?
- Onun potensialına bələdəm. Abbas çox yaxşı oyunçudu. “Qarabağ”da heyətə düşüb-düşməyəcəyini bilmirəm. Bu, baş məşqçidən asılı məsələdi. Lakin ümid edirəm ki, şans qazanacaq. Abbasın sürəti, fiziki göstəriciləri mükəmməldi. Onun parlaq gələcəyi var. Sadəcə, öz üzərində çalışıb, heyətdə yer almağa çalışmalıdı.
- İndi də gələk əsas məsələyə. Müqavilənizin müddəti iyulda başa çatır. Nə vaxt yeni sözləşmə imzalayırsız?
- Rəhbərliklə bu haqda danışmışam. Artıq razılaşmışıq. Müqavilənin müddətinin nə qədər olacağını deyə bilmərəm. Müqaviləni hazırlayırlar. Yaxın günlərdə imzalayacam.
- Bəlkə rəhbərlik komandanın Avroliqadakı oyunlarını gözləyir? Yəni taleyiniz həmin matçlardan asılı ola bilər?
- Xeyr. Düşünmürəm ki, “İnter”dəki taleyim Avroliqadan asılıdı. Biz son mövsümdə yaxşı çıxış etmişik. Rəhbərlik də mənə inanır. Onların sizin kimi düşündüyünə inanmıram. Dediyim kimi, Avropada da uğurlu çıxış etmək üçün hər şeyi edəcəyik.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar