21 dek 15:19aktual, manset

“CBC Sport” daha 15 nəfərə yaxın işçi ilə vidalaşdı

“CBC Sport” daha 15 nəfərə yaxın işçi ilə vidalaşdı
“CBC Sport” daha 15 nəfərə yaxın işçi ilə vidalaşdı

Premyer-liqanın və ölkə kubokunun yayın hüququna malik “CBC Sport”un üzləşdiyi maliyyə problemi haqda yazmışdıq. SOCAR tərəfindən maliyyələşən telekanal böhranla üz-üzədi. Çempionatın bütün matçlarını canlı yayında azarkeşlərə təqdim edən “CBC Sport” indi cəmi bir qaşılaşmanı bibaşa yayınlaya bilir. Səbəb isə telekanalın yalnız bir STS-nin (Səyyar Televiziya Studiyası) olmasıdı. Təxminən bir ay əvvələ kimi “CBC Sport”un əlində iki belə qurğu var idi. Oxuculara STS-in nə olduğunu anlatmaq istəyirik. 8 və 10 kameralı, Amerika, Avropa istehsalı olan rəqəmsal avadanlıqla təchiz edilmiş müasir STS-lər standart və HD formatlarında işləyə bilir. Lakin büdcənin azalması telekanalın STS-in sahibi “Saran Holdinq”ə icarə haqqını ödəməsinə mane olub. Bu səbəbdən də Türkiyə şirkəti STS-i geri alıb. STS-in olmaması isə ciddi problemlər yaradıb. Xeyr, problem yalnız premyer-liqa oyunlarının tam formatda işıqlandırılmamasında deyil. Az qurğu az işçi deməkdi. Bu üzdən “CBC Sport” artıq bir sıra işçilərlə yollarını ayırmağa başlayıb.
Ötən saylarımızın birində yazmışdıq ki, ilk növbədə şərhçilər Əbdürrəhman Mollaçiyev və Ceyhun Rzayevlə işbirliyinə soy qoyulub. Amma siyahı bununla bitmir. Telekanaldan 15-ə yaxın işçi ayrılıb. Onlar arasında operatorlar çoxluq təşkil edir. İlin-günün bu vaxtında telekanal işin az olduğunu əsas gətirərək operatorlara qapını göstərib. Onlar isə iş dalınca başqa telekanalların qapısını döyməyə yollanıb. Gedənlərin əksərinin “APA Holdinq”ə müraciət etdiyi haqda məlumatlar var. Buna baxmayaraq, telekanalda maaş problemi yoxdu. İşçilərin maaşları azaldılmayıb və pul vaxtında ödənilir. Lakin rəhbərlik işçilərə maliyyə çətinliyi ilə bağlı müəyyən xəbərdarlıq siqnalları ötürüb. Yəni ixtisarların bundan sonra da davam edəcəyi gözlənilir.
Bundan əlavə, artıq “CBC Sport”un çəkilişindən də narazılıqlar eşidilir. Bəzi tamaşaçılar konkret premyer-liqanın 14-cü turunda baş tutan “Qarabağ” – “İnter” matçının yayın keyfiyyətindən narazılıq ediblər. Həm də əvvəl telekanal yayınlar zamanı dronlardan, yəni multikopterə birləşdirilmiş kameralardan istifadə edirdisə, indi bunları görmürük.
Bütün bu məsələlərlə bağlı telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq.
(yazının davamı qəzetin çap variantında)
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar