02 in 15:08aktual

Daha bir “Futbol+”çi “Neftçi”də

Daha bir “Futbol+”çi “Neftçi”də
Eldəniz Yusifov: “Məşqçilərin işinə müdaxilə etməyəcəm”

Ardıcıl üçüncü mövsümü titulsuz başa vuran “Neftçi”də islahatlar qaçılmazdı. Uğursuzluq varsa, yeniliklər də vacibdi. Mövsüm başa çatandan sonra “papağını qarşısına qoyan” klub rəhbərliyi vəziyyəti yaxşıya doğru dəyişmək yolunda müəyyən addımlar atmağı qərara aldı.
Öncə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov tutduğu vəzifədən azad edildi ki, bu da gözlənilən idi. Mətbuatla klub arasında körpu rolunu oynamaq əvəzinə bizlərdən uzaq gəzən, bəzən hətta şəxsi prinsiplərini ortaya qoyan, ölkənin ən köklü idman qəzeti sayılan “Futbol+”i oxumağa ərinən Rəsulovun yeri ora deyildi. Rəhbərlik, nəhayət, səhvini başa düşüb həm də rejissorluq edən kadra qapını göstərdi. Bu işdə onu “CBC Sport”dan ayrılan, vaxtilə qəzetimizdə çalışan Rüstəm Əfsərlinin əvəz edəcəyini isə çoxdan xəbər vermişdik.
Növbəti yeni işçi də sabiq “Futbol+”çidi. Söhbət 2004-cü ildən bu yana “Olimpik”, son adı AZAL olan klubda çalışan Eldəniz Yusifovdan gedir. Uzun illər mətbuat katibi vəzifəsini yerinə yetirən Yusifov son illər menecer kimi fəaliyyət göstərirdi. Yəni təşkilatçılıq və yaradıcılıq bacarığına sahib olan biridi. Eldəniz bəy “Neftçi”nin Futbol Akademiyasında baş əlaqələndirici funksiyasını yerinə yetirəcək. Bu gün rəsmi anlaşmaya imza atacaq Yusifov sabahdan işə başlayacaq. İşi nədən ibarət olacaq? “Şüvəlan”da qalmaq istəməsinə nə mane oldu? Çətin olmayacaq ki?
Eldəniz bəy bu və başqa sualları belə cavabladı: “Təklif “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadədən gəldi. Təxminən iki həftə əvvəl görüşüb söhbət etdik, bir-birimizin fikirlərini dinlədik. Təbii ki, düşünmək, qərar vermək üçün vaxt istəmişdim. Sonda bu işi bacaracağımı qətiləşdirib “hə” dedim. Əlbəttə, heç kim uzun illər çalışdığı iş yerini dəyişmək istəməz. Mənim də arzum idi ki, AZAL fəaliyyətini davam etdirsin, hansısa mənada kluba kömək edim. Lakin məlum hadisələrdən sonra bu mümkünsüz idi. Klubun “Şüvəlan” adı altında birinci divizionda çıxış edəcəyi müəyyənləşəndən sonra sual qarşısında qalmışdım. Ya aşağı dəstədə çalışmalıydım, ya da ölkənin ən köklü klubunda. Razılaşarsız ki, karyera çox önəmlidi. Bunu düşünərək addım atdım... Futbolçu, yaxud məşqçi olmamağımın məsələyə aidiyyatı yoxdu. Çünki mənim işim məşqçilərə yol göstərmək, yaxud məşq planını tərtib etməkdən ibarət olmayacaq. Məşqçilərin işinə müdaxilə etməyəcəm. İşim rəhbərliklə akademiya arasında körpü rolunu oynamaq, təşkilati məsələlərdə bacardığımı etmək olacaq. Neçə illərdi futbolun içindəyəm, müəyyən təcrübəyə sahibəm. Konkret öhdəliklərlə bağlı ətraflı danışa bilməyəcəm. Çünki hələ detallara varmamışıq. Sabah (bu gün) bazaya gedəcəm, səlahiyyət dairəm, fəaliyyət istiqamətlərim bilinəcək. Ondan sonra ətraflı məlumat verə bilərəm. Hələ ki “Neftçi”nin formal rəsmisiyəm. Sənədə qol çəkəndən sonra məsələ rəsmiləşəcək”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar