31 may 13:38aktual

Nəbi Xanciqazov Almaniyada həm rahatdı, həm də darıxır

Nəbi Xanciqazov Almaniyada həm rahatdı, həm də darıxır
“450 avro maaşımdı, 750 də dövlətdən alıram”

Nəbi Xanciqazov ad-soyadı stajlı futbolsevərlərə yaxşı tanışdı. Təkcə vaxtilə sərgilədiyi futbola görə yox, əsasən qeyri-adi soyad daşıdığına görə daim diqqətləri üzərinə çəkirdi. Birvaxtlar “Şəfa”, “Qarabağ”, “Kəpəz”, “MKT-Araz”ın uğurları üçün tərk tökən Xanciqazov həm də U-16, U-18, U-21-in formasını geyməklə yadda qalmışdı. Arzularına çata bilmədi. Çünki karyaresını vaxtından əvvəl, cəmi 25 yaşında zədə səbəbindən bitirmək məcburiyyətində qaldı. Uzun illər kölgəyə çəkilsə də, yenidən futbola qayıtdı. Bu dəfə məşqçi kimi. “Muğan”ın aşağı yaş qruplarından ibarət komandalarında işlədi, ardınca əsas komandada Kemal Alispahiçlə Ramil Əliyevin köməkçisi funksiyasını yerinə yetirdi. Son iş yeri isə “Qarabağ” olmuşdu. Nəbi artıq vətəndə yaşamır, işləmir. Ramil Sayadov, Elnur Qəmbərov, Mikayıl Yusifov, Valeh Qafarov, Yalçın Bağırov, İlham Məmmədov kimi futbol adamlarıyla yanaşı, o da Azərbaycanı tərk edib. Xeyli vaxtdı Almaniyada yaşayır. Stajlı azarkeşlər üçün maraqlı olacağını nəzərə alıb Nəbiylə danışmağı məqsədəuyğun saydıq.
- Vaxtilə ölkədə tanınan futbolçuların çoxu xaricə üz tutur. Nədi bunun səbəbi?
- Bir-iki cümlə ilə başa salmaq çətindi. Səbəblər çoxdu. Hərənin bir dərdi var. Onu deyə bilərəm ki, hazırda Azərbaycanda məşqçi kimi çalışan 4-5 nəfər Avropaya gəlməklə bağlı məndən soruşub, maraqlanıb.
- Azərbaycan futbolu bu qədər sıxıcı olub ki? Yoxsa bilmədiyimiz nəsə var?
- Söhbət təkcə futboldan getmir. Çox istərdim gəlib bir ay Almaniyada yaşayasız, hər şeyi yerində görəsiz. Ondan sonra ağlınızda sual yaranmayacaq. İnsan üçün həyatda işdən də vacib can rahatlığı, övladlarının sağlam və xoş mühitdə böyüməsidi.
- Nə demək istədiyini çox gözəl anlayıram. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, vətəndən uzaqda qalmaq heç də asan deyil.
- Çox çətindi, çox. Heç kimə bunu arzulamıram. Doğrudan da bəzən adamın burnunun ucu göynəyir. Valideynlərdən, dost-tanışdan minlərlə, onminlərlə kilometr uzaqda olmaq çətindi. Amma nə etməli, övladlarımızın gələcəyi üçün yaşayırıq.
- Bəs iş məsələsi?
- Şükür Allaha, hər şey qaydasındadı. Maddi baxımdan korluq çəkmirik. Həm işləyirəm, həm də alman dili kursuna yazılmışam.
- İşin nədən ibarətdi?
- İki yaş qrupunda çalışıram. 14 və 9 yaşlı uşaqlara futbolun sirlərini öyrədirəm. Az-çox oynamışıq, “qab”ımızda nəsə var. Üstəlik, B kateqoriyasına sahib olmağım əlavə üstünlükdü.
- Gedən kimi iş tapmaq bu qədər asandı?
- Açıq deyirəm, Azərbaycanda işlə, pulla bağlı ciddi sıxıntım yox idi. Normal dolana bilirdim. Həm “Qarabağ”da işləyirdim, həm də AFFA-nın “Bakcell” layihəsində. Sadəcə, Avropada yaşamaq daha rahatdı. Qəlb rahatlığı tapırsan.
- Tutaq ki, Almaniyaya getdim. Məşqçiliklə bağlı iş tapmaq üçün kimə, hara müraciət etməliyəm? Orda da “day-day” prinsipi var?
- Xeyr, qətiyyən! Mən bura gələndə heç kimim yox idi, heç kimi tanımırdım. Qırmızı Xaç Cəmiyyəti var, onlara yaxınlaşıb məşqçiliyi bacardığımı dedim, lisenziyamı göstərdim, təcrübəmdəm danışdım. Sağ olsunlar, dərhal həll etdilər. 2-3 yaş qrupunda çalışmağı məsləhət gördülər. Başım əsasən dil öyrənməyə qarışıb deyə, məşq sayı azdı. Dili öyrənəndən sonra məşqləri çoxaldacam.
- Sirr deyilsə, maaş nə qədərdi?
- Sirr saxlamalı heç nə yoxdu. Həftədə iki, yəni ayda 8-9 məşq keçirəm və bunun müqabilində 450 avro maaş alıram.
- Almaniyada ayda 450 avro ilə yaşamaq bu qədər asandı?
- Xeyr , mümkün deyil. Sadəcə, dövlət də əlavə 750 avro verir. Və məskunlaşmaq üçün ikiotaqlı ev. Başqa nə lazımdı?! (gülür)
- Bildiyimə görə, getdiyin gündən etibarən yaxın 5 ildə Azərbaycana gələ bilməzsən.
- Elədi.
- Neçə vaxtdı ordasan?
- 1 il 7 aydı.
- “Maradona” (ötənlərin futbolçusu İlham Məmmədov – H.) ilə görüşürsən?
- Yox.
- Niyə?
- Mən Nürnberqdəyəm, o, bildiyimə görə, Berlin tərəfdə. Uzağıq bir-birimizə.
- Ən azı telefonla əlaqə saxlamaq olar.
- Məndə İlhamın nə nömrəsi var, nə də ünvanı.
- Tanıdıqlarımızdan kim var orda?
- Mikayıl Yusifov da burdadı, qapıçı idi, yadınıza gələr yəqin.
- Əlbəttə.
- O 5 ildən çoxdu Almaniyada yaşayır.
- Neçə uşağın var?
- Allah hamının balasını saxlasın, üç uşaqdı. Böyüyün 7, ortancılın 4 yaşı var. Balaca 10 aylıqdı, Almaniyada dünyaya gəlib.
- Məktəbə, baxçaya gedirlər?
- Əlbəttə. Yoxsa əllərindən evdə dayanmaq olmaz (gülür).
- Dil bilməmələri çətinlik yaratmır?
- Uşaqlar tez qavrayır. İnanın, məndən yaxşı bilirlər. Başa düşürlər, danışmağa çalışırlar. Çətinlik bizim üçündü. Siz mənim dərdimi çəkin.
- Uşaqların üçü də sarıyanızdı. Deyəsən, analarına çəkiblər. Olmaya yoldaşınız almandı?
- Yox-yox, Ukrayna vətəndaşıdı. Alman olsaydı, nə dərdim?! (gülür)
- Ukraynadakılar da “acından ölürlər”...
- Demə, qardaş, demə.
- Azərbaycan futbolu Bakıdan daha yaxşı görünür, yoxsa Almaniyadan?
- Təbii ki, burdan. Adam nəyinsə içində olanda problemlərin hamısını görə bilmir. Adi adamın özünü götürün, mənfi xasiyyət özümüzə yaxşı kimi görünür. Amma kənardakı pis xüsusiyyət olduğunu bilir. Futbol da belədi. Elə bilirik hər şey yaxşıdı, əladı. Amma uzaqdan baxanda əyər-əskiklər özünü göstərir.
- Məsələn, hansı cəhətdə?
- Xırdalıqlara varmaq üçün gərək üzbəüz 3-5 saat danışaq. Bir şeyi deyə bilərəm ki, futbolumuz Avropadakından çox geri qalır.
- Düzünü de, ətrafındakı almanlar Azərbaycanı tanıyır?
- Daha o qədər yox da (gülür). Əlbəttə, tanıyırlar. Təkcə son 10 ildə yığma səviyyəsində üç dəfə eyni qrupda yer almışıq. Klublarımız “Borussiya”, “Ayntraxt”, “Maynts-05”lə qarşılaşıb. İstəsələr də, istəməsələr də, ölkəmizin adını eşidiblər, bilirlər. Üstəlik, Berti Foqts da neçə il bizdə işlədi axı.
- Necə düşünürsən, bundesliqada oynaya biləcək səviyyədə azərbaycanlı futbolçu var?
- İndi oynayanlar inanmıram nəsə edə bilsin. Ancaq “Qəbələ”də, “Qarabağ”da 9-11 yaş aralığında elə uşaqlar var ki, inkişafdan qalmasalar, xoş gələcək vəd edirlər. Onlarla işləmişəm, nəyə qadir olduqlarını bilirəm.
- Azərbaycanda uşaq futbolu həmişə olub. Dərd burasındadı ki, 20-22 yaşa çatan kimi özlərini futbolun Allahı sayırlar. Elə ki, maşın, ev aldı, qazanc gətirən obyektə sahib çıxdı, vəssalam. Ona görə də 9-10 yaşlılara da ümid etməyə dəyməz.
- Elədi, reallıq budu.
- Söhbətin əvvəlində bəzi məşqçilərin Almaniyaya köçməklə bağlı səndən kömək istədiklərini qeyd etdin. Kimlərdi?
- Yox, ad çəkməyəcəm. Düzgün olmaz.
- Onları nə qane etmir?
- Bura gəlsinlər, özləri ilə söhbətdə öyrənərsiz.
- Artıq yolüstə olanlar da var?
- Tez-tez danışırıq. Çalışacam işlərini həll edim.
- Bəs sənin getməyinə kim kömək etmişdi?
- Azərbaycanda həqiqətən yaxşı insanlar var. Allah elələrinin canına dəyməsin. Dostlardan biri məni Almaniyada yaşayan vəkillə tanış etdi. Məhz o insan yenidən doğulmağıma imkan yaratdı. Allah hamını arzusuna çatdırsın. Avropada yaşamaq mənim çoxdankı arzum idi. Düzdü, darıxıram, bəzən vətən özünə çəkir, amma can rahatlığı hər şeydən üstündü. Fürsətdən istifadə edib məni tanıyan dostlara, diqqətli oxucularınıza təşəkkür edirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Dünən, 18:37 Qol vuran qələbə qazandı Dünən, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Dünən, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Dünən, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Dünən, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Dünən, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Dünən, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Dünən, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Dünən, 18:21 “İnter” 88 dəqiqə dözdü Dünən, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Dünən, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Dünən, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Dünən, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Dünən, 18:07 Faiq Həsənov susdu! Dünən, 18:06 Qısa xəbərlər Dünən, 18:04 Belfor pula qaçır... Dünən, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar