26 may 18:23aktual

Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir

Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir
“Kadrlar şöbəsindən çağırıb yeni müqavilənin imzalanmayacağını dedilər”

“Neftçi”də növbəti ixtisar dalğasının yaşandığını ötən sayımızda xəbər vermişdik. 10-a yaxın işçiyə qapını göstərən rəhbərlik illərini ağ-qara rənglərə vermiş Səmədağa Şıxlarovu da lazımsız bilib. 1973-cü ildə, yəni 18 yaşında “Neftçi”yə gələn ötənlərin məşhur futbolçusu ayrı-ayrı vaxtlarda 150-yə yaxın oyunda meydana çıxmaqla 20-dən çox qola imza atıb. 1982-də SSRİ-nin gənclər millisində iki görüşdə forma geymək şansı qazanıb. 2012-də Nazim Süleymanovun köməkçisi kimi yenidən “Neftçi”yə qayıdan mütəxəssis son 5 ili klubda seleksiyaçı kimi çalışıb. Yəni qarşısında duran vəzifə aşağı yaş qruplarından ibarət komandalara həm nəzarət etmək, həm də yeni futbolçuların cəlb olunmasına töhfə vermək idi. Əsas komandaya bağlılığı yoxdu deyə, belə vəziyyətdə işdən azad olunması çox təəccüblü görünür. Buna səbəb nə olub? Rəhbərlik səbəb kimi nə göstərib? İxtisara düşməli şəxs mütləq Səmədağa bəy olmalıydı? Bu və başqa suallara aydınlıq gətirmək üçün səbəbkarın özüylə danışdıq.
- “Neftçi”yə lazım olmadığınız haqda oxuculara xəbər vermişik. Səhv yazmamışıq?
- Deyəsən, elə olacaq. Hələ gözləyirəm.
- Ərizə yazmısız? Ya da yazdırıblar?
- İyunun 14-nə kimi vaxtım var. Bir ay əvvəldən deyirlər ki, özümüzə iş tapaq.
- Nə dedilər?
- Rəhbərlikdən mənə heç kim heç nə deməyib. Kadrlar şöbəsindən çağırıb yeni müqavilənin imzalanmayacağını dedilər. Başqa heç bir söhbət olmadı.
- Niyə uzadılmayacaq?
- Səbəbini demədilər. Onlar da heç nə bilmir. Rəhbərliyin qərarı belədi.
- Səbəbi sizə maraqlı deyil?
- Əlbəttə, maraqlıdı, həm də çox.
- Belədisə, niyə dərinə getmirsiz?
- Onsuz da indi heç kim yoxdu. Rəhbərlik gələndən sonra mütləq danışacam. Görüm nə məsələdi, niyə belə qərar qəbul olunub? Mən iş davası eləmirəm, elə şeyi də xoşlamıram. Sadəcə, səbəbini desinlər, bilim.
- Eşitdiyimizə görə, göndərilməyiniz sırf ixtisarlara görədi. Yəni “qara siyahı”ya düşüb adınız.
- İxtisar ola bilər, normaldı. Onsuz da bu dəqiqə bütün sahələrdə ixtisarlar aparılır. Amma nəyisə ləğv edəndə də düşünmək lazımdı. Futbol klubunda seleksiya şöbəsi heç vaxt ixtisara düşə bilməz. Bu mümkün deyil. Seleksiya futbolun tərkib hissəsidi, klubun həssas nöqtəsidi. Gələcəyi düşünürüksə, bu sahənin ixtisarı mümkünsüzdü.
- Bəlkə iş fəaliyyətinizdə hansısa cəhət rəhbərliyin xoşuna gəlməyib.
- Həyatda hər şey ola bilər. İnsanıq, işçiyik, hamı hər adamı bəyənə bilməz ki. Bəlkə yaşım qane eləmir. Nə bilim, vallah.
- Yaşınıza nə olub ki? 61 yaş futbolda heç nədi. Arsen Vengerin 67 yaşı var, “Arsenal”ın başındadı. Fatih Terim 64 yaşında Türkiyə millisinə rəhbərlik edir.
- Onlarda elədi də.
- Sabir Əliyevin 70-ə yaxın yaşı var, “Sumqayıt”ın futbol akademiyasında əlaqələndirici işləyir, təcrübə toplamaq üçün Zaqreb “Dinamo“sunun düşərgəsinə baş çəkir.
- Sırf yaşla bağlı olduğunu iddia etmirəm. Sadəcə, ehtimal kimi dedim. Bəlkə yaşımın 60-ı keçdiyini nəzərə alıb lazımsız hesab ediblər. Rəhbərliyi gözləyirəm, gəlsinlər, görüşüb damışacam.
- Rəhbərlik deyəndə kimi nəzərdə tutursuz?
- İcraçı direktor Orxan Hüseynzadə ilə Müşahidə Şurasının sədri Çingiz Abdullayevi. Görüşüb səbəbini soruşum, bəlkə mənim bilmədiyim, ancaq rəhbərliyin haqlı olduğu məsələ var. Hər kəs işə öz baxış bucağı altında baxır. Bəlkə mənim düz bildiyim nəsə səhvdi, kənardan yanlış görünür.
- Bəlkə əsas komandanın məlum duruma düşməsinə görə kimlərinsə yanında rəhbərliyi qınamısız, bu da onların qulağına çatıb. Ola bilər?
- Bu barədə heç nə danışmaq istəmirəm. Hər şeyin vaxtı var.
- Adətən, ixtisarlar maliyyə sıxıntısına görə aparılır. Bəlkə yeni legionerlərin alınması üçün kadr islahatlarına əl atmağı vacib biliblər.
- Məni heç vaxt maaş maraqlandırmayıb. Heç vaxt pul davası etməmişəm. Aza da “sağ ol” demişəm, çoxa da. Bu günümüzə şükür. Pul dalınca qaçan adam deyiləm. Məni ancaq iş maraqlandırıb, bir də “Neftçi”nin xoş gələcəyi. Böyük pullar almıram ki, buna görə kluba zərbə dəysin.
- Sirr deyilsə, maaşınız nə qədərdi?
- Dediyim kimi, bu günümüzə şükür.
- 1000 manat var?
- 1000 manata kimidi, bəli.
- Heç 1000 manat da deyil?
- Elə o qədər var.
- Sponsoru neft şirkəti olan klub üçün ciddi məbləğ sayıla bilməz. Mütləq ki, söhbət maliyyə sıxıntısından getmir. Nəsə başqa səbəb var.

- Tutaq ki, məni göndərdilər, getdim. Həyatda əvəzedilməz adam yoxdu. Sadəcə, klubda seleksiya işini görən adam olmalıdı. O post ləğv oluna bilməz axı. Uşaq futbolunda axtarışlar, seçimlər mütləqdi.
- Bəlkə tanıdıqlarından birini gətirəcəklər, kimisə “gözaltı ediblər”?
- Hər şey ola bilər. Mənim heç nədən xəbərim yoxdu. Sadəcə, özümə yeni iş yeri tapmağı tövsiyə ediblər.
- Xəstəliyiniz yoxdu ki? İşə vaxtında gedib-gəlirsiz?
- Nə xəstəlik ola bilər? Heç bir xəstəliyim yoxdu. İstirahətsiz işləyən adamam. Adamlar şənbə və bazar istirahət etdiyi halda, bizdə oyunlar olur. Ona görə də istirahət imkanı olmur.
- Bundan sonra nə etmək fikrindəsiz?
- Bu gün (dünən) axşam Almaniyaya uçuram, oğlumun yanına. Gedib baş çəkim, görüm necədi, neynəyir? İki ildi gedə bilmirdim.
- İş tapıb oralarda qalmaq fikrinə düşərsiz birdən...
- O da mümkündü, əla olar. Dil problemim var, ona görə neçə vaxtdı alınmır. Alman dilini öyrənmək lazımdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar