26 may 15:37aktual

Naxçıvana yalnız MOİK öz hesabına yollanır

Naxçıvana yalnız MOİK öz hesabına yollanır
“Heydər Əliyev kuboku”nun iştirakçıları heyəti gücləndirir

Sabah Naxçıvan Muxtar Respublikasında mərhum prezident Heydər Əliyevin 94 illiyinə həsr olunan “Heydər Əliyev kuboku”na start veriləcəyini ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, Təşkilat Komitəsi əvvəlcə turnirə ölkə xaricindən də komandalar dəvət etməyi planlaşdırsa da, son anda müəyyən səbəblərdən istəkləri baş tutmayıb. Və belədə ikinci dəfə təşkil olunan yarışda birinci divizionun üç təmsilçisi – “Mil-Muğan”, MOİK və “Zaqatala” ilə yanaşı, yerli “Araz Naxçıvan” əsas mükafat, xüsusi olaraq bu yarış üçün Türkiyədə hazırlanmış kubok uğrunda mübarizə aparacaq. Xatırladaq ki, komandalar ilk oyunlarını mayın 26-da keçirəcək. 28-si və 30-da isə növbəti turların qarşılaşmaları baş tutacaq. Dairəvi sistemlə keçirilən turnirin mükafatlandırma mərasimi də məhz mayın 30-na nəzərdə tutulub.
Birinci divizionda çempionatın aprelin sonunda başa çatdığını nəzərə alsaq, aşağı dəstə təmsilçilərinin Naxçıvana hansı durumda yollanacağı çox maraqlıdı. Görəsən, yarış ərəfəsində komandalar toplanış keçib, yoxsa səfərə hazırlıqsız, məşq etmədən yollanırlar? Muxtar Respublikaya yola düşən komandaların səfər xərclərini kim qarşılayır? Bu suallara cavab tapmaq üçün baş məşqçilər və klub rəsmiləri ilə əlaqə saxladıq. Öncə MOİK-in çalışdırıcısı Ramil Əliyevi aradıq: “Artıq bir həftədən çoxdu komanda bir araya gəlib. Təlim-məşq toplanışının ilk 3 gününü futbolçular dəniz kənarında kross qaçıblar. Ondan sonra toplu çalışmalara başlamışıq. Naxçıvana yollanacaq heyətin əsasını başa çatan mövsümdə bizimlə olan futbolçular təşkil edəcək. Mövsümlərarası fasilədə komandaya 3 yeni oyunçu qoşulub. Rəhman Musayev, Orxan Lalayev və qolkiper Əli Həsənli kollektivlə birgə Muxtar Respublikaya yollanacaq. Səfər xərclərini klub rəhbərliyi qarşılayır. Məqsədimiz baxımlı oyun sərgiləməklə yanaşı, turnirin əsas mükafatına sahib çıxmaqdı”.
Geridə qalan “futbol ili”ndə birinci divizionda 7-ci yeri tutan “Mil-Muğan” isə MOİK-dən fərqli, “Heydər Əliyev kuboku” ərəfəsində komanda şəklində br dəfə də məşq etməyib. Bu bilgini İmişli təmsilçisinin baş məşqçisi Aqil Məmmədovdan aldıq: “Çempionat başa çatandan sonra komanda bir araya gəlməyib. Ancaq “Heydər Əliyev kuboku”nda iştirak edəcəyimizi əvvəlcədən bildiyimizdən bütün futbolçulara fərdi qaydada hazırlaşmaq, fiziki formalarnı saxlamaq üçün məşq planı vermişdik. İnanıram ki, futbolçular verilən tapşırıqları yerinə yetiriblər. Naxçıvana yollanacaq heyətdə iki yeni oyunçu olacaq. Onlar AZAL-dan ayrılan Emin Cəfərquliyev və “Şəmkir”in sabiq oyunçusu Ruslan Poladovdu. Ola bilsin, “Şahdağ”ın bir futbolçusunu da heyətə cəlb etdik. Bununla bağlı son qərar verilmədiyindən ad açıqlamaq istəmirəm. “Mil-Muğan”ın AFFA-dan maliyyələşdiyi heç kimə sirr deyil. Muxtar Respublikaya da komanda assosiasiyanın hesabına yollanacaq”.
Turnirə qatılacaq aşağı dəstənin digər təmsilçisi “Zaqatala”nın Muxtar Respublikaya İlqar Hüseynovun rəhbərliyi altında yollanacağını ötən saylarımızın birində xəbər vermişdik. Bununla bağlı qəzetimizə açıqlama verən klubun İdarə Heyətinin sədri Musa Qurbanov turnirdə əsasən yerli gənclərə güvənəcəklərini bildirmişdi. AFFA-dan maliyyələşdiyini nəzərə alsaq, “Zaqatala”nın da Naxçıvana bu qurumun hesabına yollandığı şübhə doğurmur.
Nominal meydan sahibləri də turnirə ciddi hazırlaşır. “Araz Naxçıvan”ın icraçı direktoru Ceyhun Məmmədovdan aldığımız məlumata görə, komanda bugünlərdə Ordubadda birhəftəlik təlim-məşq toplanışında olub. Heyəti yerli futbolçulardan qurulan “qırmızı-ağlar” qarşısına turnirin qalibi olub, yerli azarkeşləri sevindirmək məqsədi qoyub. Yeri gəlmişkən, Aqil Məmmədov, Nurlan Novruzov və İlqar Ələkbərov da turnirdə “Naxçıvan”a kömək edəcək.
Sonda onu da qeyd edək ki, birinci divizon təmsilçiləri bu gün saat 17.40-da Muxtar Respublikaya yollanacaq. Oyunları isə AFFA Hakimlər Komitəsinin Naxçıvana göndərdiyi referilər idarə edəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar