26 may 14:26aktual

Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması

Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması
Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də klublarımızın avrokuboklarda hansı mərhələdən mübarizəyə başlayacağı, hansı “səbətdə” yer alacağıdı. Bu haqda fərqli fikirlər, proqnozlar irəli sürülür. Təbii, klublarımızın hansısa mərhələ(lər)dən azad olması onların irəliləmək imkanını, qrupa düşmək şansını artıtır. Komandaların yer alacağı “səbət” isə mərhələ adlamaq baxımından önəmlidi. İstənilən klub “səpələnmişlər” arasında olmağı arzulayar. Belədə komanda daha zəif və reytinq baxımından aşağıda olan rəqiblərlə qarşılaşır. Odu ki, avrokuboklar ərəfəsində bu məsələ ilə bağlı suallar, müzakirələr gündəmi zəbt edir.
Öncə onu qeyd edək ki, bu il ölkəmizi Avropa arenasında təmsil edəcək “Qarabağ” yenə də Çempionlar Liqasında, “Qəbələ”, “İnter” və “Zirə” isə Avroliqada mübarizə aparacaq. “Köhlən atlar”ın ÇL-in 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacağı əvvəlcədən bəlli idi. Həmçinin ağdamlıların “səpələnmişlər” səbətində yer alacağı da dəqiqdi. Qurban Qurbanovun yetirmələrinin topladığı əmsal artıq neçə ildi komandanın işinə yarayır. Xüsusən “köhlən atlar”ın ardıcıl 3 mövsüm Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması qeyd edilməlidi. Qitənin ikinci dərəcəli klub turnirindəki iştirakçılarımıza gəlincə, son iki mövsümdə Avroliqanın qrupunda çıxış edən “Qəbələ”nin ilk mərhələdən azad olunacağı ilə bağlı versiyalar var. Hərçənd bu sahədə müəyyən təcrübəyə malik olan mütəxəssislərdən bəziləri “qırmızı-qaralar”ın da ilk mərhələdən mübarizəyə başlayacağını düşünür. Burda mübahisəli məqamlardan biri klub və ölkə reytinqinin komandanın taleyinə nə dərəcədə təsir etməsidi. Həm ölkəmizin, həm də “Qəbələ”nin reytinqi qənaətbəxş olduğundan, böyük ehtimalla bölgə təmsilçisi məhz 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Ancaq bunu yüzdəyüz əminliklə söyləmək olmaz. Avrokuboklarda iştirak edəcək bütün klubların adı bəlli olduqdan sonra ortaya daha konkret fikir qoymaq mümkündü. “Qəbələ” Avroliqanın ikinci mərhələsindən “yola çıxsa”, bu klub tarixində ilk olacaq. Çünki “qırmızı-qaralar” avrokuboklarda iştirak etdiyi əvvəlki üç mövsümün hamısında mübarizəyə ilk mərhələdən start verib. Debüt ilində elə həmin mərhələdəcə dayanan qəbələlilər son iki “futbol ili”ndə qrupa qədər irəliləməklə tarix yazdı.
Digər iki klubun – “İnter”lə “Zirə”nin isə Avroliqanın ilk təsnifat mərhələsindən mübarizəyə başlayacağı dəqiqdi. “İnter” həm ilk mərhələdə, həm də adlayacağı halda növbəti mərhələdə “səpələnmişlərdən” olacaq. Lakin “Zirə” üçün eyni fikirləri səsləndirmək çətindi. Qeyd edək ki, qəsəbə təsmilçisi ilk dəfə qitə arenasında gücünü göstərəcək. Düzdü, “qartallar” ötən mövsüm premyer-liqanın ikincisi olmuş, Avroliqaya vəsiqə verən yeri tutmuşdu. Ancaq UEFA-nın məlum “3 il fəaliyyət göstərməlidi” tələbi “Zirə”nin Avroliqaya yolunu bağlamışdı. Bu dəfə həmin tələb yerinə yetirildiyindən, qitə futbol qurumu qəsəbə təmsilçisinin önündə “yaşıl işıq yandırdı”. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, “qartallar”ı asan mübarizə gözləmir. Belə ki, Ayxan Abbasovun komandasının “səpələnmişlər” arasında olacağı real deyil. Əldə etdiyimiz bilgiyə görə, adı çəkilən klub “səpələnməmişlər” səbətində yer alacaq və özündən daha güclü rəqiblə qarşılaşacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar