24 may 17:09aktual

İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər

İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər
“Daha çox Türkiyədə oynamaq haqda düşünürəm”
İlqar Qurbanovun “Qarabağ”dan ayrılması şok effekti verdi. Son 7 ildə Ağdam təmsilçisinin uğurları üçün tər tökən, əsasən ehtiyatda qalan, buna baxmayaraq, işinə ciddi yanaşan sabiq milli üzvü intizamlı futbolçulardan hesab olunurdu. Arif Daşdəmirov qala-qala İlqarın yola salınmasını anlamaq mümkün olmadı. Bəlkə də futbolçu özü iş yerini dəyişməkdə maraqlı olub. Bəlkə də maliyyə şərtlərində ortax məxrəcə gəlinməyib. Bəlkdə də hansısa hərəkəti Qurban Qurbanovun xoşuna gəlməyib. Ehtimal nəzəriyyəsini işə salıb “bəlkələr”in sayını uzada da bilərik. Nələrin yaşandığını dəqiq öyrənmək üçün üz tutacağımız bir nəfər var ki, o da səbəbkarın özüdü. Hazırda ailəsi ilə birgə İndoneziyada istirahət edən Qurbanovu arayıb bəzi qaranlıq məqamlara aydınlıq gətirdik.
- “Qarabağ”dan ayrılmağınla bağlı xəbəri mətbuatdan oxudun, yoxsa xəbərin var idi?
- Xəbər mətbuatda yayılmamışdan əvvəl bilirdim. Xaricdə istirahətdə olanda klubdan zəng vurub bu haqda məlumat verdilər. Çünki tez-tez əlaqə saxlayırdıq. Yəni hamıdan əvvəl özüm məlumatlı idim.
- Maraqlıdı, reaksiyan necə oldu?
- Peşəkar futboldan danışırıqsa, bunu normal qarşılamalıyam. Başqa yolu da yoxdu çünki. Nadir futbolçular var ki, 10-15 il bir klubda qalır. 7 il “Qarabağ”ın formasını geydim, çempionluqlar, kuboklar qazandım, beynəlxalq arenalarda təcrübə yığdım, evimə, ailəmə çörək apardım. Bu xoş günləri unutmaq olmaz.
- Deməli, belə olacağını gözləyirdin, təxmin etmişdin...
- Xeyr, qətiyyən. Kimsə desəydi də, inanmazdım. Amma oldu. Bundan sonra irəli boylanmalıyam.
- Ən çox kimdən inciksən: klub rəhbərliyindən, yoxsa baş məşqçidən?
- Belə bir şey qətiyyən ola bilməz. Dediyim kimi, neçə il “Qarabağ”ın çörəyini yemişəm, ailəmi dolandırmışam. İndi kimdənsə incimək, narazı qalmaq düzgün olmaz. Ümumiyyətlə, belə şeyləri xoşlamıram. Yaxşı olmayan nəsə baş verirsə, insan günahı ilk növbədə özündə axtarmalıdı. Demirəm suç sahibiyəm, ya nəyisə düzgün etməmişəm. Sadəcə, buna görə başqalarını qınamaq fikrim yoxdu. Üzərimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Gəldiyin kimi, getməyi də bacarmaq lazımdı.
- İntizamlı futbolçulardan sayılırsan. İndiyə kimi hansısa qalmaqalda adın çəkilməyib, oynamadığına görə narazılıq etməmisən. Belədə niyə yola salınasan ki?
- Heç vaxt kiminləsə problemim olmayıb. Nə deyiblərsə, tapşırıq veriblərsə, yerinə yetirmişəm. Meydana çıxmadığıma görə də narazılıq etməmişəm, şansımı gözləmişəm. Daim öz üzərimdə çalışırdım, “artırmaq” üçün əlimdən gələnin ən yaxşısını edirdim. “Qarabağ”da əsas, yaxud ikinci heyət anlayışı yoxdu. Komanda üç “cəbhə”də mübarizə apardığından, hamının oynamaq şansı olurdu. Məsələn, mən özüm ilboyu 25-30 görüşdə forma geymək imkanı qazanırdım. Ona görə də həmişə hazır olmağa çalışırdım. Yola salınmağımın səbəbini özüm də bilmirəm.
- Bəlkə getmək öz istəyin imiş? Bəlkə az oynadığına görə nə vaxtsa, hardasa söz demisən, o da baş məşqçinin qulağına çatıb.
- Xeyr, belə bir şey mümkün deyil. Məni tanıyanlar bilir ki, hər zaman özümü “Qarabağ”da xoşbəxt hiss etmişəm. Nədənsə narazılığım olmayıb. Oynamaq məsələsinə gəlincə, bayaq dediyim kimi, il ərzində 25-30 oyunda meydana çıxırdım. Bu da normal göstəricidi.
- Bəlkə maliyyə şərtlərində fikir ayrılığı yaranıb?
- Pulla bağlı bir kəlmə də söhbətimiz olmadı. Çempionat başa çatandan sonra mayın 16-dək Bakıda gözlədim. Hətta bir dəfə bazaya da baş çəkmişdim. Baxdım ki, konkret söz deyən yoxdu. İstirahətə gələndən sonra klubdan zəng vurub bu haqda məlumat verdilər.
- Ayrılığın səbəbi özünə maraqlı deyildi?
- Maraqlı olsa, nə dəyişəcək, olmasa nə? Artıq qərar verilib. Aldığım pulun qarşılığını son tərimə qədər ödəməyə çalışmışam. Hamı bilir ki, İlqar işinə ciddi yanaşıb, heç kimlə baş-başa gəlməyib. Ən əsası buna görə vicdanım təmizdi.
- Bundan sonra nə etmək fikrin var? Təkliflər var?
- Bəli, var. Zəng edib maraqlanırlar, şərtlərini irəli sürürlər. Amma indi bu haqda düşünmürəm. Bütün diqqətimi ailəmə ayırmışam. İstirahət başa çatsın, o işlərlə məşğul olacam. Elə qərar verməliyəm ki, sonra peşman olmayım.
- Bildiyimə görə, ən diqqətçəkən təklif “Neftçi”dəndi. Həmin “Neftçi” ki, dayıların vaxtilə bu klubun formasını geyib. Həmin “Neftçi” ki, sən “Xəzər Lənkəran”da oynayanda bu komanda sizə barışmaz rəqib sayılırdı. Təklifə “hə” deyəcəyin təqdirdə, lənkəranlı azarkeşlərin səni sevməyəcəyi ehtimalı var.
- Azarkeşlərə böyük hörmətim var. Amma mən belə şeylərə qarşıyam. Futbolçu özünü rahat hiss edə biləcəyi yerə üz tutur, yəni bununla bağlı qərarı da özü verir. Düşmən klublar deyil ki. Hamısı Azərbaycanındı, bir-birinə dost-qardaşdı. Ona qalsa, indiyə qədər nə qədər futbolçu “Neftçi”dən “Xəzər Lənkəran”a keçib, ya da əksinə. Mən peşəkarlığa önəm verən adamam. O nə deyər, bu nə dedi – belə fikirlərə önəm vermirəm.
- Deyəsən, “Neftçi” variantı daha cəlbedicidi.
- Nə mənada?
- Ağızdolusu danışırsan.
- Əzəli rəqabətlə bağlı sual verdiz, mən də cavabladım. Üz tutacağım klub “Neftçi” də ola bilər, başqası da. Səmimi deyim, bu dəqiqə daha çox Türkiyədə oynamaq haqda düşünürəm. Bundan sonra qərar verəndə ailəmi düşünməliyəm, ailəmlə məsləhətləşməliyəm. Uşaq da böyüyür, məktəbi, təhsili, gələcəyi var. Övladlarımın Türkiyədə təhsil almalarını istərdim. Uzun illər orda yaşamışam, vəziyyətdən xəbərdaram. Bilirəm, çətin olacaq, amma bir şey fikirləşməliyəm. Ayın 27-si Bakıya qayıdıb qərar verəcəm.
- Növbəti seçimində nəyi əsas tutacaqsan?
- İlk növbədə komandanın hədəfini və daxildəki ab-havanı. Gizlətmirəm, əsas məqsədim iddialı komandanın sıralarında olmaqdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar