23 may 13:24aktual, manset

“CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir?

“CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir?
Telekanal rəhbərliyi danışmaq istəmədi

Mayın 5-də Naxçıvanda keçirilən kubokun finalı oyunu ilə ölkədə futbol mövsümü rəsmən başa çatdı. Lakin ötən mövsümlə bağlı bir vacib sual qalıb ki, buna hələ də aydınlıq gəlməyib. Əslində bu məsələ mövsümün əvvəlində razılaşdırılır. Hər halda, normal ölkələrdə belədi. Lakin biz Azərbaycanda yaşayırıq. Burda isə hər şey əndrəbadi və kəlləmayallaqdı. Bütün gözlənilməzliklər və natamamlılar bizdə baş verir. O cümlədən futbolumuzda.
Bildiyiniz kimi, artıq iki mövsümdü premyer-liqa və kubok matçlarını “CBC Sport” telekanalı yayınlayır. Telekanalın gördüyü işə, keyfiyyətə, işçilərin peşəkarlığına ilişməyə haqqımız yoxdu. Ən azı ona görə ki, “CBC Sport” bütün sadalananlara görə rəqiblərini bir baş üstələyir. Amma bu o demək deyil ki, telekanalın mənfi tərəfləri yoxdu. Biz konket bir məqama toxunmaq istəyirik. “CBC Sport” premyer-liqanın yayın hüququna sahib olduğuna görə elita klublarına müəyyən məbləğ ödəməlidi. Əslində normal futbolu, qayda-qanunu olan ölkələrdə mövsümün əvvəlində yayınçı telekanalla klublar, daha dəqiq desək, çempionatın təşkilatçısı ilə müqavilə imzalanır. Müqaviləyə əsasən klublara pul ödənilir. Amma bizdə belə deyil. Mövsüm başa çatsa da, “CBC Sport” klubların pulunu ödəməyib. Tərəflər arasında heç razılıq da əldə olunmayıb. Baxmayaraq ki, bu məsələ dəfələrlə Klublar Komitəsinin iclasında müzakirə olunub. Hətta telekanalın baş direktorun Volkan Üstün iştirakı ilə. Futbol ictimaiyyəti heç telekanalın klublara nə qədər ödəməli olduğunu da bilmir. Məlumat yoxdu.
2015/16 mövsümündə də eyni hal yaşanmışdı. Lakin mövsümün gedişində bu məsələ çətinliklə yoluna qoyulmuşdu. O da necə. Deməli, klublar PFL-ə borclu idilər. Amma həmin pulu ödəyə bilmirdilər. Əsas da gətirirdilər ki, “CBC Sport” pulumuzu vermir, biz də sizə ödəmirik. Nəticədə PFL borclu klubların çempionatın ikinci yarısına burxılmayacağı ilə bağlı qərar qəbul etdi. Klublar da məcbur olub “CBC Sport”a təzyiq etdi və güclə pullarını ala bildilər. Bildiyimiz qədər həmin məbləğ birbaşa PFL-in büdcəsinə köçürüldü. 2016/17 mövsümündə isə bu da baş vermədi.
Təbii ki, bunun da səbəbi var. Ölkədə davam edən iqtisadi böhran SOCAR-ın büdcəsindən maliyyələşən “CBC Sport”un da büdcəsinə sirayət edib. Həm də ölkədə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi onlara ikinci böhran zərbəsi olub. Bu üzdən telekanal mövsüm ərzində maliyyə sıxıntısı səbəbindən xeyli çətinliklərlə üzləşdi. Maaşlarda gecikmələr, ixtisarlar və başqa çatışmazlıqlar… Problemlərin zirvə nöqtəsi isə qış fasiləsinə yaxın yaşandı. Belə ki, telekanal “Saran Holdinq”dən kirayələdiyi STS-in (Səyyar Televiziya Stansiyası) icarə haqqını ödəyə bilmədi. Türkiyə şirkəti də STS-i geri aldı. Bu problemə görə hər tur çempionatın 4 oyununu yayınlayan “CBC Sport” azarkeşlərə cəmi bir, maksimum iki oyun təqdim edə bildi. Bu həm də bir neçə işçinin ixtisarı ilə nəticələndi. Qışdan sonra problem yoluna qoyulsa da, maaşların gecikməsi davam etdi. İşçilərin əməkhaqqı 3 aydan çox gecikdi. Bu problem hələ də davam edir.
Görünən odu ki, “CBC Sport” məhz maliyyə böhranı səbəbindən klubların pullarını ödəyə bilmir. Klublar Komitəsinin son iclasında da, bu məsələ müzakirəyə çıxarılıb. Klub rəsmiləri ciddi şəkildə narazılıq ediblər. Komitə sədri Kamran Quliyevin iclasdan sonra dediyi “digər telekanallarda çempionatın icmalları göstərilmir. Biz istəyirik digər telekanallarda da ölkə çempionatı ilə bağlı geniş verilişlər yayınlansın və növbəti mövsümdə bunun üçün çalışacağıq” sözləri də boşuna deyil. Yəni “CBC Sport” açıq deyir ki, bizim pulumuz yoxdu. Burda isə çıxış yolu başqa telekanallara “CBC Sport”dan videogörüntüləri nisbətən ucuz qiymətə təklif etməkdi. Yəni telekanallar CBC Sport”a müəyyən vəsait ödəməklə materiallardan istifadə etsin. Belə olan halda həm çempionatın yayınçısının büdcəsində artım olar, həm də müəyyən dərəcədə futbolun təbliği gerçəkləşər. Lakin bu o demək deyil ki, “CBC Sport” klublara olan borcunu bağlaya biləcək.
Məsələ ilə bağlı telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. O, “yayın hüququna görə klublara nə qədər pul ödəməlisiz və niyə ödəməmisiz?” sualımıza belə cavab verdi: “Bu sualı cavablaya bilməyəcəm. Bu haqda ancaq telekanalın baş direktoru danışa bilər. Zəhmət olmasa, onunla əlaqə saxlayın”. Lap yaxşı deyib, Volkan Üstə zəng etdik. Bilirdik ki, Volkan bəy suallara telefonla cavab verməyi sevmir. Bu dəfə də elə oldu. O, açıqlama vermədi və bunun üçün bizi ofisinə dəvət etdi. Odu ki, yenidən bu məsələyə qayıtmalı olacağıq. Yaxın günlərdə Volkan bəylə görüşüb, məsələ ilə bağlı fikirlərini dərc edəcəyik.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar