18 may 18:36aktual

Budaq Nəsirovun hərəkəti penaltilik idi?

Budaq Nəsirovun hərəkəti penaltilik idi?
Anar Salmanov: “Sonradan bu qaydalarda dəyişiklik oldu”

Barmaqla sayılacaq qədər legioner futbolçumuzun olması azmış kimi, onların varlığı ilə yoxluğu arasında da fərq hiss edilmir. Xaricə yollananlar ya iki-üç ay sonra geri qayıdır, ya dava-dalaşa səbəb olur, ya da heyətə düşmürlər. Lakin Budaq Nəsirov haqda bunları demək bir o qədər də doğru olmaz. Nəsirov bəlkə də son illər ölkə xaricinə çıxardığımız yeganə oyunçudu ki, “Sportinq”in əvəzedici heyətində heç olmasa, ümidlərimizin ölməsinə imkan vermir. Düzdü, 21 yaşadək futbolçulardan ibarət millnin üzvü əsas heyətdə çıxış etmir, bütün görüşlərdə meydanda olmur. Lakin onun səbirlə, başını aşağı salıb çalışmağı, arabir meydana çıxması böyük işdi. Hər azərbaycanlı oyunçu bunu bacarmaz. Biri atası üçün darıxıb qayıdar, biri məvacib azlığından şikayətlənər, biri baş məşçinin ona güvənməməsindən gileylənər və ya məcbur sampan içirtməsindən əsəbləşib dava-qırğın salar. Yaxşı ki, Budaq bu siyahıdakı səbəbləri özünə yaxın buraxmır. Buna baxmayaraq, Nəsirov son günlər nəinki Azərbaycanın, hətta Avropa idman mediasının da manşetinə çıxmağı bacarıb.
Söhbət onun “Sportinq”in qapısına qazandırdığı məşhur, hətta tarixə düşəcək penaltidən gedir. Ötən sayımızda xəbər verdiyimiz kimi, “Akademika” ilə oyunda 1:0 öndə olan “Sportinq”in qapısına penalti təyin olunub. Maraqlıdı ki, Budaq bu penaltini meydanda olmaya-olmaya rəqibə qazandırıb. Yarımmüdafiəçi “Akademika”nın hücumu zamanı meydanı tərk enməkdə olan topa əvvəlcə ayaqla, sonra isə əllə toxunub. Hakim də penalti təyin edib və Nəsirova sarı vərəqə göstərib. Həmin epizodun videosu sosial şəbəkələrin trendi olub. Çoxları Budağı bu epizoda görə ciddi qınayır, hətta futbol qaydalarını bilməməkdə günahlandırır. Bir qism isə həmin anın refleksdən asılı olduğunu, Nəsirovun özünü meydanın kənarında hiss etdiyini iddia edir. Bəziləri hətta hakimin səhv qərar verdiyini düşünür.
Futbolda çox nadir rast gəlinən bu hadisəyə mütəxəssis münasibəti öyrənməyi lazım bildik. Görəsən, hakim həqiqətənmi səhv edib? Etməyibsə, bu qayda çoxdan var, yoxsa yenidi? Sabiq FİFA referisi Anar Salmananov suallarımızı cavabladı: “Nəsirovla bağlı epizod ona görə böyük əks-səda doğurdu ki, nadir hadisələrdəndi. Tək Budaq yox, başqa kimsə etsəydi də, belə olacaqdı. Bu, yeni qayda deyil. Əvvəllər qaydalarda belə idi ki, meydanın kənarında olan futbolçu oyuna müdaxilə edirsə, sərbəst zərbə təyin olunur. Azarkeş müdaxiə edirdisə, mübahisəli top idi. Lakin sonradan bu qaydalarda dəyişiklik oldu. İndi ehtiyatda olan futbolçu öz komandasının cərimə meydançasında topa bilərəkdən və ya bilməyərəkdən toxunursa, həmin tərəfin qapısına penalti təyin olunur, futbolçuya da sarı vərəqə verilir. Bu cür hal cərimə meydançasından kənarda baş versə, cərimə zərbəsi və sarı vərəqə verilir. Azarkeşlə bağlı qayda dəyişməyib. Hansısa müdaxilə mübahisəli epizod olaraq qalır. Bu məqam qaydalarda əksini tapıb. Hakim tam doğru qərar verib. Lakin Budaq Nəsirov orda bilərəkdən topa toxunmamışdı. Elə bildi ki, top meydanı tərk edib. Amma xəttin üstündə idi. Xəttin üstü də meydanın daxili sayılır. Düşünmürəm ki, o bu qaydanı bilmir. Sadəcə, ani reaksiya oldu”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar