18 may 18:26aktual

Orxan Əliyev də “Kəpəz”də qalmaq istəmədi

Orxan Əliyev də “Kəpəz”də qalmaq istəmədi
Şahin Diniyev gözünü gəncəli gənclərə dikib
Rusiyadan 12 günlük istirahətdn qayıdan Şahin Diniyevin “Kəpəz”in saytına verdiyi müsahibədə dedikləri ilə ötən sayımızda tanış olmuşduz. Sən demə, bu son deyilmiş. Ürəyi dolu olan təcrübəli çalışdırıcının müsahibəsi olduqca geniş alındığından, saytda çalışan həmkarlarımız sual-cavabı iki hissədə təqdim edib. Odu ki, Diniyevin çalışdırdığı komandayla bağlı səsləndirdiyi yeni fikirlərlə tanış olun.
- Orxan Əliyevlə ilkin razılıq əldə olunmışdu. Onun da “Kəpəz”dən ayrılması mümkündü?
- Açıq deyim, Orxanla bağlı müəyyən fikir ayrılıqlarımız var. O bizə “ola bilsin, xaricdən təklifim oldu” demişdi. “Kəpəz” yerli futbolçularımızın legioner həyatı yaşamasında maraqlı olduğundan, bununla bağlı heç vaxt hansısa futbolçuya əngəl yaratmayacaq. Bizə nə qədər lazımlı futbolçu kimi müqaviləsi olsa belə, onun xaricə yollanmasına şərait yaradacağıq. Oyunçumuzun əcnəbi klublarda oynaması futbolumuzun inkişafına xidmət edir. Biz yalnız “Kəpəz” üçün yox, həm də ölkə futbolunun inkişafı naminə çalışırıq. Hazırda Orxan İslam Həmrəyliyi Oyunlarında çıxış edən yığmanın düşərgəsindədi. Onunla danışıqlarımızda bəzi qaranlıq məsələlər oldu. Mən ona fikrini dəqiqləşdirmək üçün vaxt verdim. Düzü, çox da gözləyə bilməzdik. Ona görə də halallıq verib ayrıldıq. Orxanın “Kəpəz”ə çox xeyri dəyib. Öncədən də dediyim kimi, onu MOİK-dən dəvət edəndə ağır əməliyyatdan sonra zədəsini sağaltmaqla məşğul idi, əziyyət çəkirdi. Əliyevin potensialını bilirdim və bu səbəbdən də komandaya götürmüşdüm. İndi inkişafını xarici və ya iddialı yerli klubda görürsə, buna mane ola bilmərik. Fikrinə hörmətlə yanaşırıq, uğurlar arzulayırıq. Belə futbolçunun itirmək məşqçi üçün çətindi. Sistemə uyğunlaşmış oyunçunu başqası ilə əvəz etmək vaxt aparacaq. Amma biz buna hazırıq. Rəhbərliyə də Orxanın qərarı ilə bağlı məlumat verib bildirdim ki, o, seçim edə bilmir. Biz isə transferdə tələsməliyik. Çox istəyirəm ki, Orxan böyük futbolçu olsun.
- Dario Federiko, Nicat Qurbanov, Orxan Əliyev - adını çəkdiyim hər üç futbolçu cinah oyunçusudu və artıq komandanı tərk ediblər. Onların gedişi ilə “Kəpəz” qanadı qırılmış quşa bənzəyir.
- Ölkədə olmadığım müddətdə hər gün komanda haqda düşünürdüm. Problem varsa, deməli, daha səylə işləməliyik. Büdcənin azlığına və futbolçulara böyük pullar təklif edə bilməməyimizə baxmayaraq, bizim futbol fəlsəfəmiz və sistemimiz var. Komandanın oyununda sürətli cinah hücumlarına üstünlük veririk, bunun üzərində həmişə çalışırıq. Odu ki, belə futbolçuların hamısının birdən-birə getməsi acınacaqlı durum yaradıb. Amma bunun üzərində iş gedir. Yerli futbolçu transferi üzərində çalışırıq. Bu işlər tamamlanandan sonra çatışmazlıqlar olarsa, üzümüzü legionerlərə çevirəcəyik. Deyim ki, artıq bu yöndə də gərgin işlər davam edir. Buna böyük paralar lazım olsa da, biz az pulla keyfiyyətli iş görməyə çalışacağıq. Necə ki, Dario kimi futbolçunun parlamasına kömək etdik. Eləcə də futbolu başa vurmağa hazırlaşan Juninyonu yenidən önə çıxardıq. Belə futbolçular hələ bizdə çox olacaq. Mayın 20-nə kimi yerli oyunçu bazarlığını yekunlaşdırıb, legionerlərlə məşğul olacağıq. Əcnəbilərdən kimin qalıb, kimin getməsi istiqamətində işlər indi də gedir. Bütün bunlar məlum olandan sonra hansı mövqeyə futbolçu lazım olsa, fikrimizi bu tərəfə yönəldəcəyik. Son mövsümdə heyətimizdə 5 legioner olub, onların getməsi və qalması haqda çox şeylər yazırlar. Amma qərarı baş məşqçi verəcək.
- Büdcənin azlığına baxmayaraq, “Kəpəz” transfer dövrünün ən fəal komandalarından sayılır. Son mövsümdə komandanın heyətində olmuş futbolçularla danışıqlarla paralel digər komandalardan 4 oyunçu da kluba cəlb olunub. Onlardan üçü gəncdi. Gənclərlə işləməyi sevən mütəxəsssis kimi düşünürük ki, bu futbolçuların potensialına inanaraq komandaya cəlb etmisiz.
- Onlar ayrı-ayrı yaş qrupları üzrə millilərin üzvləri olublar. Hansısa bir səbəbdən oyunlarında axsama baş verib. Lakin mən onları sistemimdə görürəm. Mənə elə gəlir ki, bir ildən sonra azarkeşlərimiz, futbol ictimaiyyəti onlar haqda ancaq xoş sözlər danışacaq. Bu yaxınlarda mənə “sizin bu transferlərdən xəbəriniz yoxdu, bu futbolçuları rəhbərlik götürüb” deyə sual verdilər. “Kəpəz”də hərə öz işi ilə məşğuldu. Bu gün heyətə oyunçuların dəvəti və göndərilməsi qərarı baş məşqçiyə məxsusdu. Gələnlər və gedənlər haqda rəhbərliyə raport verirəm və orda atdığım addımlar izah olunur. Mənə yaradılan şəraitə, sərbəstliyə görə rəhbərliyə təşəkkür edirəm. Komandada transferə görə söz sahibi baş məşqçidi. Məşqçi çox şey istəyə bilər. Futbolçu dəvət edəndə büdcəmizə uyğun hərəkət edirik. “Qarabağ”, “Qəbələ” və ya “Neftçi”dən futbolçu istəyə bilərəm. Amma buna gücümüz catacaqmı sualını verib düşünməliyəm. Kimi gəldi götürmək də düzgün deyil. Yeni götürdüyümüz gənclərə inanıram, potensialları var və onların inkişafına, yenidən milliyə cəlb olunmasına səy göstərəcəyik. Limit məsələsi də var, bunu unutmaq olmaz. Qarşıdakı mövsüm üçün gəncəli gənclərdən heyətə oyunçu götürəcəyik. Onlardan yəqin ki, dördünü əsas komanda ilə birlikdə təlim-məşq toplanışına aparacağıq. Hansı özünü yaxşı tərəfdən göstərəcəksə, komandada qalacaq. Hamısı da qala bilər, ikisi də. Həmin oyunçular birdəfəlik əsas komandada olacaqlar. Artıq gəncəli gənclərin oynamasının, yetişməsinin vaxtıdı, biz onlara dəstək olacağıq.
- Yenilərdən biri də Tural Cəlilovdu. Onun haqda nə deyə bilərsiz?
- Cəlilovu müdafiədəki problemləri həll etmək üçün heyətə cəlb etmişik, təcrübəli oyunçudu. Ona da inanırıq. Daha iki oyunçu ilə danışıqlar gedir. Qısa vaxtda işləri yekunlaşdırmalıyıq. Boş mövqelər üzrə legionerləri nəzərdən keçirəcəyik. Çalışacağıq ki, azərbaycanlı gənc futbolçularımız təcrübəli legionerlərdən də nəsə öyrənsinlər. Daha çox yerli oyunçulara diqqətimizi yönəldəcəyik.
- AFFA-nın hesabına Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyü dəyişdirilir. Bəzi rəqiblər “Kəpəz”in evdə uğurlu çıxış etməsini məhz qazonun bərbad olması ilə bağlayırdılar. Halbuki örtüyün dəyişdirilməsi “Kəpəz”in də xeyrinə olmalıdı. Siz nə düşünürsüz?
- Rəqiblərin iki il ərzində meydançadan şikayətlənməsi mətbuatı zəbt edən mövzu olub. Maraqlıdı ki, topla oynamağı daha çox sevən, texnikalı oyuna üstünlük verən “Qarabağ” yeganə klub olaraq heç vaxt meydançadan şikayətlənmədi. Ən pis hallarda belə, çıxıb öz oyunlarını oynayıblar. Uğurları da olub, uğursuzluqları da. Amma heç vaxt bunu meydan amili ilə bağlamayıblar. Bizim ön xətdə oynayan futbolçularımız, legionerlərimiz də topla oynamağı sevən oyunçulardı. Belə meydanda yaratmaq çətindi, dağıtmaq asan. Mart ayından başlayaraq ev oyunlarımızın nəticələrinə nəzər salın. Yazda hava ilə bağlı qazonun durumu düzəldikcə uğurlu seriyaya başladıq. Demək istəyirəm ki, meydanın vəziyyətinin yaxşı olması əksinə, bizə lap yaxşı təsir edir. Buna görə AFFA rəhbərliyinə, prezident Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova futbol mütəxəssisi olaraq komandamız adından təşəkkür edirəm. Bu, bizim üçün sürpriz hədiyyə oldu, diqqətlərinə görə minnətdarıq. Yeni mövsümdə yəqin ki, komandalar meydandan yox, oyunun keyfiyyətindən danışacaqlar.
- Füzuli Allahverdiyevin gedişindən sonra məşqçilər korpusunda bir yer boş qalıb. Özünüzə yeni köməkçi götürəcəksiz?
- Bunu rəhbərliklə müzakirə edəcəyik. Bizə “Kəpəz”in uğurları üçün çalışacaq, komandaya yardımçı olacaq məşqçi lazımdı. Eyni zamanda, həmin mütəxəssisin uyğun kateqoriyası olmalıdı. Mayın 20-nə kimi bu məsələyə də aydınlıq gələcək.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır 21-05-2017, 13:53 Azərbaycan yenidən liderliyi ələ keçirdi 21-05-2017, 13:51 Əsgər Abdullayev AFFA-dan inciməyib 21-05-2017, 13:49 “Şəmkir”in prezidenti premyer-liqa iddiasından əl çəkdi 21-05-2017, 13:48 “Neftçi”yə yaxın duran yoxdu 21-05-2017, 13:47 Vidadi Rzayev Diniyevin köməkçisi oldu 21-05-2017, 13:22 Yeni mövsümün təqvimi yığmanın maraqlarına uyğun hazırlanacaq 21-05-2017, 13:17 Rəmiş Malıyev AFFA ilə vidalaşdı, yerinə xanım gəlir 21-05-2017, 13:16 Tural Qürbətov Türkiyə klubunda 21-05-2017, 13:14 Yığma üzvləri azarkeşləri finala səsləyir 21-05-2017, 13:11 Yığma üçün həlledici an 21-05-2017, 13:09 Turan Makedoniyanı cəzalandırdı 21-05-2017, 13:08 Reaksiyalar 21-05-2017, 13:04 Rəşad Sadıqov və komandası mükafatlandırıldı 21-05-2017, 12:51 Vəkil zərərcəkəni və məhkəməni qınadı 21-05-2017, 12:49 Kvekveskiri təklif bolluğunda “üzür” 21-05-2017, 12:48 Renat Dadaşov “Ayntraxt”la peşəkar müqavilə imzaladı 21-05-2017, 12:47 Qriqorçuk “Qəbələ”də qalacaq 21-05-2017, 12:43 Qurban Qurbanov Kintananın tezliklə sıraya dönəcəyinə ümid edir 21-05-2017, 12:42 Yığma bu gün vətəni tərk edir 21-05-2017, 12:39 Final mərhələsi başladı 21-05-2017, 12:37 Şəhriyar şərikli liderliyi davam etdirir 19-05-2017, 20:07 Daha bir dopinq şoku: bu dəfə Toğrul Əsgərov cəzalandı 19-05-2017, 20:05 Şahmatçılarımız "sülh bağladı” 19-05-2017, 20:04 Elxan Abdullayev: “Kim var, kimi alaq, namizəd var ki?” 19-05-2017, 20:01 “Kəpəz”dən ayrılanlar səbəb göstərdi 19-05-2017, 19:59 AZAL-lılar bu gün maaş alacaq 19-05-2017, 19:58 Kamran Quliyev AFFA-da iclas keçirəcək 19-05-2017, 19:52 Əlcəzairin baş məşqçisi də hakimlikdən gileyləndi 19-05-2017, 19:47 Yığma Əlcəzairə “2 verib” finala adladı 19-05-2017, 19:43 “Qəbələ” fanatı tribunaları coşdurdu Bütün xəbərlər
Ən çox oxunanlar