Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”

Fariz Yusifov hakim-inspektor kimi qayıdır
17 may 13:40aktual
“Turan Tovuz” da geri çəkildi, qaldı “Şəmkir”

AFFA-nın qərarından şikayətçisənsə, 5000 manat ödə!
Məlum olduğu kimi, mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının qərarı açıqlandı. Hər kəs səbirsizliklə nəticələri gözləyirdi. Ayrı-ayrı komandaların elitaya vəsiqə qazanacağını düşünənlər var idi. Bu mənada həm ortaq, həm də fərqli proqnozlar irəli sürülürdü. Hər halda, çoxları növbəti “futbol ili”ndə 10 komandalı çempionatın təşkil olunacağını gözləyirdi. Axı AFFA prezidenti Rövnəq Abdullayev ötən il 8 iştirakçılı birinciliyin müvəqqəti olduğunu, 2017/18 mövsümündə 10, hətta 12 komandanın yarışacağını söyləmişdi. Ancaq...
Əslində komissiyanın qərarından bir həftə öncə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verərək, 8 komandalı çempionatdan bəhs etmişdi. O növbəti mövsüm də belə davam edilə biləcəyini istisna etməmişdi. Belə deyək, baş katib bu açıqlama ilə futbol ictimaiyyətini qərara hazırlamışdı. Nəhayət, Lisenziya Komissiyasının qərarı belə oldu ki, növbəti mövsüm də premyer-liqada 8 komanda iştirak edəcək. Aşağı diviziondan yalnız 2-ci yeri tutan “Səbail”in lisenziya tələblərinə cavab verdiyi bildirildi. Beləcə aşağı dəstədən yalnız “Səbail” elitaya yüksəlmiş oldu. Nə divizionun çempionu “Turan Tovuz”, nə də güclülər dəstəsinə yüksələcəyi proqnozlaşdırılan başqa komandalar önündə “yaşıl işıq yadırıldı”. Başqa sözlə, “inkişaf” sözü ilə uyğun gəlməyən tendensiya davam etdi: yenə idman prinsipləri pozuldu, aşağı liqanın çempionu elitaya vəsiqə qazana bilmədi. Bu dəfə də reqalment “zibil qutusuna atıldı”. Axı mövsümün əvvəlində təsdiq olunan Əsasnamədə “bir komanda elitanı tərk edəcək, diviziondan 3 klub premyer-liqaya yüksələcək” yazılmışdı. Bu bir daha sübut etdi ki, futbolumuz qanunlarla idarə olunmur. Təəssüf ki, qanunları yazan da, pozan da, lazım gələndə onu öz xeyirlərinə yozan da eyni adamlardı.
Lisenziya Komissiyası narazı qalan klublara şikayət haqqı da tanıyıb. Belə ki, hansı komanda qərarın düzgün olmadığını düşünürsə, 10 gün ərzində apellyasiya şikayəti verə bilər. Xatırlayırsızsa, qərar açıqlanan gün Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov bütün klublara çatışmazlıqlar haqda məktub ünvanlanacağını demişdi. Dünən Məmmədovla əlaqə saxladıq və o bütün klublara mayın 12-də məktub göndərildiyini bildirdi. Hə, apellyasiya şikayəti üçün klubların 5 min manat ödəməli olduğunu da vurğulayaq. Klub qalib gəlsə, pulu geri qaytara bilir, əks halda, həmin vəsait də “batır”.
Ötən saylarımızdan birində divizion klublarından bəziləri ilə əlaqə saxlayıb, şikayət edib-etməyəcəklərini soruşmuşduq. “Zaqatala”, “Qaradağ Lökbatan” və “Mil-Muğan” rəhbərlikləri şikayət etməyəcəklərini bildirmişdilər. Yalnız “Turan Tovuz” və “Şəmkir” məsələni müzakirə edəcəklərini, bundan sonra apellyasiya şikayəti verib-verməyəcəklərini açıqlamışdılar. Dünən hər iki klubla yenidən əlaqə saxladıq. Məlum oldu ki, artıq “Turan Tovuz” şikayət etmək fikrindən tam daşınıb. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev şikayətin mənasız olduğunu bildirdi. “Şəmkir”in prezidenti Elvin Səfərli isə bu günü gözləməyi məsləhət gördü. Onu da qeyd edək ki, “Turan Tovuz” və “Şəmkir” maliyyə meyarına tələb olunan səviyyədə cavab verməyib.
FARİZ
Şərh yaz