15 may 17:50aktual

Budaq Nəsirov mövsümün başa çatmasını gözləyir

Budaq Nəsirov mövsümün başa çatmasını gözləyir
Vaqif Heydərli: “Darionun taleyinə mayın 20-dək aydınlıq gəlməlidi”

Portuqaliyanın aşağı dəstəsində mübarizə aparan “Uniao Desportiva” klubunun “feysbuk” səhifəsi azərbaycanlıların “hücumuna” məruz qalıb. Buna səbəb isə həmyerlimiz Vaqif Heydərlidi. Belə ki, səhifədə Portuqaliya klubunun rəsmisinin Heydərli ilə şəkli yer alıb ki, portəgiz azərbaycanlı agentə üzərində “Vaqif Heydərli” yazılmış futbolka hədiyyə edir. Şəklin altına isə bu sözlər yazılıb: “Bu gün klubumuzu 2016-cı ildə Azərbaycanda “ilin agenti” seçilmiş Vaqif Heydərli ziyarət edib”.
Sabiq “Futbol+”çiyə bu cür diqqət ayrılması maraq doğurmaya bilməz. Söhbətin kökündə nələrin durduğunu dəqiq bilməsək də, tərəflərin bir-birinə isti münasibət göstərdiyi dəqiqdi. Olmaya Heydərli Azərbaycan futbolunun “öldüyünü” görüb “Uniao Desportiva” ilə əməkdaşlığa başlayıb? Yoxsa hansısa futbolçunu ölkəmizə gətirmək üçün səfərə çıxıb? Ya da növbəti azərbaycanlının yolu Portuqaliyayadı? Məsələyə aydınlıq gətirmək üçün səbəbkarla əlaqə saxladıq: “Feysbuk”da o cür şəklin yerləşdirilməsində qeyri-adi heç nə yoxdu. Adi yoldaşlıq münasibətinin yaratdığı mənzərədi. Mayın 5-dən Portuqaliyadayam. Bu müddət ərzində bütün liqalar daxil olmaqla 15 oyun izləmişəm. Burda olduğum müddətdə daha 4-5 qarşılaşmaya canlı baxacam. Bu da normaldı. Onsuz da hər il gəlirəm. Agent kimi əlaqə vasitələrinin genişlənməsini istəyirsənsə, ölkədən kənara çıxmalısan, əziyyət çəkməlisən. Belə deyim, işimiz budu. “Uniao Desportiva” da oyunlarını izlədiyim komandalardan biriydi. Həm də klubda tanıdığım insanlar var. Ona görə də o şəkli paylaşıblar. Portuqaliyada çalışacağım isə insanların ehtimalıdı. Əslində belə bir fikrim yoxdu”.
Madam ki, Heydərli Pireneyə səfər edib, deməli, Budaq Nəsirovla da maraqlanıb, görüşüb, danışıb. Çünki gənc futbolçunun legioner həyatı yaşamasına məhz Vaqif bəy vasitəçi olmuşdu. Artıq bir ilə yaxındı “Sportinq”in B komandasının uğurları üçün tər tökən Nəsirov hələ ki əsas komanda haqda düşünə bilməz. Bunun üçün özünü doğrultmalı, baş məşqçinin diqqətini çəkməlidi. Bəs belə durum onu razı salırmı? Nə vaxta qədər B komandasında çıxış edəcək? Azərbaycana qayıtmaq ehtimalı var? Heydərli ilə söhbətdə bu suallara da aydınlıq gətirdik: “Oyununa baxdım, elə orda görüşüb, danışdıq. Ondan sonra Portuya getmişdim deyə, ətraflı söhbətləşmək imkanı olmadı. Amma lazım olduqca əlaqə saxlayırıq, danışırıq. Bu gün (dünən) “Akademika” ilə oyunları var, gedib baxacam. “Sportinq”lə müqavilə müddəti davam edir. Mövsüm başa çatsın, vəziyyətə uyğun addım atacağıq. Görək baş məşqçinin gələcəyi necə olacaq. Azərbaycana qayıtmaq? Yox, elə bir istəyi yoxdu. Əsas məqsəd Portuqaliyada möhkəmlənməkdi”.
Heydərli həm də Dario Federikonun agentidi. Həmin futbolçu ki, mövsüm başa çatan kimi “Kəpəz”dən ayrıldı. Xidmətində “Qəbələ” də maraqlıydı. Lakin braziliyalı Yaponiyadan daha cəlbedici təklif aldığını bildirdi. Artıq iki həftə keçsə də, Dariodan səs-soraq yoxdu. Bu da səbəbsiz deyil, çünki onun işləriylə azərbaycanlı agenti məşğul olur. Deyilənlərə inansaq, Federiko karyerasını yenidən “Kəpəz”də davam etdirəcək. Hətta bununla bağlı klub rəhbərliyi ilə futbolçu arasında yeni müqavilənin şərtləriylə bağlı müzakirələr aparılır: “Darionun məsələsində yenilik yoxdu. Taleyinə mayın 20-dək aydınlıq gəlməlidi. Yaponiya klubu ilə danışıqlar davam etdirilir. Bu gün üçün “Kəpəz” və “Qəbələ” variantları real deyil”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar