15 may 17:47aktual

Nazarov “Lokomotiv”in maraq dairəsinə düşüb

Nazarov “Lokomotiv”in maraq dairəsinə düşüb
Qara üçün gələnlər Dmitriyə “elçi düşüb”

Azərbaycan millisinin əsas heyət üzvlərindən biri karyerasını Rusiya premyer-liqasında davam etdirə bilər. Söhbət “milliləşdirilmiş” Dmitri Nazarovdan gedir. Hazırda Almaniyanın 2-ci bundesliqasında “Ertsgebirge”nin formasını geyən yarımmüdafiəçiylə Moskva “Lokomotiv”i maraqlanır. Ölkə kubokunu qazanan və Avroliqada iştirak edəcək “dəmiryolçular” Nazarovla yaxından maraqlanır. Rusiya mətbuatında yazılanlara inansaq, futbolçu özü də keçiddə maraqlıdı. Artıq tərəflər arasında danışıqlar baş tutub və keçidin alınması an məsələsidi. Sadəcə, Rusiya təmsilçisi buna görə Dmitri ilə müqaviləsi qüvvədə olan “Ertsgebirge”nin əsas söz sahibləriylə ortaq məxrəcə gəlməlidi. Söz yox, transferin baş tutmasına görə “Lokomotiv” qarşı tərəfə pul ödəyəcək. Amma elə bir məbləğ olmalıdı ki, hər iki klubu razı salsın.
Ortaya “Nazarov hara, “Lokomotiv” hara” sualı çıxa bilər. Cavabı isə sadədi. Xatırlayırsızsa, martda keçirilən Azərbaycan - Almaniya qarşılaşmasından sonra meydanda ən yaxşılardan olan Qara Qarayevin “Loko”nun maraq dairəsinə düşməsi haqda xəbərlər yayılmışdı. Məsələnin nə dərəcədə ciddi olduğunu öyrənmək üçün adı çəkilən komandanın bizə yaxşı tanış olan baş məşqçisi Yuri Syominlə əlaqə saxlamış, mövqeyini öyrənmişdik. Vaxtilə “Qəbələ”ni çalışdırmış mütəxəssis Qara variantı ətrafında düşündüklərini etiraf etməklə yanaşı, “Lokomotiv” rəsmilərinin Azərbaycan - Almaniya matçını canlı izlədiyini bildirmişdi. Həmin oyun ki, yığmamızın heyətində üç ən yaxşıdan biri də Nazarov idi. Vurduğu baxımlı qolla azarkeşləri ayağa qaldıran “13 nömrə” irəliləyən dəqiqələrdə də rəqib müdafiəçilərə çətin anlar yaşatmışdı. Elə buna görə də matç başa çatandan sonra almaniyalı jurnalistlərin əlindən qurtula bilmirdi. Syominə məlumat da həmin görüşdən sonra verilib. Belə deyək, Qaranın dalınca gələnlər Nazarovu da “kəşf etməklə” bir gülləylə iki dövşan vurub. Nəticədə Yuri Pavloviç son ayyarımda millimizin üzvü ilə bağlı geniş məlumat toplayıb, bəzi oyunların videoyazısını izləyib. Futbolçunun cari mövsümdə 9 qol vurması, azı o sayda qol ötürməsi verməsi baş məşqçinin diqqətini çəkib. Yekunda keçidin baş tutması üçün klub rəhbərliyini məlumatlandırıb.
Hər halda, Almaniyanın 2-ci bundesliqasında aşağı pillələrdə yer alan komandanın şərəfini qorumaqdansa, Rusiya elitasının iddialılarından birinin formasını geymək daha faydalı və diqqətçəkəndi. Üstəlik, avrokuboklarda meydana çıxmaq imkanı qazanmaq. Əsas odu ki, Nazarov keçidin baş tutmasını hamıdan çox istəyir. Rus dilini bilməsi isə onun üçün əlavə üstünlükdü.
Maraqlıdı ki, Yuri Syomin TASS agentliyinə verdiyi açıqlamada xəbərin həqiqəti əks etdirmədiyini bildirib. Ola bilsin, tərəflər arasında anlaşma əldə etmək mümkün olmayıb, ola bilsin, baş məşqçi fikrindən daşınıb, ola bilsin, Nazarovun əvəzində başqa futbolçu tapıb. Bəlkə də “Ertsgebirge” futbolçusunu azad agnet statusu ilə buraxsın deyə bu açıqlama iz azdırmaq üçündü. Bir məqam dəqiqdi ki, Syomin Dmitrini sərəncamında görmək istəyib.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar