14 may 15:04aktual

AFFA-dan “yox” cavabı alanlar apellyasiya şikayəti verəcək?

AFFA-dan “yox” cavabı alanlar apellyasiya şikayəti verəcək?
Rövnəq Abdullayevin yalanı: “Növbəti mövsümdən elitada ən azı 10, imkan olsa, 12 komanda çıxış edəcək”

Ötən mövsüm premyer-liqada 8 komandanın çıxış etməsi illərdi milyonlar xərclənilən ölkə futbolu adına böyük bir biabırçılıq idi. Ölkəni bürüyən iqtisadi problemlər, iş adamlarının futboldan uzaq düşməsi və nəhayət, ardıcıl bir neçə klubun dağılması nəticəsində çempionatda təmsilçilərin sayı 10-dan 8-ə düşdü. Lakin ümidlər hələ ölməmişdi. İstər futbol ictimaiyyəti, istərsə də media nikbin idi. Hamı mövsümün bitməsini gözləyir, yeni “futbol ili”ndən elitada 10 və daha artıq komandanın çıxış edəcəyinə ümid edir, inanırdı. Lap türkiyəli musiqiçinin dili ilə desək, “Güzəl günlər görəcəyik, çocuklar” əhvalında idik. Bunun da səbəbləri var idi. Ötən mövsümün əvvəlində İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev açıqlamışdı ki, 2017/18 mövsümündə premyer-liqada ən azı 10 komanda çıxış edəcək. Assosiasiya rəhbərinin fikirləri belə idi: “PFL-in qarşısına tələb qoyulub ki, 1-ci diviziona nəzarət olunsun, premyer-liqada oynamaq üçün ən azı 4 komanda hazırlasın. Növbəti mövsümdən elitada ən azı 10, imkan olsa, 12 komanda çıxış edəcək”.
Bəli, məhz buna görə çoxları əmin idi ki, yeni mövsümdən çoxkomandalı çempionat izləyəcəyik. Amma bütün ümidlər dünən puça çıxdı. O cümlədən Rövnəq bəyin dediklərinin də yalan olduğu göründü. Belə ki, dünən Lisenziya Komissiyasının iclası keçirildi. Məlum oldu ki, növbəti mövsüm də çempionatda 8 komanda çıxış edəcək. Premyer-liqaya vəsiqə qazanan yeganə komanda isə aşağı dəstənin debütantı, gümüş medalın sahibi, Rövnəq bəyin oğlu Rəşadın himayədarlıq etdiyi “Səbail” olub. Yalnız “aslanlar” lisenziyalaşdırmanın bütün meyarlarına cavab verə, lazımi sənədləri təqdim edə bilib. Başqaları isə yox. Hətta qış təlim-məşq toplanışını Türkiyədə keçən, elitaya çıxacağı gözlənilən “Şəmkir” də. Hamısının problem isə eynidi – maliyyə!
Premyer-liqada iştirak üçün lisenziya verilməyən AZAL, “Turan Tovuz”, “Qaradağ Lökbatan”, “Şəmkir”, “Mil-Muğan” və MOİK-ə Apellyasiya Komitəsinə şikayət etmək üçün 10 gün vaxt verilib. Bizə də yuxarıda adları çəkilən klubların rəsmilərindən apellyasiyaya şikayət edib-etməyəcəklərini soruşduq.
Oqtay Abdullayev, “Turan Tovuz”un Müşahidə Şurasının sədri: “Çempion olub, elitada çıxış etmək üçün imkan əldə etmişdik. Maliyyə məsələsini də yoluna qoymuşduq. Lisenziya Komissiyasının qərarından xəbərim yoxdu. Axı maliyyə məsələsini düzəltmişdik. Bilmirəm, necə olacaq. 10 gün vaxt verilibsə, çox güman, apellyasiya şikayəti verəcəyik. Görək, nə fikirləşirik. Maliyyə meyarından başqa qalan hər şeyimiz qaydasında idi. Sonradan onu da düzəltdik. Bəlkə başqa səbəb də var. Nəyə əsaslanıb buraxmırlar, bilmirik”.
Tahir Mustafayev, “Qaradağ Lökbatan”ın prezidenti: “Bəli, bu qərarla tanışıq. Biz öncədən də bilirdik ki, lisenziya ala bilməyəcəyik. Çünki ilk “3-lüy”ə düşməmişdik. Bu üzdən bu işlərin üstünə ciddi düşmədik. Düzdü, mövsüm ərzində lisenziyalaşdırma ilə bağlı xeyli işlər görmüşdük. Aşağı yaş qruplarından tutmuş, stadion və bazamıza kimi hər şey qaydasındadı. Əsas məsələ olan maliyyə meyarını yerinə yetirmədik. Bunu yoluna qoymaq üçün tələsmədik. Çünki mövsümü 4-cü yerdə bitirdik. 10 gün vaxt verilsə də, apellyasiya şikayəti verməyəcəyik”.
Elvin Səfərli, “Şəmkir”in prezidenti: “Qərardan xəbərim var. Birinci diviziondan yalnız “Səbail”ə vəsiqə veriblər. Hələ heç nə deyə bilmərəm. Bu işlə məşğul oluruq. Apellyasiyaya şikayət edib-etməyəcəyimizi deyə bilmərəm. Qərar bu gün çıxıb. Nəsə demək tezdi”.
Mirheydər Səfiyev, “Mil-Muğan”ın prezidenti: “Yer tuta bilməməyimizə baxmayaraq, lisenziya üçün müraciət etmişdik. Lakin ala bilmədik. Əsas olan maliyyə meyarlarını yerinə yetirmədik. 10 gün ərzində bu problemi aradan qaldıra bilsək, bəlkə də apellyasiyaya şikayət edəcəyik. Amma hələ dəqiq heç nə bilinmir”.
Musa Qurbanov, “Zaqatala”nın İdarə Heyətinin sədri: “Biz yer tuta bilməmişdik. Öncədən də demişdim ki, elitaya çıxmaq imkanımız yoxdu. Bildiyiniz kimi, AFFA-dan maliyyələşirik. Maliyyə meyarı əsasdı. Qərarla bağlı apellyasiyaya şikayət etməyəcəyik. Buna hüququmuz yoxdu”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar