14 may 15:02aktual

“Turan Tovuz”a “qırmızı”, “Səbail”ə “yaşıl işıq”

“Turan Tovuz”a “qırmızı”, “Səbail”ə “yaşıl işıq”
“Analoqsuz inkişaf”: premyer-liqada yenə 8 komanda olacaq

Dünən AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Toplantıda 2017/18 mövsümündə avrokuboklarda və premyer-liqada iştirak üçün müraciət edən klubların sənədlərinə baxılıb. Adı çəkilən komissiya klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanan müzakirələrdən sonra qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak üçün aşağıdakı klublara lisenziya verilsin: “İnter”, "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə”.
2. Premyer-liqada iştirak üçün aşağıdakı klublara lisenziya verilsin:
“Kəpəz”, “Səbail”.
3. Premyer-liqada iştirak üçün aşağıdakı klublara lisenziya verilməsin:
AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Zaqatala”, "Şəmkir".
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə şikayət verə bilər. O da qeyd olunub ki, 2017/18 mövsümündə avrokuboklarda iştirak üçün lisenziya almış klublar avtomatik eyni “futbol ili” üçün premyer-liqaya lisenziya almış olur. “Zirə”nin müraciətinə baxılarkən, UEFA-nın bu klubla bağlı bir müddət öncə çıxardığı müvafiq qərar Lisenziya Komissiyası tərəfindən nəzərə alınıb.
Beləcə növbəti dəfə ölkə futbolunda idman prinsipləri pozuldu. Yenə də birinci divizionun qalibi olan komanda premyer-liqaya yüksəlmədi. Hər gün “inkişaf, inkişaf” deyə sinəsini irəli verən futbol rəhbərliyi komanda sayının artmasına nail ola bilmədi. Halbuki söz vermişdilər. Düz bir il öncə. Ötən mövsüm 8 klubun iştirak edəcəyi dəqiqləşəndə AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verərək, bunun müvəqqəti olduğunu dönə-dönə vurğulamışdı. Növbəti mövsümdən ən azı 10, hətta 12 komandalı çempionatdan dəm vurmuşdu. Təbii, assoasiasiya özünə bəraət qazandırmaq üçün “nə edə bilərik, lisenziya tələblərinə cavab vermirlər” kimi bəhanələrin arxasına sığına bilər. Ancaq Abdullayev 4 komandanın elitaya hazırlanması üçün göstəriş vermişdi axı. Hanı o 4 komanda? Belə çıxır, AFFA prezidentinin verdiyi tapşırıq yerinə yetirilməyib? Hər gün “azarkeş məsələsi bizi qayğılandırır” deyə özünü cəfakeş göstərən qurum başbilənləri bölgə klublarına “yaşıl işıq yandırmamaqla” həmin istəyin boğazdan yuxarı söylənildiyini etiraf etmiş olur. Deyəcəklər ki, “Səbail” tələblərə cavab verdi. Məgər bu klub sizin deyil? AFFA istəsəydi, “Turan Tovuz”u gətirərdi elitaya. Sadəcə, “özümünkü olsun, gözümün qabağında olsun” prinsipi əsas götürülüb, vəssalam. Zaqatala, Tovuz, İmişli, Ağsu və başqa bölgələrdəki bu idman növünün fanatları isə böyük futbola həsrət qaldı. İnkişaf 8 komandalı çempionatdısa, inkişaf bir qayda olaraq, çempion olan klubun elitaya yüksələ bilməməsidisə, inkişaf nəzərdə tutulan hədəfə çatmamaqdısa, onda belə inkişafa “əhsən” düşür. Hə, kiçik bir xatırlatma da edək. Son 7 mövsümdə cəmi bir dəfə birinci divizionun qalibi olan klub premyer-liqaya yüksəlib. Başqa sözlə, “Turan Tovuz” da “Abşeron”, “Qaradağ Lökbatan”, “Ağsu” və iki dəfə aşağı dəstədə qalib olan və dağılan “Neftçala”nın taleyini yaşadı.
Qərarlar açıqlanandan sonra Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla danışdıq: “Klubların hansı tələblərə cavab vermədiyini onların özlərinə bildirəcəyik, mətbuata yox. Bu gün yazılı şəkildə onlara məlumat veriləcək. Təbii, klublar tələblərdən hansını yerinə yetirmədiklərini açıqlaya bilər. Hazırda qərarları hazırlayırıq. Orda 15 klubun adı var, sənədləşmə işlərini aparırıq, protokol imzalanır. Qərarları AFFA-nın saytına qoymuşuq, amma rəsmi şəkildə imtina səbəbləri göstərilməklə sənədlər gün ərzində klublara göndəriləcək. Qeyd olunduğu kimi, qərarla razılaşmayanlar 10 gün ərzində apellyasiya şikayəti verə bilər. Əlbəttə, əsas problem maliyyə ilə bağlıdı. Bizim sırf işimiz nədi? Əmin olmalıyıq ki, klub növbəti mövsüm fəaliyyətini yarımçıq dayandırmasın, pulu oslun ki, iştirakını sona qədər davam etdirsin. Klubun da işi bu məsələdə bizi əmin etməkdi. Lisenziya ala bilməyən klublar bizi əmin edə bilmədilər. “Səbail” tələblərə tam cavab verib. Onların maliyyə dəstəyi yoxlanılıb və növbəti mövsüm premyer-liqada mübarizə aparmaq üçün lisenziya alıblar”.
Görəsən, yaxın 10 gün ərzində klubların problemi aradan qaldırmaq imkanı nə dərəcədə realdı? Elçin bəyi dinləyək: “Çətin sualdı. Klublar maliyyə mənbəyi tapacaqlarsa, problemi həll edə bilərlər. Digər tərəfdən də onların kifayət qədər vaxtı var idi. Ancaq həmin müddətdə maliyyə mənbəyini tapa bilmədilər. Elə birinci divizionun bir neçə klubunun rəsmiləri mətbuata açıqlama vermişdilər ki, axtarışdayıq, sponsor axtarırıq. Gördüyünüz kimi, axtarışlar nəticəsiz qalıb. Hər halda, 10 gün vaxtları var, görək necə olacaq”.
Hazırda daha bir məsələ müzakirə olunur. Bəziləri düşünür ki, ardıcıl ikinci mövsüm çempionatda 8 komandanın iştirakı avrokuboklarda ölkəmizə ayrılan vəsiqə sayının azalmasına səbəb ola bilər. Məmmədov həmin məsələni belə izah etdi: “Komanda sayının buna aidiyyatı yoxdu. Orda ölkənin reytinqi nəzərdə tutulur. Bizim də reytinqimiz 4 vəsiqəyə kifayət edir. UEFA tərəfindən heç bir minimal tələb yoxdu. Düzdü, tövsiyə var ki, minimum 8 iştirakçı olsun. Ancaq baxırıq ki, Avropada hətta klub sayı 8-dən də az olan ölkələr var. Onların avrokuboklardakı yerlərinə bunun heç bir təsiri yoxdu. Odu ki, söz-söhbətin nəyə əsaslandığını bilmirəm”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:47 Həftənin idman proqramı Dünən, 18:46 Rüstəm Orucov çempion oldu Dünən, 18:45 Anar Salmanova təhsil məsələləri tapşırılıb Dünən, 18:43 “Forza Neftçi” bir müddət stadionlara getməyəcək Dünən, 18:41 İlin futbolçusunu birlikdə seçək! Dünən, 18:39 Xanım hakimdən Elçin Məmmədova şok ittihamlar Dünən, 18:36 “Traktorsazi” ağır zərbə aldı Dünən, 18:32 “Neftçi”də baş məşqçi dəyişikliyi Dünən, 18:28 “Sumqayıt”dan “Neftçi”yə növbəti zərbə Dünən, 18:12 “Qəbələ” avtoqolla sevindi Dünən, 18:06 ADBTİA yenidən zirvədədi! Dünən, 18:05 Püşk atıldı, yüksək liqa ilə bağlı qərar verildi Dünən, 18:03 Renat qələbə qolunu vurdu Dünən, 18:00 Emil “dənizçilər”in “Dalğa”da boğulmasına” imkan vermədi Dünən, 17:51 Ceyhun Sultanovun cəzası yarıbayarı azaldıldı Dünən, 16:24 Yığma uduzdu, Rusiyadan oyunçu gəldi Dünən, 16:21 UEFA “Arsenal”ı fevralda cəzalandıracaq Dünən, 16:19 Gerye özünü ilin yaxşı legioneri sayır Dünən, 16:17 “Keşlə” cavab oyunu üçün ümid yeri saxladı 16-12-2018, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... 16-12-2018, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” 16-12-2018, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib 16-12-2018, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” 16-12-2018, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon 16-12-2018, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub 16-12-2018, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! 16-12-2018, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb 16-12-2018, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə 16-12-2018, 14:36 AFFA-nın namizəd siyahısı genişdi 16-12-2018, 14:34 “Liman” - “Neftçi” üçün dərman! 16-12-2018, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı 16-12-2018, 14:16 Lider dəyişdi 16-12-2018, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu 16-12-2018, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” 16-12-2018, 14:06 Ümummilli sorğu start götürür! 16-12-2018, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Bütün xəbərlər
Ən çox oxunanlar