14 may 14:42aktual

AZAL başqa adla zühur etdi

AZAL başqa adla zühur etdi
Klubun birinci divizionda mübarizə aparacağı təsdiqləndi

Mayın 3-də AZAL fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. Əslində bu, çoxları üçün gözlənilməz oldu. Təkcə bəyanatda yer alan qeyri-adi cümlələri, detalların olmamasını nəzərdə tutmuruq. Sadəcə, klubun fəaliyyətini birdəfəlik dayandıracağını heç kim proqnozlaşdırmırdı. Əksinə, birinci divizion klublarının lisenziya tələblərinə cavab verməməsi üzündən “təyyarəçilər”in elitada qalacağı ilə bağlı söz-söhbət gəzirdi. Ancaq birdən-birə belə bir qərarın verilməsi müxtəlif suallara yol açdı. Ən maraqlısı isə klubun bazasının “Zirə”yə veriləcəyinin bəyanatda qeyd olunmasıydı. Bu baxımdan hər iki tərəfin sponsorlarının hansı şərtlərlə razılığa gəldiyi də məlum deyildi. Bununla belə, həftənin ilk günü AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında “AZAL yaşayacaq və 1-ci divizionda çıxış edəcək. Komandanın imkanları var, aşağı dəstədə çıxış etmək üçün böyük vəsait tələb olunmur. Bu, onlar üçün problem olmayacaq” demişdi.
Assosiasiya rəsmisi bu cür açıqlama verirsə, deməli, AZAL-ın yaşayacağına şübhə etməyə dəyməzdi. Çox keçmədən baş katibin dedikləri təsdiqini tapdı. Klub dünən saytında yeni bəyanat yaydı: “AZAL-ın ləğv edilməsi ilə bağlı 2017-ci il 3 may tarixli bəyanat klub azarkeşlərinin, fanklub üzvlərinin, xüsusilə Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatlığına səbəb olub və bununla bağlı çoxsaylı müraciətlər edilib. Bu müraciətlərə baxıldıqdan sonra sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən AZAL-ın məhz qəsəbənin adını daşıyan “Şüvəlan” adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb. “Şüvəlan” yeni mövsümdə birinci divizionda təmsil olunacaq. Yeni klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, ölkə futbolunun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək. Şüvəlan qəsəbəsində inşa edilən təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdi. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”.
Təbii, yenə də baza ilə ölkə futbolunun inkişafının calaq edilməsi ayrıca söhbət mövzusudu. Həmin bəyanatı araya-ərsəyə gətirənlərin bu cür cümlələri seçməsinin səbəbi də məlum deyil. Ancaq azarkeşlərin və fanklub üzvlərinin çoxsaylı müraciətlərinin sponsorların qərarına təsir etdiyini söyləmək absurddu. Aydın məsələdi ki, problem “yuxarılar” səviyyəsində müzakirə olunub və klubun yaşaması ilə bağlı göstəriş verilib. Adi bir faktı qeyd edək. AZAL-ın cari mövsüm 14 ev oyununda 5130 azarkeş olub. Bu da hər matça orta hesabla 366 nəfər deməkdi. Ancaq nəzərə alaq ki, qonaq azarkeşlər də bu sayda böyük pay sahibidi. Bundan başqa, “təyyarəçilər”in hansısa fanklubunun olduğunu da xatırlamaq çətindi. Bu üzdən “azarkeşlərin narahatlığı və müraciəti” söhbəti heç inandırıcı deyil. Görünür, “yuxarılar” klubun yaşamasını məsləhət bilib, vəssalam.
Dünən klubun meneceri Eldəniz Yusifovla əlaqə saxlayıb, ümumi durum haqda bilgi əldə etməyə çalışdıq: “Klub bu gün bəyanat yayıb və “Şüvəlan” adı ilə birinci divizionda çıxış edəcək. Ayın 3-də verilən bəyanatdan sonra AZAL fəaliyyətini dayandırmışdı. Klubda çalışanlar da həmin qərara uyğun olaraq işlərini itirmişdilər. İndi bərpa olunub, ancaq premyer-liqada çıxış edən klubun işçi ştatı divizionla müqayisədə fərqli olur. Yəqin ki, burda müəyyən dəyişiklik olacaq. Bütün bunlara gələn həftə aydınlıq gəlməlidi. Təklif olsa, qalmağımı istəsələr, qərarımı verəcəm. Dəyişiklik istənilən halda olacaq. Rəhbərlikdə kimlərin qalıb, kimlərin gedəcəyini bilmədiyimdən, şərh vermək istəməzdim. Bəyanat bu gün yayılıb və yəqin ki, qarşıdakı günlərdə rəhbərlik kimlərin klubda fəaliyyətini davam etdirəcəyi ilə bağlı qərar verəcək. Bundan sonra klub fəaliyyətini davam etdirəcək”.
Klubun adı dəyişdirilib “Şüvəlan” edilibsə, belə çıxır, AZAL Hava Yolları sponsorluqdan çəkilir. Bəlkə də bu klubu da AFFA “qanadaları altına alacaq”. Əks halda, ad dəyişikliyinə nə ehtiyac var idi? Yusifovu dinləyək: “Düzü, bu haqda məndə tam məlumat yoxdu. Ancaq klubun adı dəyişibsə, sponsor məsələsində də hansısa dəyişikliyin olacağı istisna deyil. Yenə deyirəm, məsələnin təfsilatını bilmirəm. Bununla belə, ad dəyişibsə, nizamnamə, sənədlər dəyişəcək, səhmdarların payı məsələsi var. Ad dəyişikliyi sənədlərlə bağlı yenilik deməkdi. Rəsmi sənədlərdə dəyişiklik gözlənilir. Ona görə də himayədarla bağlı qərar da yəqin orda əksini tapacaq. Çox güman, növbəti həftə bütün suallara aydınlıq gələcək”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar