12 may 22:11aktual

AFFA onuncu komandanın axtarışındadı

AFFA onuncu komandanın axtarışındadı
“Şəmkir” hazırdı, “Zaqatala” divizionda da oynamaya bilər

Artıq 10 gündən çoxdu ki, istər premyer-liqada, istərsə də birinci divizionda çempionat başa çatsa da, 2017/18 mövsümündə elitada neçə komandanın iştirak edəciynə, aşağı dəstədən kimlərin premyer-liqaya yüksələcəyinə aydınlıq gəlməyib. Düzdü, bugünlərdə mətbuata açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov yeni “futbol ili”ndə çempionatda 8 komandanın iştirak edəcəyini, birinci diviziondan yalnız “Səbail”in elitaya çıxacağını açıqlayıb. Ancaq etibarlı mənbədən aldığımız bilgiyə görə, baş katibin bu fikirləri AFFA-nın prezidenti Rövnəq Abdullayev tərəfindən xoş qarşılanmayıb və yaxın ətrafına Məmmədovun bir qədər tələskənliyə yol verdiyini bildirib.
Ötən saylarımızın birində 3 klubun - “Səbail”, “Şəmkir” və “Zaqatala”nın premyer-liqaya yüksəlmək üçün əsas namizəd olduğunu xəbər vermişdik. Onu da bildirmişdik ki, başa çatan mövsümdə aşağı dəstədə çempionluğu bayram edən “Turan Tovuz” maliyyə problemləri səbəbindən güclülər dəstəsinə yüksələ bilməyəcək. Bu yöndə yazdıqlarımız artıq özünü doğruldub. Belə ki, iki gün öncə mətbuata danışan Tovuz təmsilçisinin Müşahidə Şurasının sədri Oqtay Abdullayev sponsor tapa bilmədiklərindən “oyundankənar vəziyyətdə” qalıblar. Oqtay bəy AFFA-nın onlara kömək məqsədi ilə 250 min ayrıdğını, ancaq heç bir iş adamının bu vəsaitin üstünü düzəltmək istəyində olmadığını vurğulayıb. Artıq qərblilərə kiçik “qızıl” qazandıran Əsgər Abdullayev də düşərgədən ayrılaraq, özünə yeni iş yeri axtarışına çıxıb.
Yuxarıda adını qeyd etdiyimiz “üçlük”dən isə “Səbail”in məsələsinə nöqtə qoyulub və “şirlər” Samir Əliyevin rəhbərliyi altında iyundan hazırlıqlara başlayacaq. “Şəmkir”lə “Zaqatala” isə hələ gözləmə mövqeyindədi. Daha doğrusu, ikiqat ölkə çempionu premyer-liqada mübarizə aparmağa və bunun üçün tələb olunan bütün meyarları yerinə yetirməyə tam hazırdı. Ancaq “qırmızı-ağlar”ın taleyi öz əlində deyil. Belə ki, “Zaqatala”ya sponsorun tapılmaması “Şəmkir”i də pis vəziyyətdə qoyub. 10-cu komandanın olmaması, daha doğrusu, 9 klubla ölkə çempionatının keçirilməsinin qeyri-mümkünlüyü qərb təmsilçisini çətin duruma salıb.
Adıçəkilən klublarda son durum öyrənmək, elitaya yüksəlməyin mümkün olub-olmayacağını bilmək üçün klub rəsmiləriylə danışmağı lazım bildik. Bu məqsədlə öncə “Şəmkir”in prezidenti Elvin Səfərli ilə əlaqə saxladıq: “Artıq sözügedən məsələ ilə bağlı bir neçə dəfə açıqlama vermişəm. Yenə deyirəm, “Şəmkir”in premyer-liqada çıxış etməsi üçün lazım olan bütün tələbləri yerinə yetirmişik. Bəzən mətbuatda yazırlar ki, klub bank təminatını vermədiyinə görə elitadan kənarda qalacaq. Lakin bu xəbərlər həqiqəti əks etdirmir. Kluba sponsorluq edən qurum Lisenziyalaşdırma Komissiyasının bütün tələblərini yerinə yetirməyə hazırdı. Məndə olan məlumata görə, problem 10-cu klubla bağlıdı. Bu məsələ həllini tapsa, “Şəmkir” elitada çıxış edəcək. Stadionla bağlı çatışmazlığı da həll etmək yönündə işlər görürük. Ot örtüyünün yüksək səviyyədə olması üçün Türkiyədən mütəxəssis dəvət etmişik”.
“Zaqatala”nın İdarə Heyətinin sədri Musa Qurbanov isə bunları söylədi: “Hələ ki yeni xəbər yoxdu. Heç AFFA-dan da mənimlə əlaqə saxlayıb bir söz deməyiblər. Söylədiklərinizi mən də ordan-burdan eşidirəm. Lisenziyalaşdırma Komissiyasının bank təminatı istisna olmaqla, digər tələblərini yerinə yetirmişik. Bildiyiniz kimi, ötən mövsüm “Zaqatala” AFFA-dan maliyyələşirdi. Hələ ki yeni sponsorla bağlı yenilik yoxdu. Açığı, heç bilmirik növbəti mövsümdə birinci divizionda olacağıq, ya yox? Ötənilki kimi maliyyələşmə olsa, çətin ki, komandanı saxlamaq mümkün olsun. Çünki qiymətlər gündən-günə bahalaşır, ötən yay nəyisə 5 manata alırdıqsa, indi ona 2-3 dəfə artıq pul ödəməliyik. Mən də sizin kimi AFFA-nın nə qərar verəcəyini gözləyirəm. Baş məşqçi məsələsinə də məhz ondan sonra aydınlıq gələcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar