11 may 15:17aktual

Maşallah Əhmədova qarşı 50 min manatlıq mülki iddia qaldırıldı

Maşallah Əhmədova qarşı 50 min manatlıq mülki iddia qaldırıldı
Növbəti proses mayın 17-nə təyin olundu

Dünən Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilərək 8 illiyə azadlıqdan məhrum olunan veteran futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirildi. Hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan iclasa Maşallah bəyin oğlu Tərlan mərmər daşları ilə gəlmişdi. O, həmin daşları məhkəməyə, həm də zərərçəkən Yusif Əzizova təqdim etdi. Əzizov daşlara yaxınlaşdı və baxış keçirdi. O, ağ daşın özünə heç bir aidiyyatı olmadığını bildirdi, qara daşı isə Əhmədovun ona verməli olduğu daşlara bənzədiyini açıqladı. Lakin bu oxşarlıqdan tam əmin olmadığını bildirdi: “Bu qara daş müəyyən qədər oxşayır. Amma dəqiq deyə bilmərəm, bu həmin daşdı, ya yox. Bunu yoxlamaq lazımdı”. Ardınca dövlət ittihamçısı Əzizova sual ünvanladı: "İrandan yenidən həmin daşdan sifariş edilsə, bu işin başa çatmasına, tərəflər arasında barışıq elan olunmasına razı olarsız?" Yusif bəy cavabında bunları dedi: “Mən razıyam. Lakin Əhmədov mənə dəydiyi ziyanı da ödəməlidi. Mən də bu daşlardan qazanc əldə etmək istəmişəm. Heç kim İrandan daşı bura gətirib, aldığı qiymətə satmaz. 3 ildi bu adam bizi süründürür. Belə olmaz axı”. Əzizovun vəkili məhkəmədə çıxışı zamanı bildird ki, mənəvi zərər üçün 50 min manat mülki iddia qaldırılıb: “Maşallah Əhmədov Yusif Əzizova məxsus 2 maşın daşı “Sahil MTK”ya verib. Əvəzində isə aldığı pula 2 mənzil alıb. Lakin həmin mənzillər öz adına deyil. Bundan əlavə, Maşallah bəy həmin pula özünə “Nissan Murano” markalı avtomobil alıb. Bunu özü də ilkin ərizədə bildirib. Qiyməti də 32 min manata yaxın olub. Hər şeyi sənəddə yazıb, özü də imzalayıb. Mən istəyirəm bu məsələ başa çatsın. Bəlkə Əhmədov daşları qaytarmaq istəyir? Amma bir şərtimiz var ki, dəyən zərər də ödənilsin. Onu isə tərəflər bəlkə öz aralarında həll edər. Ya bağışlayar, ya da müəyyən vaxt verər. Yusif Əzizova bütün bu proses zamanı əlavə 247 min 764 manatlıq da zərər dəyib. Bu üzdən mənəvi zərər üçün 50 min manatlıq mülki iddia qaldırılıb”. Yusif Əzizovun vəkili həmçinin “Sahil MTK”dan aldığı məktbu məhkəməyə təqdim etdi. Həmin məktubda bunlar qeyd olunub: “Maşallah Əhmədov MTK-ya 2 maşın mərmər daş satıb. Həmin daşların dəyəri ödənilib və hansısa barter əməliyyatı olmayıb”. Vəkil həmçinin hazırda həmin daşlardan “Sahil MTK”da tikinti işləri üçün istifadə olunduğunu da qeyd etdi.
Maşallah Əhmədovun vəkili Samir Abdullayev isə çıxışında bunları dedi: “Yoldaş hakim, burda səsləndirilən fikirlərin hamısı ilə tanışıq. Biz, sadəcə, prosesi uzadırıq. Biz Yusif bəyin daşlarını ödəməyə hazırıq. Lakin İran bazarında topdansatış qiyməti ilə. Çünki ordan 15 manata alınan daşları 70-80 manata satırlar. Üstünə dədələrinin qiymətini qoyub, camaata sırıyırlar. Bu qiymətlərlə borcu ödəmək olmaz. Gəlin, hər şeyi nəzərə alaq. Yoldaş hakim, bütün bunlar rüsvayçılıqdı, qarşınızdakı isə Maşallah Əhmədov”.
Ardınca söz Maşallah Əhmədova verildi. O, şüşə kabinədən çıxıb danışmaq istəsə də, hakim buna icazə vermədi. Onun çıxışı isə belə oldu: "Yusifin tələb etdiyi əlavə pul mənə qarşı böhtandı. O, İrandan gətirilən daşları danır. Göydə Allah var. Mənim onunla düşmənçiliyim yoxdu. Mən o daşları qaytarmaq istəyirdim. Lakin özü razı olmadı. Zalım başa düşmür, burda mənə qiymət oxuyur. 500-600 min manata mən 100 maşın daş gətirərəm. Özü də necə lazımdı. Mən daşları 3 gün və ya bir həftə ərzində çatdırmağa hazıram. Ona əvvəl də bunu təklif etmişdim. Lakin Yusif geri şevirdi. O, məndən mənzil, pul tələb edirdi".
Hakim tərəflərin çıxışlarını dinlədikdən sonra məhkəməni təxirə saldı. O, Yasamal rayon məhkəməsinə Maşallah Əhmədovun Yusif Əzizova borca görə vəd verdiyi, sonra tərəflər arasında nədənsə pozulan sözləşməyə dair torpaq sənədi üçün müraciət ünvanladığını bildirdi. Hətta üzünü Əhmədova tutaraq “sən borca görə torpaq vermək istəmisən. Amma həmin torpağın sənədi bizim əlimizdə deyil. Ona görə qərar verə bilmirik” söylədi.
Beləliklə, növbəti məhkəmə prosesi mayın 17-si, saat 11.30-a təyin olundu.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar