10 may 18:27aktual

Oqtay Abdullayev “Turan Tovuz”un elitada oynayacağına ümid edir

Oqtay Abdullayev “Turan Tovuz”un elitada oynayacağına ümid edir
“Rayon ziyalıları, bölgənin deputatı ictimaiyyətə müraciət ünvanlasa da, ortada real heç nə yoxdu”

Ötən saylarımızın birində birinci dəstədə çempionluğu bayram edən “Turan Tovuz”un elitaya yüksəlmək yolunda maliyyə problemi ilə üzləşdiyini xəbər vermişdik. Onu da qeyd etmişdik ki, bölgənin ziyalıları, millət vəkili Qənirə Paşayeva əslən Tovuzdan olan iş adamlarına müraciət edərək, komandaya sahib çıxmalarını, “Turan Tovuz”un premyer-liqada çıxışını təmin etmək yönündə yardımçı olmalarını istəmişdilər. Həmin müraciətin üstündən xeyli vaxt keçsə də, hələ ki bu mövzuda bir yenilik yoxdu. Deyəsən, bu gedişlə qərb təmsilçisinin elita arzusu elə arzu olaraq da qalacaq. Tovuzlu futbolsevərlər də hələ bir və ya bir neçə il böyük futbolun rayona gəlişini gözləməli olacaq. Xatırladaq ki, etibarlı mənbədən əldə etdiyimiz məlumat görə, 2017/18 mövsümündə elitada 10 komanda mübarizə aparacaq ki, onların arasında ötən mövsümü birinci divizionda keçirən “Şəmkir”, “Zaqatala” və “Səbail” də var.
Tovuz klubunun gələcək taleyinə aydınlıq gətirmək, sponsor tapılıb-tapılmadığını bilmək üçün qərblilərin Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə əlaqə saxladıq. Oqtay bəy ümidverici xəbərin olmadığını, ancaq bu yöndə çalışmaların davam etdiyini söylədi: “Rayon ziyalıları, bölgənin deputatı ictimaiyyətə müraciət ünvanlasa da, ortada real heç nə yoxdu. Ancaq mənə çatan məlumata görə, bəzi iş adamları kluba maliyyə ayırmaq istəyir. Şəxsən mənimlə görüşməsələr də, klubun Müşahidə Şurasında təmsil olunan başqa üzvlərlə müəyyən müzakirələr olub. “Şəmkir”, “Zaqatala” və “Səbail”in növbəti mövsümdən elitada çıxış edəcəyi xəbərini mən də mətbuatdan oxumuşam. Ancaq rəsmən təsdiqlənmədiyindən münasibət bildirməyim düzgün olmaz. Hələ ki ümidimizi tam üzməmişik. İnanıram ki, premyer-liqada çıxış etmək üçün lazımi infrastruktura malik, istedadlı gənclər yetişdirən “Turan Tovuz” da elitaya yüksələn komandalar arasında olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar