10 may 17:41aktual

Mehman Rəsulov da “Neftçi”dən getdi

Mehman Rəsulov da “Neftçi”dən getdi
Mahir Şükürov isə məşqçiliyə başlayır

“Neftçi”də Müşahidə Şurası yaradılandan sonra maraqlı iş metoduna tamaşa etməkdəyik. Bu elə bir üsuldu ki, dünya futbol təcrübəsində yoxdu. Deməli, kimisə klubdan kənarlaşdırmaq lazımdısa, ona “ərizəni yaz, get” deyilmir. Vəziyyəti elə bir həddə çatdırırlar ki, ya da elə münasibət göstərirlər, elə söz deyirlər, özləri öz xoşları ilə ərizə yazıb gedir. Vaxtilə klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə, operator Dadaş Zeynalov, həkim Boris Xetaqurov eyni yolla “Neftçi”dəki işini itirmişdi. Bu dəfə eyni hal növbəti klub rəsmisinin başına gəlib.
Əslində bu haqda hələ 10 gün əvvəl yazmışdıq. Mövsümün sonuna yaxın aparılacaq islahatlardan bəhs edəndə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovla yolların ayrılacağını xəbər vermişdik. Qəzetimizin 27 aprel sayındakı “Neftçi”ylə bağlı xəbəri oxuyanlar xatırlamamış olmaz: “Əldə etdiyimiz başqa bir bilgi klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovla bağlıdı. Belə ki, sabiq ANS-çinin “Neftçi”dən uzaqlaşdırılacağı deyilir. İşindəki hansısa nöqsana görə yox. Dərd burasındadı ki, rəhbərlik mətbuatın kluba olan təzyiq dalğasında qəti narazı və narahatdı. Təzyiqin qarşısını almalı olan şəxs kimi Rəsulovu görürlər. O isə haqlı təndiqlərin qarşısını almaqda gücsüzdü. Bunun üçün də elə bir işçi axtarılır ki, jurnalistlərlə münasibəti yüksək səviyyədə olsun. Klubla media arasında körpü rolunu oynasın, çətin dönəmlərdə medianı ətrafında cəmləməyi bacarsın”.
Bu yazıdan sonra Mehman bəy ikili söhbətdə məlumatın həqiqətəuyğun olmadığını söyləməklə yanaşı, xəbərlə bağlı ondan münasibət öyrənmədiyimizə görə narazılıq etmişdi. Və budu, “Futbol+”in xəbəri özünü doğrultdu. Rəsulovun dünən şəxsi “feysbuk” səhifəsində yazdıqları ilə siz da tanış olun: “Dəyərli həmkarlar, əziz azarkeşlər, bu gündən mənim üçün "Neftçi" sərgüzəştləri başa çatdı. Bu müddətdə möhtəşəm kollektivlə çalışdım. Habil Hacıyev, Rüstəm Fətəliyev, Çingiz Həsənov, Elmin Muradov, Leka Səttarova, Cavid Əsədov, Kənan Hənifəyev, hər şeyə görə çox sağ olun”.
Mehman Rəsulovun işdən ayrılması ilə bağlı klub saytında hansısa məlumat yerləşdirilməsə də, özü mətbuata verdiyi açıqlamada səbəbi dilə gətirib. Dediyinə görə, yollar qarşılıqlı razılıq əsasında ayrılıb. İstək isə özündən gəlib. Təkliflərinin isti qarşılanmadığını görən klub rəsmisi belə vəziyyətdə işləməyin mənasız olduğunu dərk edib. Dünən özü ilə əlaqə saxlayıb qısa fikirlərini öyrəndik: “Jurnalistika təhsil aldığım sahədi. Bu vaxta qədər yazmışam, bundan sonra da yazacam. “Feysbuk”da həmin statusu paylaşan kimi bəzi iş təklifləri aldım. Bir müddət dincələndən sonra fəaliyyətimi davam etdirəcəm. İndidən yeni iş yerimin adını açıqlamaq istəmirəm”.
Maraq üçün onu da qeyd edək ki, cari mövüm Mahir Şükürov üçün futbolçu karyerasında sonuncu olub. Qışda 35 yaşı tamam olacaq sabiq milli üzvü bundan sonra məşqçiliklə məşğul olacaq. Artıq yeni mövsümdən etibarən “Neftçi”də aşağı yaş qrupları üzrə komandalardan birinin başına keçəcəyi deyilir. Xatırladaq ki, Mahir uzun illər yığma formasını geydiyi üçün avtomatik C kateqoriyasına sahib olacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar