16 dek 16:28aktual

Qurban Qurbanov “Fairmont” otelində mükafatlandırıldı

Qurban Qurbanov “Fairmont” otelində mükafatlandırıldı
Mütəxəssis “Futbol+”in əməkdaşına hədiyyə verdi
Bir neçə gün əvvəl ölkəmizdə ilin ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib. “Komanda.az” portalının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub. Səsvermədə 64 mətbuat orqanından 70 jurnalist iştirak edib. 47 səs toplayan Qurbanov 7-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 44 yaşlı mütəxəssisin əsas rəqibi, millinin baş məşqçisi Robert Prosineçki 16 səs yığıb. “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk 4, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev 2, “Zirə”nin başında dayanan Adil Şükürov isə cəmi 1 səs qazanıb.
Dünən Qurbanovun mükafatının təqdim olunma mərasimi keçirildi. Tədbir “Fairmont” otelinin Səttar Bəhlulzadə adlı zalında təşkil olunmuşdu. Bəndeniz artıq ikinci il eyni məkanda, eyni nominasiyanın qalibinin mükafatlandırılması tədbirinə qatılmışdı. Saat 13.30-da başlayan tədbirə günün əsas fiquru ilə yanaşı, AFFA-nın Mətbuat və İctmaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu, PFL-in mətbuat katibi Aslan Şahgəldiyev və KİV nümayəndələri qatılmışdı. Düzünü desəm, tədbir ötənilki qədər maraqlı və rəngarəng keçmədi. Ssenari də ötənilkindən fərqlənmədi.
Aparıcı Sənan Şəfizadə tədbiri açıq elan etdi, qısa nitq söyləyərək iştirakçıları salamladı, Qurbanovu təbrik etdi. Ardınca isə söz “komanda.az”ın redaktoru Natiq Muxtarlıya verildi. O, öncə səsvermənin nəticələrini açıqladı, sonra isə təbrik nitqi söylədi: “Ötənilki sorğumuzda gərgin mübarizə qeydə alınmışdı. “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçukla Qurban bəy arasında sona kimi mübarizə getdi. Sonda cüzi fərqlə Qurbanov qalib gəldi. Bu dəfə isə ölkə mətbuatında çalışan insanların fikirləri, demək olar ki, eyni oldu. Respondentlərin 70 faizə qədəri Qurban müəllimə səs verdi. Səsvermə obyektiv keçirilib. Düşünürəm ki, nəticələr məntiqəuyğundu. Çünki “Qarabağ” həm “qızıl dubl” etdi, həm də Avroliqada 7 xal topladı. Nəticədə qəzetimizin sələfi olan saytımızın keçirdiyi 8 sorğunun 7-də Qurban Qurbanov qalib oldu. Maraqlıdı, bu rekordu kimsə təkrarlaya biləcəkmi? Düşünürəm ki, yaxın zamanda bunu etmək çətin olacaq”. Ardınca “Qarabağ”ın 2016-cı ildə keçdiyi yol haqda qısa videoçarx nümayiş olundu. Növbəti çıxış sözü isə portalın baş redaktoru Rəşad Ergünə verilidi. Dəvəti qəbul etdiyi üçün hər kəsə təşəkkür edən həmkarımız kiçik nitq söylədi: “İlk dəfə sorğu keçirəndə heç ağlımıza gəlməzdi ki, bu sorğu ənənəvi olacaq və 8-dən 7-də Qurban Qurbanov qalib gələcək. Açığı, hamı sual verir ki, niyə yenə Qurban Qurbanov? Cavabımız isə eyni olur – respondetlər seçir. Əvvəl yalnız idman saytlarının sorğuda iştirakına çalışırdıq. Bilirdik ki, ictimai-siyasi saytlarda çalışanlar futbolla o qədər yaxından maraqlanmır. Amma son illər “Qarabağ”ın həm ölkə daxilində, həm də beynəlxalq arenadakı çıxışı onların da futbola, o cümlədən bu komandaya marağını artırıb. Bu səbəbdən də bir çox sanballı mətbuat orqanlarını sorğuya daxil etdik. Ümid edirəm ki, uğurlarınız bol olacaq. Bizim üçün fərqi yoxdu - ya siz, ya Qriqorçuk, ya da Prosineçki. Əsas istəyimiz odu ki, baş məşqçilərimiz klublara, milliyə uğurlar qazandırsın. Biz, sadəcə, işi qiymətləndiririk”. Tədbir iştirakçılarından isə köşə yazarı Amal Abuşov danışdı: “Çox vaxt Qurban Qurbanov haqda nəsə yazarkən, ifadələri seçməyə məcbur oluruq. Çünki çəkinirik ki, təkrarçılığa yol verək. Amma elə şeylər var ki, onları təkrar etdikcə özümüz də zövq alırıq. Qurban bəyin tərifə meyilli adam olmadığı məlumdu. Lakin Qurbanov elə bir şəxsdi ki, ölkə futbolunda bir çox stereotipləri dağıda bilib. Sizə qədər çox insan deyirdi ki, Azərbaycandan yaxşı futbolçu çıxmaz, ölkədə yaxşı məşqçi yoxdu. Artıq bunu deyən insanların sayı azalıb. Sizdən böyük uğurlar gözləyirik. Buna həm yaşınız, həm də enerjiniz imkan verir”.
Mikrofon önünə çıxan Mikayıl Nərimanoğlu isə bunları söylədi: “Sorğunun nəticələri ilə bağlı AFFA rəhbərliyi də məlumatlıdı. Baş katib Elxan Məmmədov bu tədbirə qatılmalıydı. Amma o xaricdə olduğundan mən iştirak edirəm. Qurban bəyi bu ad münasibətilə təbrik edirəm. O buna layiqdi. Öz işi ilə bunu sübuta yetirib. “Qarabağ”ın uğurları həm də millinin uğurlarının tərkib hissəsidi. Çünki uğurlu “Qarabağ”ın futbolçuları milliyə dəvət alır. Çox şadıq ki, artıq azərbaycanlı məşqçi bir ənənə yarada bilib. İnanıram ki, bu ənənə davam edəcək, Qurbanovun uğurlarının ardı gələcək. Qoy gənc mütəxəsislər də Qurban müəllimdən bu işi, peşəni öyrənsinlər”.
Sonra Qurban Qurbanov səhnəyə dəvət olundu...
(yazının davamı qəzetin çap variantında)
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar