05 may 23:55aktual

Elxan Abdullayev daha 3 il “Neftçi”də

Elxan Abdullayev daha 3 il “Neftçi”də
2015-ci ilin martında yeni struktur - Müşahidə Şurası yaradılandan sonra titul üzünə həsrət qalan “Neftçi” mükafatçı yerlərə də sahib çıxa bilmir. 2015-də kubokun finalında “Qarabağ”a boyun əyən “ağ-qaralar” premyer-liqanı 4-cü pillədə başa vurmuşdu. Növbəti il təxminən eyni ssenari yaşanmışdı: yenə ölkə kubokunun finalı, yenə rəqib “Qarabağ” və yenə məğlubiyyət. Çempionatda isə daha bərbad nəticə - 6-cı pillə. Bu dəfə hamısından betəri yaşandı. Kubok mübarizəsini yarımfinalda başa vuran bakılılar premyer-liqada 8 komanda arasında 7-ci pillədə qərarlaşdı. Bununla da 8 illik fasilədən sonra avrokuboklarda iştirak etmək imkanından məhrum oldu.
Yeni rəhbərliyin gəlişindən sonra vəziyyətin pisə doğru dəyişdiyi göz qabağındadı. “Neftçi” bu dəqiqə müstəqillik tarixində ən ağır dönəmini keçirir. Hətta azarkeşlər belə komandadan üz döndərib. Ölkənin ən köklü klubu artıq çoxları üçün məzə obyektinə çevrilib. İstəsək də, istəməsək də, vəziyyət belədi. Kluba nəzarət edən sponsorlar günahkarları tapıb havaya sovrulan milyonların hesabatını tələb etməli olduğu halda, hansısa səbəbdən onlara güvənir. Aydın məsələdi, dənizdən çıxan neftin pullardı. Kimsə alın təri ilə qazandığı pulu xərcləmir. Ona görə də “Neftçi”nin bu duruma düşməsi “yuxarılar”ı narahat etmir. İtirən isə klub və ona könül verən azarkeşlərdi.
Rəhbərlik sponsorlardan gördüyü münasibəti Elxan Abdullayevə bəsləməkdə davam edir. Buna qədər Arif Əsədov, Samir Əliyev, Əsgər Abdullayev, Vəli Qasımov kimi məşqçiləri uğursuzluğa, ictimaiyyətin təzyiqinə görə işindən kənarlaşdıran başbilənlər nədənsə Elxan Abdullayevə toxunmur. Əksinə, azarkeşlərin acığına ona dəstək verməkdə davam edirlər. Yeni baş məşqçi təyin olduğu vaxtlarda qış fasiləsindən sonraya işarə vuran, yekunda etdiyi 9 transferlə hədəfə çata bilməyən çalışdırıcı, məntiqlə, çoxdan qovulmalıydı. Təkcə uğursuzluğa görə yox, həm də jurnalist və azarkeşlərlə davranışına görə. Amma bunların heç biri ona havadarlıq edənlərin vecinə deyil. Əksinə, indiyə qədər baş məşqçi kimi heç bir uğura imza ata bilməyən Abdullayevin başının altına yastıq qoyurlar. Dünən klub saytının yaydığı xəbərdən sonra isə əlavə şərhə ehtiyac qalmır: Elxan Abdullayevlə klub arasında 3 illik müqavilə imzalanıb... Güvəndiyiniz baş məşqçiylə uğurlarınız bol olsun!
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar