04 may 17:18aktual

Son mövsümdə baş tutan dörd qarşılaşmanın hökmü

Son mövsümdə baş tutan dörd qarşılaşmanın hökmü
Qriqorçuk oyuna hazırlıqda, Qurbanov müdaxilədə üstündü

Artıq hər kəsin diqqəti kubokun finalına yönəlib. Sabah Naxçıvan şəhər stadionunda ölüm-qalım mübarizəsi gerçəkləşəcək. “Qəbələ” tarixində ilk dəfə titul qazanmaq üçün əlindən gələni edəcək. “Qarabağ” isə ardıcıl 3-cü mövsüm “qızıl dubl” etmək haqda düşünür. Bu oyun “qırmızı-qaralar” üçün 2-ci finaldı. 2013/14 mövsümündə həlledici matçda “Neftçi” ilə üz-üzə gələn bölgə təmsilçisi penalti seriyasında uduzmuşdu. “Qarabağ” isə çempionluq mübarizəsində olduğu kimi, kubokda da ən güclü olduğunu göstərmək niyyətindədi. Odu ki, mövsüm boyunca zirvə uğrunda mübarizə aparan rəqiblərin prinsipial oyunu böyük maraq doğurur. Həmçinin Qurban Qurbanov – Roman Qriqorçuk dueli də finala ayrıca rəng qatır. Son iki ildə “ən yaxşı məşqçi kimdi” sualı ətrafında müzakirələr gedərkən, məhz bu iki persona müqayisə olunur. Həm ölkədaxili yarışlardakı iddiasına, həm də Avroliqada sabitlik nümayiş etdirdiyinə görə hər iki komandanın baş məşqçisi haqda müsbət fikir formalaşıb. Bu üzdən Qurbanov – Qriqorçuk mübarizəsindən bu dəfə kimin qalib ayrılacağını hər kəs səbirsizliklə gözləyir. Bu komandalar və çalışdırıcılar cari mövsüm premyer-liqada 4 dəfə üz-üzə gəlib. İki oyunda “Qəbələ” qalib gəlibsə, bir matçda “Qarabağ” qələbəni bayram edib. Son dueldə isə qalib müəyyənləşməyib. Final ərəfəsində həmin 4 oyunu, həmin matçlarda məşqçilərin işini, kimin nədə üstün olduğunu xatırlamağın vaxtıdı.

02.10.2016
1-ci dövrə, 7-ci tur
Qəbələ - Qarabağ 2:0

Çempionluğa iddialı iki rəqib cari mövsüm premyer-liqada ilk oyunu “Qəbələ”nin meydanında keçirdi. Həmin qarşılaşmaya kimi “qırmızı-qaralar” nəinki uduzmuş, hətta qapısından qol da buraxmamışdı. Bəziləri “Qarabağ”ın Qriqorçukun komandasının uğurlu seriyasına son qoyacağını düşünürdü. “Qəbələ” isə ilk dövrəni məğlubiyyətsiz bitirmək, o cümlədən qapısını toxunulmaz saxlamaq niyyətində idi. Zaman göstərdi ki, Qriqorçuk komandasını derbiyə lazımınca motivasiya edə bilib. Xüsusən “qırmızı-qaralar”ın matçın taleyini ilk hissədə həll etməsi qeyd olunmalıdı. Belə ki, 11-ci dəqiqədə Filip Ozobiç, 3 dəqiqə sonra isə Baqali Dabo rəqib qapısına yol tapdı. Həmin oyunda Qurbanovun qapıçı seçimi özünü doğrultmadı. İlk qolda Boyan Şaranovun səhvini xatırlatmaq kifayətdi. “Qarabağ”ın çalışdırıcısı fasilədən dərhal sonra Mahir Mədətovla Miçeli, 68-ci dəqiqədə isə Reynaldonu döyüşə atdı. Əslində həmin əvəzetmələrdən sonra “köhlən atlar” üstün idi. Ancaq dəyişikliklər oyun baxımından ağdamlıların üstünlüyünə rəvac versə də, hesabla bağlı eyni sözləri demək olmur.

29.11.2016
2-ci dövrə, 13-cü tur
Qarabağ – Qəbələ 2:1

Bu rəqiblər arasındakı növbəti qarşılaşmanın da gərgin keçəcəyi öncədən bəlli idi. Zirvə uğrunda çarpışan tərəflərin bir-birinə güzəşt etməyəcəyini oyun da təsdiqlədi. “Qəbələ” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək, həmçinin “qış çempionluğu”nu rəsmiləşdirmək niyyətində idi. “Qarabağ” isə ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaqla liderliyi ələ keçirməyə köklənmişdi. Bir sözlə, azarkeşləri “Azərsun Arena”da rəqiblərin güzəştsiz mübarizəsi gözləyirdi ki, matç hər şeyi ilə yaddaqalan oldu. İlk 20 dəqiqə sakit keçdi, bundan sonra “Qarabağ” ərazi üstünlüyünə yiyələndi. Ancaq 64-cü dəqiqədə yenə də Ozobiç rəqib qapısına yol tapdı. Yadınızdadısa, Qurbanov qoldan sonra oyuna müdaxilə etdi. Əvvəlcə Əfran İsmayılova şans yaradan çalışdırıcı daha sonra eyni vaxtda Coşqun Diniyevlə Dino Ndlovunu mübarizəyə qoşdu. Qurban bəyin budəfəki əvəzetmələri özünü doğrultdu. “Qarabağ”ın artan təzyiqi fonunda Qriqorçukun da oyuna müdaxiləsi lazım idi. Lakin ukraynalı çalışdırıcı gözlədi, gözlədi... 87-ci dəqiqədə Riçard Almeyda penalti vuruşu ilə hesabı bərabərləşdirdi. 98-ci dəqiqədə isə (oyunun protokolunda 90+4 kimi göstərilib – F.) Diniyevin uzun ötürməsindən sonra Əfran ani hərəkətlə Ürfan Abbasovu meydandan kənarda qoydu, qapı önünə ötürməsindən sonra isə Dino qələbə qolunu vurdu. O başqa məsələ ki, bu rəqiblərin ilk dövrədəki matçını yüksək səviyyədə idarə edən Rəhim Həsənovun budəfəki idarəçiyili görüşə damğa vurdu. Şübhəli penalti, qarşılaşmanın nəzərdə tutulan vaxtdan artıq oynadılması, Diniyevə qırmızı vərəqənin verilməməsi, Riçard “qırmızı”dan sonra paltardəyişmə otağına yollanmamış oyunun başlaması... Bunlar öz yerində. Ancaq Qriqorçukun bircə əvəzetməyə belə əl atmaması, ən azı vaxt udmaq üçün bunu etməməsi 1 xalın da əldən çıxmasında önəmli rol oynadı. Halbuki onun həmkarı uğurlu əvəzetmələrlə oyunu çevirdi.

19.02.2017
3-cü dövrə, 19-cu tur
Qəbələ - Qarabağ 2:0

Qış fasiləsindən sonra hakimlərin bərbad idarəçiliyi üzündən diqqətlər daha çox ədalət təmsilçilərinin işinə yönəlsə də, prinsipial rəqiblərin növbəti duelinə də maraq böyük idi. Öncə onu qeyd edək ki, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov oyunu Fariz Yusifova həvalə etdi və sabiq FİFA referisi matçı yüksək səviyyədə idarə etdi. Bu matçda “Qəbələ”dən 30-cu dəqiqədə Sergey Zenyov, 68-ci dəqiqədə isə “Qarabağ” üçün arzuolunmaz sayılan Filip Ozobiç fərqlənmişdi. Həmin oyunda Qurbanovun əvəzetmələri komandanı məğlubiyyətdən xilas edə bilməmişdi.

09.04.2017
4-cü dövrə, 25-ci tur
Qarabağ – Qəbələ 0:0

“Tofiq Bəhramov”da baş tutan qarşılaşmaya tərəflər fərqli əhval-ruhiyyədə çıxmışdı. Belə ki, qələbə daha çox “Qəbələ”yə lazım idi. Rəqibindən 4 xal geridə qalan “qırmızı-qaralar” 3 xal hesabına fərqi minimuma endirəcək, sonrakı turlarda isə “Qarabağ”ın xal itirməsinə ümid edəcəkdi. “Köhlən atlar” üçün 1 xal da sərfəli nəticə idi. Xüsusən ilk yarıda üstün olmasına baxmayaraq, “Qəbələ” istəyinə çata bilmədi. İkinci hissədə, xüsusən Mahir Mədətovla Muarem Muarem oyuna qoşulandan sonra Qurbanovun komandası daha yaxşı təsir bağışladı. İtiriləsi bir şeyi qalmayan Qriqorçuk isə riskə getmək əvəzinə Baqali Dabonu Daniel Subotiçlə əvəzlədi. Halbuki belə vəziyyətdə onların ikisinin də meydanda olması bəlkə də uğurun açarı olardı. Matçdan sonra “sizə qələbə lazım olduğu halda niyə ikinci hücumçunu meydana buraxmadız” sualını Qriqoruçuk belə cavablamışdı: “Biz bütün oyunu 4 hücumçu ilə oynadıq, bu da nəticə əldə etmək üçün kifayət edirdi”. Görünür, ukraynalı yarımmüdafiə xəttinə ümid edirmiş. Ancaq fakt budu ki, belə vəziyyətdə risk etməyən çalışdırıcı çempionluğun əldən getməsi ilə barışmalı oldu.

Yekun
Sırf bu 4 qarşılaşma Qriqorçuk – Qurbanov dueli ilə bağlı müəyyən fikir yürütməyə imkan verir. Oyuna hazırlıq, motivasiya cəhətdən Qriqorçukun bir addım öndə olduğunu demək olar. Xüsusən ilk yarıda onun yetirmələri daha fəal olur. Ancaq qarşılaşmanın gedişinə müdaxilə, dəyişikliklər baxımından Qurbanov həmkarını qabaqlayır. Onun əvəzetmələri ya özünü doğruldub, ya da ən azı matçın axarına təsir edib. Final oyununda bu məşqşilərdən hansının rəqibini üstələyəcəyi isə sabah məlum olacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar