03 may 13:10aktual, manset

Sabiqlər finala Fariz Yusifovu “təyin etdi”

Sabiqlər finala Fariz Yusifovu “təyin etdi”
Mayın 5-də baş tutacaq final oyunu ilə bağlı müzakirələr davam edir. Bu yöndə gedən fikir mübadiləsi təkcə “hansı komanda qalib gələcək” mövzusu ilə məhdudlaşmır. Oyunun hər detalı diqqət mərkəzindədi. Təbii, müzakirə olunan məqamlardan biri hakimliklə bağlıdı. Hakimlər Komitəsinin (HK) “Qarabağ” – “Qəbələ” duelini kimə həvalə edəcəyi maraq doğurur. Daha öncə FİFA referisi Ömər Paşayevin əsas namizəd kimi göstərildiyini bildirmişdik. Əksəriyyət isə Fariz Yusifovun finalı idarə edəcəyini düşünürdü. Ancaq hələ ki HK son sözü deməyib. Odu ki, sabiq referilərə müraciət edib, “final kimə tapşırılmalıdı” sualına cavab aldıq.
Tahir Süleymanov: “Hər bir hakim üçün ölkə kubokunun finalını idarə etmək şərəfdi. Vaxtilə final oyunlarını idarə etmiş hakim kimi bildirim ki, belə məsul görüşə mövsüm ərzində özünü ən yaxşı tərəfdən göstərmiş hakimlər təyin olunur. Başa çatmış çempionatda ən optimal formanı Fariz Yusifov göstərdi. Namizədlər 2-3 nəfər ola bilər. Təcrübəsi, bu il idarə etdiyi görüşlərdə fiziki, psixoloji göstəriciləri başqalarından üstün olan Yusifov ən doğru seçim olar. İlk öncə qeyd edim ki, heç bir hakim səhvdən “sığortalanmayıb”. Əliyar Ağayev və başqa hakimlər də finala təyinat ala bilər. Altı hakimli sistemdən yararlansalar, onsuz da aparıcı hakimlərin hamısı oyunda təmsil olunacaq. Ancaq söhbət baş hakimdən gedir. Komandalar qələbələr qazanıb finala vəsiqə qazandığı kimi, hakimlər arasında da rəqabət olmalıdı. Final oyunu çempionatı sabit, fiziki, psixoloji göstəricilərə görə ən yaxşı keçən, oyunları idarə edən hakimin mükafatı olmalıdı. Bu mövsüm Yusifov gənc həmkarlarını üstələdi. Final görüşü onun hakimliyi ilə qazandığı haqqıdı. Təbii, son seçim PFL-in, Hakimlər Komitəsinindi. Əsas odu ki, obyektiv idarəçiliklə güclü olan qalib gəlsin. Finalın adı finaldı! Bu oyunu başqalarıyla müqayisə etmək mümkün deyil. Hakim fiziki, nəzəri baxımdan hər zaman hazır olmalıdı. Final görüşünün yükü, məsuliyyəti baş hakimin psixoloji hazırlığının yüksək səviyyədə olmasını şərtləndirir”.
Anar Salmanov: “Düşünürəm ki, bu oyunu Fariz Yusifov idarə etməlidi. Çünki çempionatın ən ağır oyunlarında ona arxalanırdılar. Premyer-liqanın 3-cü dövrəsi çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçını nəzərdə tuturam. Elə bir çətin və vacib anda Yusifova güvəndilər. Bu üzdən təcrübəli referinin finalı idarə etməyə layiq olduğunu düşünürəm. Amma bildiyimə görə, təəssüflər olsun ki, qarşılaşmanı Ömər Paşayevə tapşıracaqlar. Halbuki mövsüm ərzində ən ağır oyunlar Yusifova həvalə olunub və o da işinin öhdəsindən yüksək səviyyədə gəlib. Əsas namizəd onu göstərərdim. Lakin onun 4-cü hakim olacağını eşitmişəm. Halbuki finalı idarə etməyə layiq olan elə Yusifovdu. Düzdü, FİFA referiləri də bu oyunun öhdəsindən gələ bilər. Elə Əliyar Ağayev, Rəhim Həsənov həlledici görüşlərdə iş başında olub. Ağayev 3 dəfə belə təyinat alıbsa, Həsənov həm finalın, həm də Superkubok matçının baş hakimi olub. Bayaq qeyd etdiyim “Qəbələ” – “Qarabağ” görüşündən əvvəlki vəziyyəti yada salın. Çətin durumda olan Hakimlər Komitəsinin sədri oyunu Yusifova həvalə etdi. Köməkçiləri isə Elman Musayev və Azər Əsgərov idi. Halbuki onların heç birini Türkiyədəki təlim-məşq toplanışına aparmamışdı. Ancaq fakt budu ki, Yusifov həmin oyunun öhdəsindən gəldi. Final görüşündə hakimə hər bir şey lazımdı. Ən asası da psixoloji durumu güclü olmalıdı”.
Əfqan Həmzəyev: “Məncə, finalı Fariz Yusifov idarə etməlidi. Çünki bu mövsüm bir çox mərkəzi oyunları o idarə edib. Yusifov illərin təcrübəsinə malikdi. Həm də onun təyinatına finalın iştirakçısı olan komandaların etirazı yoxdu. FİFA hakimlərinin üçü də “Qəbələ”nin oyunlarında çox kobud səhvlərlə yadda qalıblar. Bununla belə, əlbəttə ki, həvalə olunsa, hər üçü də bu oyunun öhdəsindən gələ bilər. Burda problem yoxdu. Oyunun Naxçıvanda keçirilməsinin hakim idarəçiliyinə bir təsiri olmaz. Hər halda, qərari AFFA verir. Mənim fikrimə görə, əsas namizəd Yusifovdu. Kim olur-olsun, ədalət prinsipi qalib gəlsin. İndidən onlara uğurlar, hər iki komandaya qələbə arzulayıram. Haqq edən qələbə qazansın”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar