01 may 16:25aktual, yigma

U-23-ün yekun heyəti açıqlandı, Rauf Əliyev kənarda qaldı

U-23-ün yekun heyəti açıqlandı, Rauf Əliyev kənarda qaldı
Yaşar Vahabzadə: “Onu çağırmamağımın xüsusi səbəbi yoxdu”

Bu ay ölkəmizdə keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət yığma da çıxış edəcək. Bir müddət əvvəl yığmanın baş məşqçisi Yaşar Vahabzadə turnirə hazırlıq prosesinə 35 futbolçu dəvət etmişdi. Onlardan isə 5 nəfəri yaşı 23-dən yuxarı, yəni təcrübəsi çox olanlar idi. Ruslan Abışov, Rauf Əliyev, Elvin Məmmədov, Ağabala Ramazanov və Rəşad Sadiqovun İslamiadada çıxış etmək şansı yaranmışdı. Vahabzadə həmin futbolçuların üçünü yekun heyətdə saxlamalıydı. Təcrübəli mütəxəssis dünən yekun siyahını açıqlayıb. Heyətdə 23 futbolçunun adı qeyd olunub. Yaşar bəy “Qarabağ”ın üzvlərinə daha çox güvənib. Çempionun 5 futbolçusu millinin şərəfini qoruyacaq. “Sumqayıt” və “Neftçi”nin isə 4 üzvü Vahabzadənin sərəncamında olacaq. “Qəbələ” və “Zirə”dən 3, “Kəpəz”dən 2 oyunçu yığmanın uğuru üçün tər tökəcəksə, legioner həyatı yaşayan, sadəcə, 1 futbolçu dəvət alıb. Maraqlıdı ki, çempionatın bürünc medalçısı “İnter”in heç bir oyunçusunun adı siyahıda yoxdu. Xüsusilə də premyer-liqada 11 qol vuraraq bombardirlərdən biri olan Rauf Əliyevin yekun heyətdə yer almaması çox təəccüblüdü.
Qapıçılar - Emil Balayev (Səbail), Şahruddin Məhəmmədəliyev (Qarabağ), Tərlan Əhmədli (Sumqayıt); müdafiəçilər - Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı “Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi “Sumqayıt”), Tellur Mütəllimov (Qəbələ), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”); yarımmüdafiəçilər - Fəhmin Muradbəyli (Neftçi), Mirabdulla Abbasov (Sumqayıt), Elşən Abdullayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev (Zirə), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Elnur Cəfərov (“Duqopolye”, Xorvatiya); hücumçular - Mahir Mədətov, Ağabala Ramazanov (hər ikisi “Qarabağ”).
Yekun heyətlə bağlı Yaşar Vahabzadənin fikrini öyrənməyi lazım bildik. Görəsən, o “23-lüy”ü nəyə əsasən müəyyənləşdirib: “Seçimi futbolçuların çıxışına görə etmişəm. Siz kimin siyahıda yer almamasından narahatsız? Heyətin əsas hissəsi ötən il U-21-də oynamış futbolçulardı.Yəni yaxşı tanıdığım 1994 təvəllüdlü oyunçulara üstünlük vermişəm. Yaşı 23-dən çox olan 3 futbolçunu da mövqelərə görə seçmişəm. Müdafiədə Ruslan Abışov, ortada Rəşad Sadiqov, hücumun cinahında isə Ağabala Ramazanov. Düşünürəm ki, bu 3 nəfər bizim üçün daha xeyirli olacaq. Bilirsiz necədi, əsas millidən çox futbolçu götürmək mümkün deyil. Onların hazırlığı var. Oyunçuların çoxunu istəyərdim. Amma yığmanı qarşıda Şimali İrlandiya ilə çətin oyun gözləyir. Rauf Əliyev sırf mərkəz hücumçusudu. Onu çağırmamağımın xüsusi səbəbi yoxdu. Mərkəzdə oynamağa bizdə Mirabdulla Abbasov və Mahir Mədətov var. Ağabaladan isə cinahda istifadə edəcəyik. Seçimi məhz buna görə etmişəm”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar