28 apr 20:36aktual

“Qəbələ” fanklublarını Naxçıvana aparacaq

“Qəbələ” fanklublarını Naxçıvana aparacaq
“Qarabağ” isə azarkeşlərlə bağlı bu gün qərar verəcək

Premyer-liqa ilə bağlı əksər suallara aydınlıq gəlib. “Qarabağ” çempionluğu daha öncə təmin etmişdisə, digər medalçıların adı da məhz ötən tur bəlli oldu. Beləcə “köhlən atlar” çempionluq kubokuna və “qızıl”a, “Qəbələ” ilə “İnter” isə uyğun olaraq gümüş və qızıl medallara yiyələndi. Bundan başqa, AZAL-ın premyer-liqanı təkr edəcəyi bir neçə tur öncədən bəlliydi. Yalnız iki məqam çempionatın son turunda müəyyənləşəcək. Söhbət Avroliqaya 4-cü vəsiqənin sahibinin kimliyindən və bombardirlik yarışının qalibindən gedir. Ancaq premyer-liqa ilə bağlı, qeyd etdiyimiz kimi, əsas məsələlər bəlli olduğundan diqqətlər daha çox kubok görüşünə yönəlib.
“İkinci cəbhə”nin həlledici oyunundan kimin qalib ayrılacağı hər kəsi maraqlandırır. Artıq bu yöndə müzakirələr gedir, şanslar dəyərləndirilir. Mayın 5-də Naxçıvanda keçiriləcək dueldə “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək. Təbii, premyer-liqada da məhz bu iki komandanın çempionluq uğrunda ciddi mübarizə aparması final qarşılaşmasını da prinsipial edir. Hərçənd o da bəllidi ki, matçın məkanı hər iki klubun azarkeşlərinin oyunu tribundan izləmək istəyini məhdudlaşdırıb. Hətta bu qərar açıqlanadan sonra həm “Qarabağ”, həm də “Qəbələ” azarkeşləri matçın məkanının dəyişdirilməsi ilə bağlı bəyanat hazırlamışdılar. Həmin bəyanat PFL-ə müraciət formasında idi. Lakin azarkeşlərin xahişinə baxmayaraq, təşkilatçı qurum finalın yerini dəyişmədi. Belədə klublardan Naxçıvana azarkeş aparıb-aparmayacaqlarını soruşduq. Hər iki klub bu məsələdə fanatların yanında olduqlarını bildirmişdi. Artıq oyuna elə də çox müddətin qalmadığını nəzərə alıb, yenidən “Qarabağ” və “Qəbələ” tərəfindən azarkeşlərin Muxtar Respublikaya aparılması ilə bağlı planlarını öyrənməyi lazım bildik.
“Qəbələ”dən klubun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibovla əlaqə saxladıq: “Daha öncə də fanklubları aparacağımızla bağlı açıqlama vermişdim. Söhbət “Red Black Army” ilə “Tufan” azarkeş qruplarından gedir. Aparırıq deyəndə ki, kömək edirik. Hələ ki konkret say bilinmir. Bir və ya iki avtobus ola bilər. Gedənlərin sayından asılı olaraq say bəlli olacaq. Hazırda bu yöndə özləri məşğuldu. Yəni kimin pasportu var və ya yaşı 18-dən yuxarıdı. Bu baxımdan təşkilati işlər öz öhdələrindədi”.
“Qarabağ”dan isə mətbuat katibi Nurlan İbrahimovun fikirlərini öyrəndik: “Bu haqda sabah (bu gün) qərar veriləcək. Yalnız bundan sonra məlumat verə bilərəm. Sabah toplantı olacaq, məsələ müxakirə ediləcək. Həm bu, həm də digər məqamlarla bağlı iclasımız olacaq. Həmin toplantıdan sonra lazımi informasiyanı diqqətinizə çatdıra bilərəm”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar