24 apr 18:33aktual

“Neftçi”nin bazası ilin sonunda hazır olacaq

“Neftçi”nin bazası ilin sonunda hazır olacaq
“Klubların hamısının ümumi azarkeş sayı “Neftçi” azarkeşləri qədər deyil”

“Neftçi”nin muzeyinin və fanşopunun açılışına dəvət olunan qonaqlar “Bakcell Arena”nı tərk etsə də, klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev hələ bir müddət yeni açılan məkanla yaxından tanış oldu. Tanınmış yazar jurnalistlərin suallarını cavablamağa da razılaşdı.
- “Neftçi”nin 80 illik yubileyi və muzeyinin açılışı sizin dönəminizə təsadüf etdi. Təəssüratınızı bilmək istərdik.
- Düzdü, son ildə çətinliklərimiz, məğlubiyyətlərimiz olub. Buna baxmayaraq, ən şanlı tarix “Neftçi”yə məxsusdu. 80 il ərzində “Neftçi”nin necə oynadığını, hansı uğurlar qazandığını burda görürsüz. Özüm baxanda fəxr edirəm. Hələ uşaq olarkən gəlib onların oyunlarını izləyirdim. Yaşar Babayev, Kazbek Tuayev kimi simalar indi də bizimlədi. Adam baxır, inana bilmir. Bu nəinki “Neftçi”nin, Azərbaycan idmanının tarixidi. Həmin tarixi burda bərpa etdiyimiz üçün fəxr edirik. İnsanlar gəlib bunu görə biləcəklər.
- Komandanın növbəti mövsümlə bağlı planları bəllidi?
- Mən həmişə jurnalistləri obyektivliyə dəvət etmişəm. Qış fasiləsindən sonrakı dövrü götürək. Hesablasaz, görərsiz ki, çempionat qışdan sonra başlasaydı, biz indi 2-ci pillədə qərarlaşardıq. Təbii ki, bu ola bilməz. “Qəbələ”, “Qarabağ” ilə oyunlarda bəzi səhvlər olub. Buna baxmayaraq, deyə bilmərəm ki, uğursuz çıxış etmişik. Düzdü, uduzduğumuz oyunlar da olub. Mövsümün ilk yarısında kifayət qədər xallar itirmişik. Növbəti mövsüm “Neftçi” ilk iki yer uğrunda mübarizə aparmalıdı.
- Baş məşqçi dəyişikliyi ediləcəyi ilə bağlı söz-söhbət gəzir...
- Söz-söhbətlərə inanmıram. Biz baş məşqçini dəyişmək istəmirik. Hələ ki Elxan Abdullayevdən razıyıq. Azarkeşləri də başa düşürəm. Sumqayıtda olmuşdum, etirazları eşidirdim. Təbii, uduzanda narazılıq bildirirlər. Adicə “Arsenal” məğlub olanda Arsen Venger kimi əfsanəvi məşqçiyə Londonda nələr deyilir. Azarkeşləri başa düşmək olar, amma xuliqanlıq etməsinlər, nalayiq ifadələr işlətməsinlər. Çünki insana təsir edir. Baş məşqçini dəyişmək fikrimiz yoxdu.
- Ruslan Qurbanovun “Neftçi”yə qayıdacağı bildirilir. Bu doğrudu?
- Bunu hələ eşitməmişəm.
- Komandanın Avropa Liqasına vəsiqə qazanmaq şansı davam edir. Sabah “Zirə” ilə çətin matça çıxacaqsız. Nələr gözləyirsiz?
- Mətbuatda bunu da düz yazmırlar. Oxuyuram, pərt oluram. Yazırlar ki, “Neftçi” Zirədə heç vaxt 1 top da vura bilməyib. Düzdü, premyer-liqada vəziyyət belədi. Amma yazıda qeyd etmirlər ki, bu, çempionat görüşlərinə aiddi. Axı kubok oyununda onları 3:0 hesabıyla məğlub etmişik.
- Klubun büdcəsi artacaqmı?
- Azərbaycanda çətin vəziyyət yaranıb. Bunu başa düşürük. Amma SOCAR rəhbərliyi sağ olsun ki, bugünkü açılışda iştirak etdi. Bizim əsas sponsorumuz bu şirkətdi. Hər şeyi açıqlamaq istəmirəm. Amma deyə bilərəm ki, “Neftçi”nin vəziyyəti başqa klublardan qat-qat yaxşıdı. İnanıram ki, belə də olacaq. “Qarabağ” və “Qəbələ”də də vəziyyət yaxşıdı. Bizdə maliyyə baxımından heç vaxt problem olmayıb və gələcəkdə də olmayacaq.
- Klubun bazası nə vaxt hazır olacaq?
- İstəyirik ki, bu il işləri tamamlayaq. İndiki dönəmdə belə şeylər hazırlamaq çətindi. 5 il əvvəl maliyyə durumu yaxşı idi, hər şey etmək mümkün idi. Amma indi belə deyil. Buna baxmayaraq, bazamızda gözəl işlər gedir. Hansı komanda ora gəlirsə, deyir ki, Azərbaycanda hələ belə baza görməmişik. Deyirlər ki, meydan pambıq kimidi. İlin sonuna qədər bazanın tikintisini başa vurmağa çalışırıq.
- Müşahidə Şurasının sədri seçiləndə AFFA prezidenti Rövnəq Abdullayevdən Bakı Olimpiya Stadionunu istəmişdiz. O isə demişdi ki, ilk növbədə 8-ci km qəsəbə stadionunu doldurun. Azarkeş sayı indi sizi qane edirmi?
- Xeyr, qəti qane eləmir. Sizə bir sirr açım. 1-ci divizion və premyer-liqa klublarının hamısının ümumi azarkeş sayı “Neftçi” azarkeşləri qədər deyil. Düzdü, Gəncədə “Kəpəz”in, Lənkəranda “Xəzər Lənkəran”ın azarkeşləri çox idi. Amma hamısı bir yerdə “Neftçi” azarkeşi qədər eləmir. Nə qədər insan mənə deyir ki, “Neftçi”ni uşaqlıqdan necə sevmişəmsə, indi də elə sevirəm. Bu stadion dolmalıdı. İnanırıq ki, “Neftçi” elə oynayacaq ki, azarkeşlər də stadiona gələcək. Açığını deyim, keçən il də sabit oynamamışdıq. Amma heç bir paytaxt komandasının oyunlarına bizimki qədər azarkeş gəlmirdi. Elə indinin özündə də fanatlar komandanı tək buraxmır. Amma yenə də azarkeş sayımız çox olmalıdı. Bu stadionu doldurduqdan sonra ikinci dəfə müraciət edəcəyik ki, heç olmasa, əsas oyunlarımızı Bakı Olimpiya Stadionunda keçirək. İnanıram ki, bu olacaq.
- Muzey ziyarətçilərindən və fanşopdan yaxşı gəlir əldə edə biləcəyinizi düşünürsüz?
- İnanmıram ki, burdan böyük gəlir əldə edək. Bunu azarkeşlər üçün edirik. Açıq danışaq, bizdə heç bilet pulundan böyük qazanc götürmürük. Düzdü, Azərbaycan – Almaniya matçında tribunalar dolmuşdu və bilet satışından müəyyən gəlir əldə edilmişdi. Bilirsiz, bu məsələyə düz yanaşmırıq. Futbol bütün dünyada böyük pul gətirən oyundu. Dəhşətli pullar dövr edir. Azərbaycanda da belə olmalıdı. Futbol pul xərclənən yox, gətirən oyun olmalıdı. Xarici ölkələrdə yüz milyonlar qazanırlar. Bizdə də belə olmalıdı və inanıram ki, olacaq.
- Qeyd etdiz ki, baza ilin sonunda hazır olacaq. Muzeyi də ora aparacaqsız?
- Xeyr. Baza ilə stadion fərqlidi. Biz istəyirik ki, insanlar muzeyi görsünlər. Bazaya gələndə ora girmək çətin olar. Ümumiyyətlə, bazaya buraxmırlar. Kimsə hətta mənim də yanıma gəlsə, aşağı zəng vurub tapşırıram, sonra buraxırlar. Hər küçədən keçən gəlib girə bilməz. “Real”ın da muzeyində olmuşam. Onların muzeyi stadiondadı və möhtəşəmdi. Çox yerdə belədi. Baza bağlı olmalıdı, bəlkə gizli məşqlər keçirilir. Axı muzey orda olsa, gəlib məşqi də çəkə bilərlər. Vaxtilə “Spartak” muzeyini bazasına köçürmək istəyirdi. Sonra dedilər ki, qəti şəkildə olmaz.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar