24 apr 15:58aktual

Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi...

Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi...
Sübhan Əliyev: “Şəxsən mən meydana girərdim”
Elnur Quliyev: “Neftçi” azarkeşləri hələ o səviyyəyə çatmayıblar ki, hansısa komandanın kubok sevinci yaşamasına mane olsunlar”


Artıq neçə ildi “Qarabağ” mövsümün son oyununu gözləmədən çempionluğu təmin edir. Düzü, bu dəfə eyni halın yaşanmayacağını düşünürdük. “Qəbələ”nin əvvəlki illərlə müqayisədə inamlı təsir bağışlaması, üstəlik, ağdamlılara “meydan oxuması” intriqanın vaxtından əvvəl ölməyəcəyinə işarə idi. Sən saydığını say...
26-cı turda “Qəbələ”nin Gəncədə məğlub olması, “köhlən atlar”ın “İnter”i udması çempionun adına aydınlıq gətirdi. Məhz “İnter” – “Qarabağ” qarşılaşmasından əvvəl mövzunu gündəmə gətirib qızıl medalların “İnter Arena”da ağdamlılara verilməsinin mümkünlüyünü qeyd etmişdik. Lakin yarışı təşkil edən Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev belə olmayacağını hələ oyundan əvvəl demişdi. Səbəbini isə belə izah etmişdi: “Artıq neçə illərdi mükafatlar sonuncu turun oyunlarından sonra paylanır. Bu dəfə də eyni addım atılacaq. “Qarabağ” “İnter”i məğlub etsə belə, medallar sonuncu turda veriləcək”.
Bu açıqlamadan 3-4 gün sonra məlum oldu ki, ağdamlılar qızıl medallara 28 yox, 27-ci turda qovuşacaq. Yəni “Sumqayıt”la oyundan sonra. Qəfil dəyişikliyin, bu cür qərar qəbul edilməsinin kökündə nəyin dayandığını müəyyənləşdirmək çətin deyil. “Qarabağ”ın sonuncu turdakı rəqibi “Neftçi”di. Ənənə davam etdirilsəydi, medallar məhz “ağ-qaralar”la oyundan sonra təqdim olunacaqdı. Həm də “Bakcell Arena”da. Bu addımın necə əks-səda doğuracağını, hansı qarşıdurmaların yaşanacağını sözlə ifadə etmək çətindi. Təsəvvür edin, “Neftçi” 80 illik yubileyində titul bir yana, avrokuboklara vəsiqəsiz qalır, əzəli rəqibi “Qarabağ” isə çempionluğu bayram edir, atəşfəşanlıq yaşanır, kubok baş üzərinə qaldırılır. Sadəcə, biranlıq təsəvvür edin. Belə olacağı halda “Neftçi” azarkeşlərinin qarşısını almaq mümkünsüzə çevrilə bilərdi. Ya titulsuz qalan öz futbolçularını daş-qalaq edərdilər, ya da sevinən qonaqları. Yaşanan mənzərənin ictimaiyyətdə hansı fikir formalaşdıracağı da öz yerində. “Neftçi” rəhbərliyi kəskin qınağa tuş gələcəkdi. Odu ki, medalların paylanması tezləşdirildi. Təki sakitlik olsun, İslam Həmrəyliyi Oyunları ərəfəsində səs-küy qopmasın.
Maraqlıdı, PFL-in məlum qərarından xəbər tutan hər iki klubun fəal azarkeş qruplarının münasibəti necə olub? Onlar da kubok və medalların “Azərsun Arena”da verilməsinin tərəfdarıdı?
Sübhan Əliyev, “Forza Neftçi”nin rəhbəri: “Qərarın kökündə nələrin dayandığını deyə bilmərəm. Çünki söhbətin içində deyiləm. “Forza Neftçi” elə qrupdu ki, hər şeyi öncədən götür-qoy edir. Bu haqda 2-3 ay əvvəldən fikirləşmiş, öz aramızda müəyyən fikirlər səsləndirmişdik. Hətta demişdik ki, “Qarabağ” çempion olsa, kubokun “Bakcell Arena”da verilməsini istəmirik. Nəsə fikirləşsinlər, etsinlər, amma bizim stadionda verməsinlər. Öz bildikləri kimi etsəydilər, 99 faiz qarşıdurma olacaqdı. Heç bir azarkeş belə hala - əzəli rəqibin çempionluq bayramına - şahidlik etmək istəməz. Nə edərdik? Şəxsən mən meydana girərdim. 100 faiz bilirəm ki, özümü saxlaya bilməyəcəkdim. “Neftçi”nin futbolçularına dediyimizi demişik. Bundan sonra söz deməyin xeyri yoxdu. “Qarabağ”ın çempionluq bayramına baxanda ağılları başlarına gələr”.
Elnur Quliyev, “İmarət”in İdarə Heyətinin üzvü: “Artıq neçə illərdi “Neftçi”ni hər cəhətdə üstələyirik. Ona görə də belə intriqaları ağlımızdan keçirmirik. Kuboku “Bakcell Arena”da yox, məhz “Azərsun Arena”da qaldırmaq ən yaxşı seçimdi. Mükafatlar hətta “Bakcell Arena”da paylansaydı da, “Qarabağ”lıların sayı “Neftçi”lilərdən çox olacaqdı. “İmarət” olan yerdə hansısa azarkeş qrupunun bizi üstələməsi mümkün deyil. PFL rəsmilərinin “Neftçi” azarkeşlərinin qarşıdurma yaradacağından ehtiyatlanaraq bu qərarı qəbul etdiyinə inanmıram. Çünki “Neftçi” azarkeşləri hələ o səviyyəyə çatmayıblar ki, hansısa komandanın kubok sevinci yaşamasına mane olsunlar. Düzdü, bəzi üzvlərimiz bunun tərəfdarıdı. Sıralarımızda çempionluq kubokunun əzəli rəqibin meydanında qaldırılmasını istəyənlər var. Dünya təcrübəsində belə hallara az rast gəlinməyib. Yenə deyirəm, PFL-in “Neftçi” azarkeşlərindən ehtiyatlandığını düşünmürəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar