24 apr 15:50aktual, manset

“Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb

 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb
Elvin Səfərli: “İstər məşqçilər korpusunda, istərsə də heyətdə böyük dəyişikliklər olacaq”

İstər premyer-liqada, istərsə də birinci divizionda mövsümün sonuna sayılı günlər qalmış futbolsevərləri və futbol ictimaiyyətini bir neçə sual düşündürür. Görəsən, yeni “futbol ili”ndə elitada neçə komanda mübarizə aparacaq? Cari mövsümdə aşağı dəstədə çıxış edən hansı klublar elitaya vəsiqə qazanacaq? PFL-in Əsasnaməsinə görə 2016/17 “futbol ili”ndə elitanın sonuncusu premyer-liqanı tərk edəcək, əvəzində aşağı dəstədə ilk üç pilləni tutanlar növbəti mövsümdən premyer-liqada mübarizə aparacaq. Ancaq heç kimə sirr deyil ki, Azərbaycan futbolunda heç də həmişə idman prinsiplərinə riayət olunmur. Daha doğrusu, əsas olan lisenziyalaşdırmanın tələblərini yerinə yetirməkdi. Məhz bu məqam istənilən klubun taleyini həll edir. Bu mövsüm elitaya yüksəlməyə əsas namizədlərdən biri də “Şəmkir”di. İkiqat ölkə çempionu yeni rəhbərliyin himayəsinə keçdikdən sonra premyer-liqaya yüksəlməyə əsas namizədlərdən biri kimi göstərilir.
“Səbail”lə oyundan öncə “ağ-qırmızılar”ın prezidenti Elvin Səfərli ilə görüşüb, rəhbəri olduğu klubun gələcək taleyiylə maraqlandıq. Elvin bəy əsas məqsədlərinin elitaya vəsiqə qazanmaq olduğunu bildirdi: “Premyer-liqada çıxış etmək üçün AFFA 5 şərti yerinə yetirməyimizi istəyir. Onlardan dördünü bu gün yerinə yetirmişik. Yalnız kadr-inzibati meyarı qalıb ki, onu da tezliklə həll edəcəyik. Şükürlər olsun ki, maliyyə cəhətdən "Şəmkir"in heç bir problemi yoxdu. Hansısa problemimiz olsaydı, bunu gizlətməzdim. Bu mövsüm yeganə divizion klubuyuq ki, PFL-ə bank zəmanəti verdik. PFL-in tələb etdiyi məbləğdən daha artığını ortaya qoyduq. Elitada çıxış etmək üçün yenə bank zəmanəti tələb olunur və biz də onu verməyə hazırıq. Özü də biz birbaşa UEFA lisenziyası almaq niyyətindəyik. Gecə-gündüz işləyirik ki, "Şəmkir"in başqa problemi yaranmasın, bütün sənədlərimiz qaydasında olsun və premyer-liqada oynayaq. Hərdən mənə deyirlər ki, nəyə görə klubda eyni işi 3 nəfər görür? "Simurq"dan tanıdığınız Vaqif Əliyev, "Kəpəz"in uğurlarında böyük xidməti olmuş Nofəl Əzizov bizdə lisenziyalaşdırma ilə məşğul olur. Vaqif müəllim əsas komanda, Əzizov aşağı yaş qrupları ilə məşğul olur. Habil müəllim isə idman direktoru vəzifəsini daşıyır. Adını qeyd etdiyim bu üç şəxsin üzərinə böyük iş düşüb. Onlar lisenziyalaşdırmanın tələblərinin yerinə yetirilməsi yönündə çalışırlar. Bir dəqiqə də boş vaxtları yoxdu, bütün günü işləyirlər. Şəmkir uzun illər futbolsuz qalıb və klub bərpa ediləndən sonra da premyer-liqaya çıxmağı tələb edən olmayıb. AFFA-nın imkanı yalnız ona çatıb ki, komandaya baxsın. İnfrastrukturu dağılmış klubu yenidən ölkənin futbol ailəsinə qaytarmaq bizə böyük çətinliklıər hesabına başa gəlir. Bütün bunlara baxmayaraq, həvəsdən düşmürük və inanırıq ki, "Şəmkir" növbəti mövsüm elitada olacaq. Bunun üçün əlimizdən gələni edirik. Lisenziyalaşdırmanın tələblərini yerinə yetirmək üçün bu günə kimi 400 min manatdan çox xərcimiz çıxıb. Bizim məqsədimiz və hədəfimiz olmasaydı, bu qədər vəsaiti çölə atmazdıq. Premyer-liqada azarkeşlərimiz daha güclü “Şəmkir” görəcəklər. Mövsümlərarası fasilədə istər məşqçilər korpusunda, istərsə də heyətdə böyük dəyişikliklər olacaq. Hələ ki ad açıqlamaq istəmirəm, çünki bəzi həllini gözləyən məqamlar var. Artıq 10-dan artıq futbolçu ilə danışmışıq. Hazırki heyətdən kimlərin düşərgədə qalacağını deyə bilmərəm. Hər şey futbolçuların özündən asılıdı. Yaxşı oynasınlar, qalsınlar. İstəyirik ki, yeni quracağımız heyətlə avrokuboklara vəsiqə uğrunda mübarizə apara bilək”.
Elvin bəy bizimlə söhbətdə düşərgədə hansı dəyişiklikləri planlaşdırdığını söyləməsə də, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, klub prezidenti komanda elitaya yüksələcəyi halda baş məşqçi postunu Əsgər Abdullayevə həvalə etmək niyyətindədi. Hətta mənbəmiz Elvin bəylə Abdullayev arasında bu məslədə razılıq əldə olduğunu da bildirdi.
Məsələyə aydınlıq gətirmək üçün cari mövsümdə birinci divizionda “Turan Tovuz”u çempionluğa daşıyan mütəxəssislə əlaqə saxladıq. Əsgər bəy söylənilənləri nə təsdiq, nə də təkzib etdi: “Zaman həm hakim, həm də həkimdi. Buna görə də indidən bu haqda fikir bildirməyim düzgün olmaz. Çempionatın başa çatmasına hələ bir tur var. Bu müddətdə mən “Turan Tovuz”un baş məşqçiyəm. Mövsüm başa çatandan sonra təklifləri gözdən keçirəcəm. Odu ki, indidən hansısa klubla danışıq apardığımı, kiməsə söz verdiyimi söyləmək düzgün deyil. Hər şeyin öz vaxtı var”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar