24 apr 15:44aktual

Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub?

Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub?
“Yüksək post tutan şəxs heç vaxt belə qeyri-ciddi fikirlər səsləndirməməlidi”

Hazırda “Qəbələ”nin “sükanı arxasında” olan Roman Qriqorçuk Latviya Futbol Federasiyasından (LFF) aldığı təklifi qəbul etməyib. Bu haqda Latviya mətbuatına federasiyanın baş katibi Yanis Mezeçkis danışıb. Federasiya rəsmisi bildirib ki, millini çalışdırmağa namizədlər arasında Qriqorçukun da adı olub: “Düzdü, millidə latviyalı məşqçinin olması hamımızın ilk istəyi idi. Biz “Qəbələ”ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşımış Roman Qriqorçukla da danışdıq. Amma söhbətimiz yarımçıq qaldı. Onun “Dauqavpils”də və “Ventspils”də gördüyü işlərə hörmətimiz var. Ancaq Qriqorçuk bildirdi ki, özünü klubda daha yaxşı hiss edir, nəinki milli komandada”.
Qriqorçukla ortaq məxrəcə gələ bilməyən LFF sonda yığmanı latviyalı mütəxəssis Aleksandr Starkova tapşırıb.
Baş katib Latviya mətbuatına açıqlamasında ukraynalı mütəxəssisin “Qəbələ”dəki illik qazancıyla bağlı da söhbət açıb. O bildirib ki, Qriqorçuka Latviya millisini çalışdırmağı təklif edən vaxt onun maaşı ilə maraqlanıblar: "Qriqorçukla maaş barədə söhbətimiz olmadı. Amma qeyri-rəsmi danışıqlardan eşitdim ki, o, ildə bir milyon dollar civarında qazanır. Bizim məşqçiyə verməyə bu qədər pulumuz yoxdu. Aleksandr Starkova isə 10 dəfə az məbləğdə əməkhaqqı veririk".
Mezeçkisin “Qəbələ”nin çalışdırıcısının maaşı barədə söylədikləri heç də inandırıcı görünmür. Bəlkə də 5-6 il əvvəl olsaydı, ukraynalının Azərbaycanda ilə bir milyon dollar qazandığına inanmaq olardı. Ancaq indiki zamanda, ölkə futbolunda o qədər də böyük pulların dövr etmədiyi vaxtda hansısa klubun baş məşqçiyə bu qədər maaş verməsi absurddu.
“Od olmayan yerdən tüstü çıxmaz” deyimini nəzərə alaraq, LFF-nin baş katibinin səsləndirdiyi fikirlərlə bağlı şimallıların meneceri Səbuhi Səfiyarlının fikirlərini öyrənməyi lazım bildik. Səbuhi bəy məsələyə belə reaksiya verdi: “Latviya Futbol Federasiyasının baş katibinin bu cür açıqlama verməsi ayıbdı. Görəsən, o həmin məlumatı hardan əldə edib? Sadəcə, onu deyə bilərəm ki, Qriqorçukun maaşı Latviya mətbuatında yazılandan dəfələrlə azdı. Məncə, yüksək post tutan şəxs heç vaxt belə qeyri-ciddi fikirlər səsləndirməməlidi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar