23 apr 12:38aktual

“Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq

“Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq
PFL son turu gözləmək fikrindən daşındı

Premyer-liqanın 26-cı turda “Qəbələ”nin Gəncədə büdrəməsi və “Qarbağ”ın “İnter”i udması 2016/17 mövsümünün çempionunun adına aydınlıq gətirdi. “Köhlən atlar” tarixində 5-ci, ardıcıl isə 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu gün heç də xoş günlərini yaşamayan “İnter” nəzəri cəhətdən ikinci olmaq şansını saxlasa da, böyük ehtimalla, “Qəbələ” “gümüş”ü paytaxt təmsilçisinə güzəştə getməyəcək. Komandaların 27-ci turda Qəbələdə baş tutacaq dueli bu suala aydınlıq gətirəcək. Məhz bu məqamı nəzərə alan PFL rəhbərliyi qarşıdakı istirahət günlərində baş tutacaq görüşlərdə çempionu, ikinci və üçüncü pillənin sahiblərini mükafatlandırmaq qərarına gəlib.
Halbuki bir neçə gün öncə qəzetimizə açıqlama verən qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev mükafatlandırma mərasiminin hər il olduğu kimi sonuncu turda keçiriləcəyini bildirmişdi. Lakin nədənsə, PFL bu dəfə ənənəsinə sadiq qalmadı. Bəs qurumu bu cür addımı atmağa məcbur edən amil nədi? Bu sual futbol ictimaiyyəti arasında da çox müzakirə olunur. Bəzilərinin fikrincə, “Sumqayıt”la matç ağdamlıların mövsümdə son ev qarşılaşması olduğundan mükafatın da doğma azarkeşlər qarşısında çempiona təqdim olunması düzgün addımdı. Məhz bu məqamı nəzərə alan PFL mükafatlandırma mərasimini sona bir tur qalmış keçirmək qərarına gəlib. Müəyyən qism isə mükafatın erkən verilməsinin səbəbini “Neftçi” ilə əlaqələndirir. Bu cür düşünənlərin fikrincə, 28-ci tur çərçivəsində “Bakcell Arena”ya səfər edəcək “köhlən atlar”a əbədi və əzəli rəqibin azarkeşləri önündə qızıl medalları təqdim etmək “ağ-qaralar”ın çılğın fanatlarının etirazını səbəb ola bilər və stadionda xoşagəlməz olayların yaşanmasına təkan olar. Onsuz da mövsümboyu ölkənin ən yaşlı, bu il 80 illik yubileyini qeyd edən klubu ilə azarkeşləri arasında yetərincə narazılıq yaşanıb, bəzən tənqidlər təhqirlə əvəz olunub. Böyük ehtimalla, PFL rəhbərliyi bütün variantları göz önünə alaraq, “odun üstünə benzin tökməmək”, bakılı fanatları qıcıqlandırmamaq üçün “Qarabağ”ı “Azərsun Arena”da mükafatlandırmağa qərar verib.
Hər halda, qeyd etdiklərimiz mülahizələr, ictimaiyyət arasında dolaşan fikirlərdi. Söylənilənlərlə aydınlıq gətirmək, PFL rəhbərliyinin hansı səbəbdən planını dəyişdiyini bilmək üçün Aslan bəylə əlaqə saxladıq. Qurum rəsmisinin məsələyə reaksiyası belə oldu: “Ötən dəfə mükafatlandırma ilə bağlı sizə söylədiklərim yadımdadı. Lakin sonradan qərara gəldik ki, bu tur ikinci və üçüncü yerin də sahibinin də adı dəqiqləşəcəyindən mükafatları 27-ci turda təqdim edək. Ancaq bu məsələ də tam həllini tapmayıb. Belə ki, hazırda əməkdaşlarımız “Qəbələ” rəhbrəliyi ilə danışıqlar aparır. İstəyirik “Qəbələ” – “İnter” qarşılaşması təqvimdə göstəriləndən ya bir gün tez, ya da gec keçirilsin. Günün sonuna kimi bütün suallara cavab tapılacaq. O ki qaldı “Qarabağ”ın məsələsinə, hər halda, çempion komanda mükafatına doğma azarkeşləri qarşısında qovuşsa, daha yaxşı olar. Belədə tribunalarda da bayram ab-havası yaşanar”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar