12 iy 13:52aktual

“Neftçi” “Qafqaz Sport”u seçdi


Viza məsələsi legionerlərin Azərbaycana gəlişinə əngəl yaradıb
Ölkədə karantin rejiminin tətbiq olunmasına, açıq havada idman tədbirlərinin keçirilməsinə qadağa qoyulmasına baxmayaraq, bu yay ölkəmizi avrokuboklarda təmsil edəcək klubların hazılığa başlamasına icazə verildiyini ötən saylarımızın birində xəbər vermişik. Onu da bildirmişik ki, Çempionalar Liqasında çıxış edən “Qarabağ”, həmçinin Avropa Liqasında çıxış edəcək “Neftçi” və “Sumqayıt” toplanış üçün Qəbələyə yollanacaq. Daha bir Avroliqa təsmilçimiz “Keşlə” isə hazırlıq üçün Şamaxını seçib.
Dünən əldə etdiyimiz məlumata görə, qitəmiqyaslı turnirlərə qatılacaq “4-lük”dən toplanışa ən tez “Neftçi” başlayacaq və “ağ-qaralar” artıq bu gün Qəbələyə yollanacaq. Söylənilənlərə aydınlıq gətirmək üçün ölkənin ən yaşlı komandasının mətbuat katibi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq: “Komanda üzvləri bu gün koronavirus testi verdilər. Testin cavabları məlum olandan sonra komanda Qəbələyə yola düşəcək. Cavablar tez məlum olsa, sabah (bu gün) axşam yola düşəcəyik. Əks halda iyulun 11-də səfərə çıxacağıq. Komanda “Qafqaz Sport” otelində məskunlaşacaq”.
Son günlər ölkə mətbuatında “ağ-qaralar”ın yeni transferlərinin neçə vaxtdı İstanbulda ilişib qaldıqları haqda xəbərlər yayılıb. O da bildirilir ki, klubun ortaq məxrəcə gəldiyi legionerlər bundan narazı qalıblar və yaxın müddətdə problem həll olunmayacağı halda Bakıya gəlməkdən imtina edəcəklər. Rüstəm bəylə söhbətdə bu məsələyə də aydınlıq gətirməsini istədik: “Ortaq məxrəcə gəldiyimiz legionerlərin heç biri İstabulda qalmayıb. Bəzi saytlarda bununla bağlı xəbərlər yayılsa da, heç də həqiqəti əks etdirmir. Yeni legionerlərimizin Azərbaycana gələ bilməməsinin əsas səbəbi viza ilə bağlıdı. Məlum səbəbdən asan viza almaq mümkün deyil. Miqarasiya xidməti, ölkə xaricində olan səfirlik və konsullqlarımız da pandemiyaya görə işləmirlər ki, bu da bizə müəyyən problemlər yaradıb. Onu da qeyd edim ki, bu çətinliklə təkcə “Neftçi” yox, başqa klublarımız da üzləşib. Yəqin ki, AFFA və Gənclər və İdman Nazirliyi yaşananlara görə müəyyən addım atacaqlar və avrokuboklara qatılan klublara məşqlərlə bağlı güzəşt tətbiq olunduğu kimi, yeni transferlərin ölkəyə gəlişi yönündə də kömək göstəriləcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar