10 iy 15:12aktual

Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb


“Hansısa aşağı yaş qrupu üzrə yığmaların birində qapıçılar üzrə məşqçi kimi də çalışa bilərəm”
Ötən saylarımızın birində Kamran Ağayevin müsahibəsi dərc olunmuşdu. Müstəqillik illərində Azərbaycanın ən güclü qokiperlərindən biri, bəlkə də birincisi olan adamın səsləndirdiyi fikirlər geniş müzakirə doğurdu. Ağayev futboldan səssiz uzaqlaşmasında, klubsuz qalmasında özünün səhvinin olduğunu etiraf etməklə yanaşı, AFFA rəhbərliyini də qınamışdı. O futbolsuz qaldığı son bir ildə iki dəfə assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdüyünü, bundan sonra bir daha onunla üz-üzə gəlmək istəmədiyini bildirmişdi. Qurumdan qəzetimizə göndərilən məktubda isə Kamranın Elxan bəydən futbola aid olmayan sahədə iş tapmaqla bağlı yardım istədiyi xüsusi şəkildə vurğulanmışdı.
Ancaq bugünlərdə əldə etdimiz bilgiyə görə, Kamranla icraçı vitse-prezident arasında növbəti dəfə görüş baş tutub. Bu məlumatı dəqiqləşdirmək, görüş olubsa, orda nələrin müzakirə olunduğunu bilmək üçün Ağayevlə danışmağı lazım bildik. Kamran görüş yox, telefon danışığının olduğunu bildirdi: “Təxminən 10 gün öncə Elxan müəllimlə danışdıq. Bəzi məsələləri müzakirə etdik ki, indi detallara varmaq istəmirəm. Bir qədər səbirli olun, yaxın günlərdə ətraflı məlumat verəcəm”.
11 il yığmanın “1 nömrə”si olmuş qapıçı “karyeranı davam etdirmək fikrin var” sualına belə cavab verdi: “Futbol mənim həyatımdı. Bundan başqa əlimdən nə gəlir ki? Yenidən yaşıl sahəyə qayıtmaq istəyirəm. Hətta deyərdim ki, bunun üçün çox darıxmışam. Ancaq bilmirəm, alınacaq, ya alınmayacaq. Çünki çox fasilə vermişəm, əvvəlki Kamran olub-olmayacağımı dəqiq bilmirəm. Ən azı buna cəhd göstərəcəm, əlimdən gələni edəcəm ki, formaya düşüm. Alınmasa, artıq əlcəklərimi çıxarmaq məcburiyyətində qalacam. Bəs sonra? Yenə deyirəm, həyatım futbola bağlıdı. Bundan sonra özümü yeni sahədə sınamaq, başqa işə üz tutmaq çətin olar. Yəqin ki, məşqçiliyə başlayacam. Bunun üçün ilk növbədə oxumaq, müvafiq lisenziyanı əldə etmək lazımdı. Oxumaqla yanaşı, hansısa aşağı yaş qrupu üzrə yığmaların birində qapıçılar üzrə məşqçi kimi də çalışa bilərəm. Ancaq söylədiklərim hələ tam dəqiqləşməyib. Ona görə də bir qədər səbirli olmağınızı xahiş edirəm. Hər şeyi zamanın ixtiyarına buraxaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar