10 iy 14:44aktual

“Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm”


Rizvanov Ukraynada vəziyyətin daha ağır olduğunu düşünür
Azərbaycanlı futbolçular arasında legioner həyatı yaşayanların sayı bir əlin barmağı qədər deyil. Onlardan biri də gənc yaşlarından bu yola qədəm qoyan Arziman Rizvanovdu. Bir müddət Çexiyada “Banik”, “Bohemians” klublarının şərəfini qoruyan U-21-in üzvü 2019-cu ilin yayında Ukraynanın güclülər dəstəsində çıxış edən “Olimpik”lə müqavilə imzaladı. Donetsk təmsilçisi gənc futbolçunun daimi oyun təcrübəsi qazanması üçün mövsümün əvvəlində birinci dəstədə çıxış edən Kramatorsk “Avanqard”ına icarəyə verdi. Hazırda “Avanqard”ın şərəfini qoruyan Arzimanla həm karyerası, həm də Ukrayna futbolu haqda söhbətləşdik.
- Pandemiyadan sonra Ukrayna futbolunda vəziyyət necədi?
- Həm güclülər, həm də birinci dəstədə mübarizə davam edir. Çempionat davam etsə də, futboçular üçün çox çətindi. Bir neçə ay futbolsuz qalıb, sonradan sıx qrafiklə meydana çıxmaq sizə asan gəlməsin. İcarə əsasında şərəfini qoruduğum “Avanqard”ın da mübarizə apardığı birinci dəstədə çempionatın sona çatmasına hələ 8 tur qalıb. Pandemiya ilə bağlı yaranmış məcburi istirahətdən sonra komandalar 3 oyuna çıxıblar. Plana uyğun olaraq avqustun 11-də mövsüm başa çatmalıdı. Komandalar 10 gündə üç oyun keçirmək məcburiyyətindədilər. İki həftədən bir isə bütün iştirakçılar koronavirus testindən keçməlidilər.
- Azərbaycanda AFFA birinci test zamanı klublara maddi planda yardım etdi. Bəs Ukraynada?
- Bildiyim qədər federasiya buna görə hər bir kluba müəyyən məbləğdə yardım edir. Ancaq hansı məbləğdən söhbət getdiyini bilmirəm.
- Ümumiyyətlə, pandemiya ilə bağlı Ukraynada vəziyyət necədi?
- Ölkədə karantin rejimi tətbiq olunsa da, Azərbaycandakı kimi sərt deyil. İnsanlar istədiyi vaxt küçəyə çıxa bilirlər, həftəsonları evə qapanma yoxdu, ictimai nəqliyyat, Kiyevdə metro işini davam etdirir. Adamlar özləri-özlərini qoruyurlar.
- “Avanqard”da icarə əsasında çıxış edirsən və mövsümün sonunda icarə müddətin başa çatır. Bundan sonra necə olacaq? “Olimpik”ə qayıdacaqsan, yoxsa başqa variantlar var?
- Əslində icarə müqaviləmin müddəti mayın sonunda başa çatmışdı. Ancaq məlum səbəbdən Kramatorsk klubu ilə anlaşmanın müddətini iki ay da uzatdım. İstəsəydim, bunu etməzdim. Ancaq yerli federasiyanın qərarına uyğun addım atdım. Bunu etməsəydim, avqustun ortasına qədər futbolsuz qalmalı olacaqdım. Federasiya müqaviləsinin müddəti başa çatan oyunçular qarşısında şərt qoydu. Ya anlaşmanın müddəti iki aylıq uzadılmalı, ya da işsiz qalmalısan. Avqustun 11-dən sonra gələcək karyeram haqda düşünüb qərar verəcəm. İndi əsas diqqətimi məşqlərə və oyunlara kökləmişəm. Onsuz da xeyli vaxtdı böyük futboldan uzaq düşmüşük. Bilirsiz ki, “Olimpik”lə 2021-ci ilin mayına qədər müqaviləm var. Avqustda agentimlə məsləhətləşib, qərar verəcəm.
- Hər halda, “Olimpik”də qalmağın daha məqsədəuyğun olardı, elita təmsilçisidi.
- Ehtiyatda oturmaq istəmirəm. Düzdü, bəzi dostlar deyir ki, güclülər dəstəsində çıxış edən komandanın ehtiyat oyunçular skamyasımda oturub şansını gözləmək birinci divizion klubunda oynamaqdan daha yaxşıdı. Ancaq mən belə fikirləşmirəm. Məncə, daim meydanda olmaq daha yaxşıdı. Ola bilsin, “Olimpik”də qaldım və ya başqa kluba icarəyə yollandım. Başqa təklifləri də gözdən keçirəcəm. Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm.
- Hər müsahibəndə karyeranı ölkə xaricində davam etdirmək istədiyini bildirirsən. Sabah avrokubokda çıxış edən Azərbaycan klublarından təklif alsan, qəbul edərsən?
- Baxır təklifə. İddiasız, qarşısına heç bir məqsəd qoymayan komandada daha çox maaşa oynamaqdansa, daha aşağı məvacibə legioner həyatı yaşamağa üstünlük verərəm. Düzdü, bir azərbaycanlı futbolçu üçün legioner həyatı yaşamaq çətindi. Burda çox nüanslar var. Buna baxmayaraq, çalışıram ki, qarşıma qoyduğum məqsədə çatım. Bu il xüsusilə çətin oldu. Pandemiya səbəbindən uzun müddətdi Bakıya gələ bilmirəm. Yaxınlarım, valideynlərim ilə ancaq telefon vasitəsilə əlaqə saxlayıram.
- Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərər səbəbindən yeni mövsümdə Azərbaycan klublarının büdcələrinin aşağı salınacağı gözlənilir. Bəs Ukraynada bu yöndə vəziyyət necədi?
- COVID-19 pandemiyası nəinki Azərbaycanın, bütün dünya ölkələrinin iqtisadiyyatına ağır zərbə vurub. Ukrayna da istisna deyil. Burda vəziyyət daha ağırdı desəm, yanılmaram. Bütün sahələrdə, o cümlədən futbolda maddi cəhətdən eniş yaşanır. Artıq bununla bağlı ilk işartılar sezilir. Bütün sahələrdə qarşılıqlı razılıq əsasında maaşlarda endirimlər edilir.
- Pandemiya səbəbindən Azərbaycan premyer-liqasında və divizionda çempionat erkən yekunlaşdı. Ukraynada buna münasibət necə oldu?
- Kimi qərarın haqlı olduğunu bildirdi, kimi də səhv addım kimi qarşıladı. Yəni fikirlər fərqli oldu. Ukraynada necədi? Elə klublar var idi ki, koronavirus səbəbindən çempionatın erkən başa çatdırılmasını istəyirdi. Hətta buna görə bu gün bilərəkdən meydana çıxmaq istəməyən komandalar da var. Belə kollektivləri peşəkar statusdan məhrum etmək cəzası tətbiq olunub. Məsələn, Lvov “Karpatı”sını belə cəza gözləyir. AFFA-nın qərarını dəstəkləyənlərin fikrincə, belə uzun fasilədən sonra gərgin qrafiklə oyunların keçirilməsi futbolçulara çox sayda problem yaradacaq. Əksini düşünənlər isə idman prinsiplərinin pozulduğunu söyləyirlər. Ancaq Azərbaycanla müqayisədə Ukraynada durum bir qədər fərqlidi. Burda çempionatın bərpa olunmasına təsir edən əsas amil aşağı dəstədən yüksək liqaya kimin çıxacağı və ya əks marşrutla hansı komandanın hərəkət edəcəyi oldu. Azərbaycanda belə problem yoxdu. Ukrayna Futbol Federasiyasının məqsədi yeni mövsümdə yüksək dəstədə 14 komandalı çempionat keçirməkdi. Birinci liqada isə ilk yerdə olan kollektivlə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan komanda arasında cəmi 4 xal fərq var. Yəni bu “8-lik”dən istənilən komanda güclülər dəstəsinə vəsiqə qazana bilər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
2-08-2020, 11:54 “Federasiya pandemiya olmayanda heç bir iş görmürdü, o ki qalıb indi” 2-08-2020, 11:47 Dörd kluba ümumilikdə 2 milyon 500 min manat ayrıldı 2-08-2020, 11:39 Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi 2-08-2020, 11:36 UEFA klublarımızı xəbərdar edib 2-08-2020, 11:32 “Energetik”in prezidenti İlham Əliyevə məktub yazıb 2-08-2020, 11:27 Kənar qüvvələr “Şahdağ”ı parçalayır 2-08-2020, 10:56 “Hər bir futbolçunun xarakteristikasını yazıb baş məşqçiyə göndərdim” 2-08-2020, 10:25 “Qarabağ”ın azarkeşləri Matiçi qınayanlarla razı deyil 2-08-2020, 10:23 Yağış imkan vermədi... 2-08-2020, 10:20 “Kəpəz”in 17 yaşlı qapıçısı karyerasını bitirdi 2-08-2020, 10:17 “Gözümü yumdum, açdım ağzımı, ermənilərə döşədim” 31-07-2020, 12:29 Zaur Həşimov Rəşad Sadıqovun təyinatını gözləyirmiş 31-07-2020, 12:24 Ramil Şeydayev “Sabah”da qaldı 31-07-2020, 12:23 Hakimlərin toplanışı olacaqmı? 31-07-2020, 12:18 Yeni mövsüm üçün büdcəsi təsdiq olunmayan “Sumqayıt”... 31-07-2020, 12:16 “Neftçi”nin Türkiyəyə səfəri gözlənilir 31-07-2020, 12:14 Meza Kollinin “Keşlə”yə kömək edəcəyi inandırıcı görünmür 31-07-2020, 12:05 Əli Babayev İsrail çempionu olub 31-07-2020, 12:01 Şəhriyar Raufu yığmanın ən dəyərli oyunçusu sayır 31-07-2020, 11:55 Rauf Məmmədovun onlayn partiyalarının sayı milyona yaxınlaşır 31-07-2020, 11:36 “Sumqayıt”ın Azad dayısı dünyasını dəyişdi 31-07-2020, 11:35 Rafiq Mirzəyev Vaqif Cavadovun məktəbində işləyəcək 31-07-2020, 11:33 Sadıqov üçün serb müdafiəçi 31-07-2020, 11:31 Əvvəl start tarixi, sonra “transfer pəncərəsi”nin vaxtı müəyyənləşəcək 31-07-2020, 11:28 “Sumqayıt”ın bombardiri ilə maraqlanan yoxdu 31-07-2020, 11:24 31 iyul: Qəbələdə əzəli rəqiblərin dueli 31-07-2020, 11:22 “Neftçi” müqavilə yenilədi və azarkeşlərinə səsləndi 31-07-2020, 11:19 Yeni mövsüm avqustda başlayacaq: 14-ü, yoxsa 21-i? 31-07-2020, 11:17 Həm martda, həm də iyulda doğulan Əsgər... 29-07-2020, 22:06 Əsgər Abdullayev yubileyini Bakıda ailəsi ilə qeyd edib 29-07-2020, 22:04 “Keşlə” rəqibini “ASK Arena”da qəbul edə biləcək 29-07-2020, 22:03 AFFA-nın İşçi Qrupunda beş nəfər yer alıb 29-07-2020, 22:00 Əmrəliyə “Rapid”, “Levski” və “Ferentsvaroş”dan təkliflər olub 29-07-2020, 21:06 “Qəbələ” “Zirə” ilə qolsuz “sülh”ə razılaşdı 29-07-2020, 21:04 Əfran İsmayılov hələ də gözləyir 29-07-2020, 17:56 U-19-un üzvü 20 yaşında “xərçəng”dən dünyasını dəyişdi 29-07-2020, 17:54 Vidadi Rzayev futbolun durumundan yana-yana danışdı 28-07-2020, 15:07 “İdman TV”nin əməkdaşları evdə müalicə olunurlar 28-07-2020, 15:01 Mütəxəssislər “Hatayspor”un təklifini dəyərləndirdi 28-07-2020, 14:59 Vüqar Əsgərov “Dauqavpils”dən ayrıldı 28-07-2020, 14:56 Aftandil Hacıyev gələcəyə ümidlə baxır 28-07-2020, 14:52 “Ağsu Siti” divizionda oynamaq üçün Elxan Məmmədova müraciət edib 28-07-2020, 14:45 Şəhriyar “Zirə”ni Rəşad Sadıqova görə seçib 28-07-2020, 14:41 Meza Kolli iyulun sonunda gəlməlidi 28-07-2020, 13:59 Səhhəti Nazim Əliyevə məşqçi işləməyə imkan vermir 27-07-2020, 12:21 Essyen yenidən "Çelsi"də? - İDDİA 26-07-2020, 15:39 “Dedim, yox, iynə gücünə də olsa, meydana çıxacam” 26-07-2020, 15:37 Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyini yaratdı 26-07-2020, 15:35 Cavid Hüseynov “Qəbələ”yə döndü 26-07-2020, 14:34 “Öz səhvlərimizə görə Avroliqadan kənarda qaldıq” 26-07-2020, 14:30 “Qarabağ”ın potensial rəqibləri: 15-i bilinir, qaldı biri 26-07-2020, 14:27 “Keşlə” Bakıya qayıtdı… 26-07-2020, 14:24 “Səbail” Əmirquliyevi saxladı 26-07-2020, 14:18 AFFA yığmanın məşqçilərini Qəbələyə ezam etdi 26-07-2020, 14:16 “Neftçi TV” yeni layihələr təqdim edəcək 26-07-2020, 14:09 "Sumqayıt" “səpələnməmişlər” sırasında olacaq 26-07-2020, 13:59 “Bakı” Lənkərana bir avtobus mühafizəçi aparıb Bütün xəbərlər
Ən çox oxunanlar