22 apr 00:25aktual

“İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir

“İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir
Mirhüseyn Seyidov: “İki ildə bir qəpik mükafat almadan oynamışıq”

Mövsümə yaxşı başlayan “İnter” yanvardan etibarən ciddi problemlərlə üzləşdi. Daha dəqiq desək, Rəşad Qasımovun ötən ilin payızında klubun prezidenti postundan gedişindən sonra bakılıların başının üzərini yenə “qara buludlar aldı”. Yanvarda isə bir neçə il kluba sponsorluq etmiş Azərbaycan Beynəlxalq Bankı (ABB) maliyyələşdirməni dayandırdı və idarəçilik AFFA-nın əlinə keçdi. Bütün çətinliklərə baxmayaraq, mövsümü ilk “üçlük”də başa vuran paytaxt təmsilçisi avrokuboklara da vəsiqəni təmin etdi.
Lakin klubun taleyi hələ də qaranlıq qalır. Son günlər “İnter”də ən böyük problem futbolçuların maaşları ilə bağlıdı. Klub əməkdaşlarının maaşlarında tez-tez gecikmələr baş verir. Hətta komanda fevralın əməkhaqqını belə almamışdı. Ödənişlərin aprelin 10-dək olacağı dəyilsə də, puldan xəbər-ətər, yenilik yoxdu. Bu da kollektivdə müəyyən gərginliyə səbəb olub, komandada ruh düşkünlüyü yaradıb. Digər problem isə futbolçuların müqavilələri ilə bağlıdı. Bildiyiniz kimi, 2018-ci ilin yanvarına kimi transfer qadağası olan “İnter”in yayda bir sıra futbolçularla müqaviləsinin müddəti bitir. Geniş heyətə malik olmayan komandadan kimsə getsə, bu məqam avrokuboklarda bakılıların əleyhinə işləyəcək. Bu üzdən klub rəhbərliyi məcburdu ki, futbolçularla müqaviləni yeniləsin. Amma necə? AFFA bunu bacaracaqmı? Hansı futbolçu taleyi bəlli olmayan klubla müqavilə müddətini uzatmağa razılaşacaq? Bu heç bir məntiqə sığmır. Nəticədə artıq indidən bir sıra futbolçular başqa klublardan təkliflər alıb, danışıqlar aparır. Bəzi oyunçular isə, sadəcə, kimlərinsə maraq dairəsinə düşüb. Yəni futbolçuların komandadan getmək ehtimalı qalmasından daha yüksəkdi. Odu ki, həm indiki durum, həm maaş problemi, həm də “İnter”lə müqavilələri ilə bağlı bəzi futbolçularla danışmağı qərara aldıq.
Rauf Əliyev: “Hələ mövsüm bitməyib. Çempionatın sonuna 2 tur var. Bütün diqqətimizi son iki oyuna yönəltmişik. İndiyə kimi necə oynamışıqsa, bundan sonra da elə mübarizə aparacağıq. Klubda durum normaldı. Bizdə yanvar, fevral və mart aylarının maaşları ödənilməmişdi. Yanvarı sonradan ödədilər, fevralı isə dünən (srağagün). Qalan maaşla bağlı konkret nəsə deyilməyib. Nə hə, nə də yox. Əlavə ətraflı məlumat verilməyib. Müqavilə məsələsinə gəlincə, nəyin baş verəcəyini heç özüm də bilmirəm. Mövsümün sonunu gözləsək, daha yaxşı olar. Hər şey klubun yaşayıb-yaşamayacağından asılıdı. Mən hələ ki burdayam. Təkliflərin olub-olmadığı haqda indi danışmaq istəmirəm”.
Mirhüseyn Seyidov: “Məşqlərimizi davam etdiririk. Qarşıda bizi iki çətin oyun gözləyir. “Qəbələ” və “Kəpəz”lə qarşılaşmalıyıq. Yalnız həmin oyunlar haqda düşünürük. Maaş probleminin olması normaldı. Yanvar ayının maaşını gec də olsa, ödədilər. Dünən (srağagün) də fevralın maaşını karta yükləyiblər. Mart, aprel, may və iyun aylarının əməkhaqqı qalıb. Müqavilə şərtləri belədi. Konkret bir söz deyilməyib. Heç kim rəhbərlikdən “ödəməyəcəyik”, “yoxumuzdu” sözü eşitməyib. Maaşların veriləcəyinə ümid edirik. Beynəlxalq Bank sponsorluqdan imtina edəndən sonra kluba AFFA baxır. Onlar üçün də çətindi. Çünki assosiasiya “futbol ili”nin əvvəlində planlaşdırmamışdı ki, “İnter” sponsorsuz qalacaq, maaşları ödəməli olacaqlar. Bunu, ümumiyyətlə, heç kim gözləmirdi. Plana uyğun gəlmədiyi üçün mən AFFA-nı və yeni rəhbərliyi yaxşı anlayıram. Müqaviləyə gəlincə, mən 2018-ci ilin yayına qədər “İnter”ə məxsusam. Amma müqaviləmdə bənd var ki, klubun şərtləri məni qane etməsə, ayrıla bilərəm. Mən dediyim onları, onların dediyi məni razı salmasa, təbii ki, başqa klub axtarışına başlayarıq. Komanda yoldaşlarımın bəzilərinin müqaviləsinin müddəti bu yay bitir. Futbolçuların da öz maraqları var. Gördüyünüz kimi, maliyyə problemi olsa belə, biz cari mövsümdə çox yaxşı təsir bağışladıq, minimum bürünc medalı təmin etdik, avrokuboklara vəsiqə qazandıq. Buna görə futbolçulara təşəkkür düşür. Başqa heç bir klub bunu bacarmazdı. Çox çətin oldu, amma işimizə peşəkar yanaşdıq. İldə 4 dəfə rəhbərliyi dəyişən komandanın bu mübarizliyi, məncə, alqışalayiqdi. Yaxşı olsa, heç kim getmək istəməz. Qoy elə olsun ki, yeni sponsor bizdə tam əminlik yaratsın, uşaqları razı salsın. İki ildə bir qəpik mükafat almadan oynamışıq. Ümid edirəm ki, sponsor tapılacaq, hər şey yoluna düşəcək. Futbolçuların klubda qalması öncə sponsorun futbolçulara verəcəyi dəyərdən asılı olacaq. “İnter” paytaxt klubudu, bazası da düz şəhərin mərkəzindədi. Hər cür şəraiti var. Belə klubu 2 min manata görə kimsə tərk etməz. Amma söhbət böyük pullardan gedirsə, futbolçular komandadan ayrılacaqlar”.
Səlahət Ağayev: “Qarşıdakı oyunlara hazırlaşırıq. Komandada vəziyyət həmişəki kimidi. Fevraldan bəri maaşlarımız qalmışdı. Dünən (srağagün) fevralın maaşı ödənildi. Qalan pulların da ödəniləcəyini deyiblər. Ümid edirəm ki, belə də olacaq. Müqaviləyə gəlincə, mən yalnız öz adımdan nəsə deyə bilərəm. Başqa futbolçuların müqaviləsi haqda danışmaq doğru olmaz. Mövsümün sonunda, çox güman, “İnter”dən ayrılacam. Müqaviləmin müddəti bitir. Mənə bir sıra təkliflər var. “Neftçi”yə keçəcəyimlə bağlı mətbuatda xəbərlər dolaşır. Lakin 100 faiz dəqiq heç nə deyə bilmərəm. Çünki hazırda ortada konkret heç nə yoxdu. Mövsümün sonuna iki tur var. Hər şey bundan sonra məlum olacaq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar